Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 18 ildən bir təkrarlanan hadisə

18 ildən bir təkrarlanan hadisə

25.06.2022 [10:27]

 “Planetlərin paradı” nəyi dəyişə bilər?

Nicat Dilqəmli

Ötən gün Günəş sisteminin 5 planeti - Merkuri, Venera, Mars, Yupiter və Saturn Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzülüb. “Planetlərin paradı” adlanan bu düzülüş çox valehedici astronomik hadisədir. Bu parad ay sonuna qədər səmanı bəzəyəcək. Ələlxüsus bu həftə ərzində daha aydın şəkildə görünəcək. Təbiət hadisəsini müşahidə etmək üçün şimal yarımkürəsindən şərq və cənub-şərq istiqamətində, cənub yarımkürəsində isə şərq və şimal-şərq istiqamətində üfüqə baxmaq lazımdır. Planetlər paradı teleskop və ya hər hansı müşahidə cihazı olmadan belə hətta böyük şəhərlərin çirkli atmosferindən görünə biləcək qədər parlaq olacaq.

Haqqında az-az eşitdiyimiz, hər kəsin marağına səbəb olan bu astronomik hadisə sonuncu dəfə 18 il bundan öncə müşahidə edilmişdi. Bu ay ərzində planetlərin düzülüşünü görmək şansını əldən verənlər 18 il gözləməli olacaqlar. Belə ki, “Planetlərin paradı”nın bir də 2040-cı ildə olacağı gözlənilir. Alimlər deyirlər ki, iki və ya üç planetdən ibarət bir xətt üzrə planetlərin sıralanması, düzülməsi adi hadisədir, lakin onların 5-6-sı bir arada olduqda bu, unikal bir hadisə hesab olunur. Məlumatlara əsasən, səkkiz planetin hamısı heç vaxt mükəmməl bir xətt üzrə düzülə bilməz. Qeyd edilir ki, belə bir hadisə sonuncu dəfə min ildən çox-çox əvvəl səmanın yalnız bir hissəsində müşahidə olunub.

Qravitasiya təsiri

Günəş sistemindəki ən böyük planet Yupiterdir. O, planetlərə -  xüsusən də onların qarşıdurma anlarında - maksimum cazibə qüvvəsinə malikdir. Qiymətləndirmə üçün Yupiterin qravitasiya təsirini Yerə yaxın Ayın təsiri ilə müqayisə etmək olar - hər gün Günəşlə birlikdə 15 metr hündürlükdə qabarma və çəkilmə əmələ gətirir. Yupiterin kütləsi Ayın kütləsindən 26200 dəfə çoxdur. Və qarşıdurma zamanı onunla Yer arasındakı məsafə minimal olduqda belə, Aydan 1640,6 məsafədən çox olur. Lakin ümumbəşəri cazibə qanununa əsasən, cazibə sahəsinin potensialı məsafənin kvadratına tərs mütənasibdir. Buna görə də Yupiterin Yerə təsiri Ayın təsirindən 103 dəfə azdır. Digər planetlərin qravitasiya təsiri isə hətta onlarla, yüzlərlə dəfə azdır, yəni əhəmiyyətsiz dərəcədədir. Bu baxımdan, planetlərin paradı səbəbindən Yer kürəsində fəlakətli hadisələrlə bağlı zaman-zaman yaranan azməlumatlı insanların narahatlığının heç bir real əsası yoxdur.

Görünmə vaxtı

Planetlərin paradını istər axşam, istərsə də səhər müşahidə etmək olar. Dörd planetin iştirak etdiyi “planetlərin mini paradı” daha tez-tez baş verir. Üç planetdən ibarət “planetlərin mini paradları” hər il (və ya hətta ildə iki dəfə) müşahidə oluna bilər. Lakin onların görünmə şəraiti Yerin müxtəlif enlikləri üçün eyni deyil. Beş parlaq planetin iştirak etdiyi görünən planet paradları 18-20 ildə bir dəfədən çox olmayaraq baş verir. 38 dərəcə sektorunda 5 planetin sonuncu paradı 2022-ci ilin martında baş tutub.

Astrologiya nə deyir?

Astroloqların dediklərinə görə, insanların geniş marağına səbəb olan bu paradın baş verdiyi müddət ərzində arzular, istəklər çin olacaq. Astroloq 24 iyunu karmik gün adlandırıb. Mümkün qədər diqqətli olmaq vacibdir. Hadisələr anidən baş verə bilər. Xüsusilə planetlərin paradı səkkiz bürcə təsir edəcək - onlar gələcək 18 il taleyini kökündən dəyişdirə bilərlər. Siyahıya Buğa, Əqrəb, Dolça və Şir bürcləri daxildir. Məlumatlarda diqqətə çatdırılır ki, həmin bürcdən olan şəxslərin həyatlarında dəyişikliklər o qədər gözlənilməz ola bilər ki, ilk baxışda hər şey çox anlaşılmaz görünəcək. Heç nə öyrəşdiyimiz kimi getməyəcək. Bu bürclərin əlamətləri sabitdir. Adları qeyd olunan bürclərdən olan şəxslər hər bir şeyi idarə etməyi sevirlər. Lakin indi sanki kainat özü hökmranlığı ələ keçirəcək. Astroloqların hesablamalarına görə, şübhə və qorxu anında taleyə etibar etmək lazımdır. Ətrafda baş verən hər şeyi qəbul edib sakitləşməyə çalışmaq lazımdır. İndi baş verənlərin hər biri hər şeyin ən yaxşısıdır.

Sözügedən parad Qız, Oğlaq, Xərçəng və Balıqlar bürclərinə dəstək olacaq. Ətrafınızda yeni insanların görünməsi, bəlkə də maliyyə sərmayələri vasitəsilə həyatınızı dəyişə bilərsiniz. Astroloqlar deyir ki, elə olur ki, biz bunu hiss etmirik. Bu səbəbdən də ehtiyatlı, daha dəqiq desək, diqqətli olmalıyıq. 24 iyunda doğulanları ən inanılmaz macəralar və dəyişikliklər gözləyir. “Planetlərin paradı”nın ad gününə təsadüf etməsi ən yaxşı hədiyyədir. Bu gündə ad gününü qeyd edən insanlara hər cür mənfi düşüncələrdən əl çəkməyi və enerjilərini yalnız yaxşılığa yönəltməyi tövsiyə edilir.

Paylaş:
Baxılıb: 145 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

17 Avqust 10:15

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31