Təbii fəlakət nəticəsində ziyan görmüş bütün vətəndaşlar mənzillə təmin olunur
02.03.2011 [14:16]
Cənubi Qafqaz regionunun lideri olan Azərbaycan dövləti özünün yüksək səviyyəli iqtisadi inkişafını təmin edib. Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasət ölkəmizin iqtisadi cəhətdən daha da inkişaf etməsinə zəmin yaradıb. Bu isə Azərbaycanda bütün sahələrin kompleks şəkildə inkişafına səbəb olub.
Bu gün ölkəmiz qarşılaşdığı bütün problemlərin həllində yalnız öz gücünə arxalanır. Bir il öncə ölkəmizdə baş verən təbii fəlakət zamanı da biz bunun şahidi olduq.
Xatırladaq ki, ötən il Kür çayında suyun daşması nəticəsində yaranan sel və daşqınlardan Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Zərdab rayonlarına və Şirvan şəhərinə böyük ziyan dəymişdi. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qaldı, 300-dən çox ev uçdu, 2 min ev qəzalı vəziyyətə düşdü və 50 min hektar əkin və örüş sahələri su altında qaldı. Azərbaycan hökumətinin məsələyə vaxtında və operativ şəkildə müdaxiləsi isə fəlakətin faciəyə çevrilməsinin qarşısını aldı. Prezident İlham Əliyev bir müddət öncə FHN-nin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının verilməsi mərasimindəki çıxışında da bu məsələyə toxunub: “Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bütün başqa dövlət qurumları ilə birlikdə çox operativ fəaliyyət göstərərək insanların təhlükəsiz yerlərə köçürülməsi ilə məşğul olmuşlar. Bu fəaliyyət nəticəsində bu böyük təbii fəlakət Azərbaycanda itkisiz keçmişdir. Bu, böyük uğurdur, böyük nailiyyətdir. İnsanların sağlamlığı, təhlükəsizliyinin qorunması bizim üçün həmişə olduğu kimi, başlıca vəzifədir”.
Bəli, məhz görülən operativ tədbirlər bu təbii fəlakətdə itkilərin olmasına imkan vermədi. Ən əsası isə Prezident İlham Əliyevin tapşırığı ilə problemin həllinə cavabdehlik daşıyan aidiyyəti strukturların səfərbər olması sel və daşqınların qarşısının alınmasında mühüm rol oynadı. Digər tərəfdən, təbii ki, Prezident İlham Əliyevin təşəbbüsü, tapşırığı və göstərişləri əsasında aidiyyəti qurumların ən müasir texnikalarla təchiz olunması problemin həllində çevikliyin nümayiş edirilməsində mühüm əhəmiyyət daşıdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son beş ildə FHN-də yaradılan maddi-texniki baza, müasir texniki vasitələr, avadanlıq problemlərin həllində yaxından kömək göstərir: “Nazirliyin bütün strukturlarında formalaşma prosesi demək olar ki, başa çatmışdır və nazirliyin fəaliyyəti hazırda ən yüksək standartlara cavab verir. Bu müddət ərzində nazirliyin əməkdaşları nəinki ölkə daxilində, xaricdə peşəkarlıqlarını nümayiş etdirmişlər. Başqa ölkələrdə baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işində nazirliyin əməkdaşları Azərbaycanı ləyaqətlə təmsil etmişlər, bizim üçün dost olan ölkələrdə təbii fəlakətlərlə mübarizədə böyük uğurlar əldə etmişlər. Nazirliyin əməkdaşlarının fəaliyyəti digər ölkələrdə də qiymətləndirilir. Bu müddət ərzində alınmış texniki vasitələr nəticəsində ölkə daxilindəki istənilən hadisənin qarşısının alınması və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün nazirliyin əməkdaşları öz peşəkarlıqlarını nümayiş etdirmişlər”.
Problem qısa vaxtda aradan qaldırıldı. Hələ daşqınlar baş verən zaman ölkə başçısının rəhbərliyi ilə keçirilən müşavirədə Prezident İlham Əliyev evlərinə ziyan dəymiş vətəndaşlara yardım ediləcəyini və evlərinin tikiləcəyini də bildirmişdi. Daşqınların baş verməsindən bir neçə ay sonra artıq rayonlarda bu problemlər öz həllini tapmağa başladı. Sel və daşqınlarda evləri uçmuş bir sıra vətəndaşlarımız üçün yaraşıqlı, geniş, rahat evlər tikilib istifadəyə verilib. Məsələn, sel və daşqınlar nəticəsində Hacıqabul rayonunun Meyniman kəndində 280 ev və 286 təsərrüfat, o cümlədən, 1350 nəfər əhalisi olan 1-ci Meyniman kəndindəki 150 həyət su altında qalmışdı. Daşqın zamanı Meyniman kəndində 35 ev tamamilə uçmuş, 64 ev qəzalı vəziyyətə düşmüşdü. Uçmuş evlərin yerində yeni evlər tikildi. Bu evlərdə zəruri infrastrukturun yaradılması, həyətyanı sahələrin normal vəziyyətə salınmasına xüsusi diqqət yetirildi. Müasir üslubda tikilən evlər ikiotaqlı, üçotaqlı və dördotaqlıdır. Dağılmış evlərin ümumi sahəsi 1539 kvadratmetr olduğu halda, yeni evlər üzrə bu rəqəm 2150 kvadratmetrə bərabərdir. Hazırda kənddə yeni evlərin inşası başa çatmaq üzrədir.
Prezident İlham Əliyev öz çıxışında sel və daşqınlara məruz qalmış bölgələrdə tikinti-quruculuq işlərinin davam etdirildiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, bir neçə ay ərzində minlərlə yeni ev tikilib və soydaşlarımız, fəlakətdən əziyyət çəkmiş insanlar o evlərə köçürülür: “Azərbaycanda bütün strukturlar, bütün dövlət qurumları müasir tələblərə cavab verməlidir. ölkəmiz inkişaf edir, müasirləşir. Azərbaycan bu gün dünya miqyasında özünə layiq yerini tuta bilmişdir. ölkə daxilindəki proseslər müsbət istiqamətdə gedir. ölkəmiz son illər ərzində böyük və şərəfli yol keçmişdir. Müstəqilliyimizin möhkəmləndirilməsi işində çox önəmli addımlar atılmışdır, böyük nailiyyətlərimiz vardır”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

