Sərhədlər niyə açılmır?
05.07.2022 [10:19]
Bu, pandemiya təhlükəsinin tam aradan qalxmamasından qaynaqlanır
Müşfiq Məmmədli: Nazirlər Kabinetinin müvafiq qərarı ilə aradan qaldırılan qadağalar arasında sərhədlərin tam açılması ilə bağlı müddəa yoxdur
P.İSMAYILOV
Son dövrlərdə sosial şəbəkələrdə Azərbaycan-Türkiyə və Azərbaycan-İran arasında quru sərhədin bağlanması ilə bağlı məlumatlar yayılıb. Bununla bağlı Dövlət Sərhəd Xidməti açıqlama yayıb. Açıqlamada bildirilir ki, DSX Nazirlər Kabinetinin 20 iyun 2022-ci il 232 nömrəli qərarına uyğun olaraq, müvafiq fəaliyyət göstərir. Belə ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” 20 iyun 2022-ci il tarixli qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək uzadılıb. Beləliklə, bu müddət ərzində yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyat ilə giriş-çıxışın dayandırılması qüvvədə qalır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, qlobal pandemiyaya qarşı mübarizə ilə bağlı tədbirlər hələ də öz aktuallığını qorumaqdadır. Koronavirusa yoluxmanın sayında mühüm eniş nəzərə çarpsa da, bu o demək deyil ki, COVİD-19 təhlükəsi tam olaraq aradan qalxıb. Bu gün dünyanın əksər dövlətlərində hələ də bir sıra sərt tədbirlər öz qüvvəsində qalmaqdadır: “Xatırladaq ki, koronavirus pandemiyasına qarşı effektiv mübarizə aparan Azərbaycan dövləti bu virusun geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlərini bu gün də davam etdirir. Çünki müəyyən təhdidlər hələ də mövcuddur. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı da mühüm xəbərdarlıqlar edir. Bir müddət öncə, qurum tərəfindən pandemiyanın yeni dalğasının yayılması ehtimalı ilə bağlı fikirlər səsləndirilmişdi. Bütün bunlar olduqca mühüm amillərdir. Hər birimiz pandemiyanın geniş yayıldığı dövrlərdə baş verənləri xatırlayırıq. Bu, istər iqtisadiyyata, istərsə də insanların səhhətinə olduqca böyük təsirlər göstərir. Təbii ki, bunun təkrarlanmaması üçün ehtiyat tədbirləri görülməlidir. Ötən dövr ərzində pandemiya ilə bağlı müəyyən sərt tədbirlər aradan qaldırılsa da, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” 20 iyun 2022-ci il tarixli qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabra qədər uzadılıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə aradan qaldırılan qadağalar arasında isə sərhədlərin tam açılması ilə bağlı müddəa yoxdur”.
Azərbaycanın koronavirusa qarşı mübarizə tədbirlərində hər zaman fəallığı ilə seçildiyini və qlobal təşəbbüslərlə çıxış etdiyini diqqətə çatdıran millət vəkili onu da vurğulayıb ki, ötən ay ölkəmizdə baş tutan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda iştirak edən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Baş nazir Əli Əsədovla görüşən ÜST rəhbəri pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın fəaliyyətini yüksək dəyərləndirib. “Eyni zamanda COVID-19 ilə mübarizə sahəsində Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələr diqqətə çatdırılıb. Tedros Adhanom Qebreyesus Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına bütün sahələrdə, o cümlədən maliyyə sahəsində etdiyi yardımı yüksək qiymətləndirib. Pandemiyanın başladığı dövrdən Azərbaycanın xəstəliklə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Bu mənada, ölkəmiz insanların sağlamlığının qorunmasını hər zaman prioritet kimi qəbul edir. Sərhəd məntəqələrinin mövcud qanunvericilik çərçivəsində müvəqqəti fəaliyyətinin dayanması da bununla bağlıdır” - deyə M.Məmmədli əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

