Qızmar günəş altında...
29.06.2022 [10:30]
İsti havalardan necə qorunaq?
Diqqət edilməli olan nüanslar...
Y.BAYRAMOVA
İstilərin başlaması ilə insanlarda iş qabiliyyəti aşağı düşür, yorğunluq və halsızlıq özünü göstərməyə başlayır. Mütəxəssislərin fikrincə, bu, əksər vaxt insanlar isti havada düzgün davranış qaydalarını bilmədiyi, düzgün qidalanmadığı, az maye qəbul etdiyi, spirtli içki və siqaret kimi zərərli vərdişlərə meyil etdiyi üçün baş verir. Həkimlər hər nə qədər “temperaturun yüksək olduğu günlərdə açıq havada olmayın” desələr də, müəyyən səbəblərə görə bu tövsiyəyə əməl edə bilmirik, evdən çıxmalı oluruq. Bu baxımdan yay aylarında istilərlə mübarizə aparmaq üçün diqqət etməli olduğumuz mühüm detallar var.
Düzgün qidalanma
Dietoloq Arzu Həsənova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, havaların isti keçməsi ilə insan orqanizmində tərlə birlikdə soda, kalium və digər minerallar xaric olunur. Nəticədə insanda halsızlıq, yorğunluq, hərəkət azlığı yaranır, nəbzi zəifləyir. Həmin mineralları yenidən bərpa etmək üçün isə sudan, ayrandan, süd məhsullarından istifadə etmək lazımdır. Lakin bu zaman qazlı və energetik içkilərdən də uzaq durmağı unutmaq olmaz: “Yayda xəmir xörəklərindən mümkün qədər uzaq durmaq lazımdır. Səbəb isə xəmir xörəklərinin insanda halsızlıq, yorğunluq yaratmasıdır. Düyü və makaron məmulatlarından da mümkün qədər az istifadə olunmalıdır. Kərə yağından da az istifadə etmək məsləhətdir. Çünki kərə yağı həzm olunmur, orqanizmdən sovrulmur. Bunun üçün də əsasən bitki mənşəli yağlardan istifadə etmək lazımdır. Mayeni daha çox qəbul etməliyik. Mayesi çox olan qidalardan, o cümlədən mövsümi meyvə və tərəvəzlərdən, göyərtilərdən bol şəkildə istifadə olunmalıdır. Bişirilmiş və yaxud çiy şəkildə olan salatlara üstünlük vermək lazımdır. Qida rasionumuza çoxlu süd məhsulları, o cümlədən, qatıq, süd, yumurta əlavə etməliyik. Mövsümü olmayan, sadəcə, piştaxtaları bəzəyən meyvələrdən uzaq durmaq lazımdır”.
Dietoloq yay mövsümündə ət məhsulundan tamamilə imtinanın doğru olmadığını qeyd edib: “Qışda həftədə 3-4 dəfə ətdən, balıqdan istifadə ediriksə, bunu bir qədər azaltmalıyıq. Yayda bu qədər ehtiyac yoxdur. Həftədə 1-2 dəfə ətdən istifadə etməyimiz kifayətdir. Tamamilə ətdən imtina etmək olmaz, çünki ət orqanizm üçün çox faydalıdır. Sadəcə, o sıxlığı azaltmaq lazımdır. Yayda çeşidlər daha çoxdur, ona görə də ətə meyil bir qədər az qalır”.
Sərinlətsə də, fəsadlara yol açır!
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, yay aylarında kondisionerlərdən çox istifadə olunsa da, bu, bir çox xəstəliklərə səbəb ola bilər: “Kondisionerlərdən istifadə zamanı temperatur əsasən 22-27 dərəcə arasında olmalıdır. Lakin əksəriyyət çöldə havanın temperaturu yüksək olduqda kondisioneri 16-18 dərəcəyə qoyur. Bu isə qətiyyən doğru deyil. Çünki bu zaman kondisioner çox enerji sərf edir. İkinci bir tərəfdən, məsələn çöldə havanın temperaturu 30 dərəcədirsə, otaqda temperatur 10 dərəcədən aşağı ola bilməz. Bu zaman otaq temperaturu 25 dərəcə olsa kifayət edir. Çöldəki temperatur ilə otaqdakı temperatur arasında 10 dərəcədən artıq fərq olarsa, onda müxtəlif xəstəliklər, o cümlədən soyuqdəymə, qrip əmələ gələ bilər. Buna görə də diqqətli olmaq lazımdır”.
Professor kondisionerin zərərindən qorunmaq üçün tövsiyələrini də diqqətə çatdırdı: “Kondisionerin su yollarına, filtrinə diqqət etmək lazımdır. Bildiyiniz kimi, kondisioner çöldəki mikrobları özünə cəzb edir və bu da “legionella pnevmaniyası” xəstəliyini yarada bilir. Bu xəstəlik, hətta insanı ağır vəziyyətə salır. Ona görə də yaxşı olar ki, kondisionerin su yolları vaxtaşırı təmizlənsin. Ən əsası isə kondisionerdən düzgün istifadə etməyin yolu ondan mümkün qədər az istifadə etməkdir”.
Düzgün geyim qaydası
A.Qeybulla qeyd edib ki, isti aylarda süni tərkibli parçalardan hazırlanan paltarları geyinmək olmaz: “Günəş şüalarının orqanizmimizə uzun müddətli nüfuzundan qorunmaq üçün bədənin açıq yerləri üçün gün kremlərindən istifadə olunmalıdır. Dərinin qorunması baxımından bu, çox önəmlidir. Təəssüflər olsun ki, Azərbaycanda insanlar dərinin qorunmasına əhəmiyyət vermirlər. Paltar seçiminə gəldikdə isə çox açıq geyimlərin istifadəsi sağlamlıq baxımından da yolverilməzdir. Belə havalarda daha çox havakeçirici paltarlardan istifadə edilməlidir. Sintetik tərkibli geyimlər havanı yaxşı keçirmir və bu, orqanizm üçün çox zərərlidir. Belə olan təqdirdə, günvurma ehtimalı daha da artır. Bu mənada istər baş örtükləri, istərsə də digər geyimlər pambıq materialından olmalıdır ki, bədəni havalandıra bilsin. Süni tərkibli parçalardan mümkün qədər uzaq durmaq lazımdır. Yay aylarında geyim elə seçilməlidir ki, istinin orqanizmə neqativ təsirini minimuma endirə bilsin. Həmçinin, isti aylarda gigiyena qaydalarına da mütləq riayət edilməlidir. Sağlamlıq və infeksiyalarla mübarizə baxımından bu, önəmlidir. Dəri nə qədər nəfəs ala bilirsə, orqanizmə o qədər faydalıdır”.
Professor vurğulayıb ki, dəriyə birbaşa nüfuz edən günəş şüaları sonradan, hətta bədxassəli şişlərə də səbəb ola bilir: “Günəş şüalarının dəriyə birbaşa təsiri müxtəlif günəş yanmaları ilə nəticələnə bilir. Bundan başqa, dəriyə birbaşa nüfuz edən günəş şüaları müxtəlif qıcıqlanmalara səbəb ola bilər. Bu, hətta bədxassəli şişin yaranmasına da gətirib çıxara bilir. Başda, üzdə xallar varsa, günəş şüalarının ona nüfuz etməsi çox ziyandır. Yaşlı adamlarda piqmentlər əmələ gəlir. Bu, insanda bədxassəli şişə çevrilə bilər. Günəş yanıqları yaşlı adamlarda xüsusilə təhlükəlidir. Dərinin alt qatlarında müxtəlif dərəcəli fəsadların yaranması mümkündür. Ona görə də bədənin açıq olan hissələrində gün kremindən istifadə olunmalıdır”.
Xəbər lenti
Hamısına baxSosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32

