Milli Məclisin Sosial siyasət komitəsi yeni qanun layihələri hazırlayır
03.03.2011 [18:36]
Milli Məclisin Sosial siyasət komitəsi bir sıra qanun layihələrinin üzərində işləyir. Bu barədə komitənin sədr müavini Musa Quliyev məlumat verib. M.Quliyev bildirib ki, Sosial siyasət komitəsi cəmiyyətdə mövcud məsələləri öyrənərək zəruri olduğu hallarda müvafiq qanunlara dəyişikliklər edir. Onun sözlərinə görə, belə məsələlərdən biri də Qarabağ müharibəsi əlillərinin ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlıdır.
Artıq bununla bağlı komitədə müzakirələr aparılıb və müvafiq qanuna parlamentin iclasında dəyişikliklər ediləcək: “Bu məsələ bütün millət vəkilləri tərəfindən dəstəklənir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qarabağ müharibəsi əlili öz imtiyazı üzrə mənzil növbəsinə dayanmaq hüququna malikdir. Azərbaycanda Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslərin mənzil şəraitlərinin yaxşılaşdırılması məsələsi istiqamətində cənab Prezidentin tapşırığı ilə ardıcıl işlər həyata keçirilir. Hazırda 3 mindən çox Qarabağ əlili hökumət tərəfindən tikilən, hər bir şəraitə malik mənzillərlə təmin olunub. Eyni zamanda, növbədə olan Qarabağ əlilləri də var. Bəzi əlillər var ki, növbədə olarkən dünyalarını dəyişirlər, onda onun ailəsinin mənzil almaq imtiyazı olmadığı üçün artıq ailə də növbədən çıxarılır. Bu da insanların narazılığına səbəb olurdu. Biz bu problemi aradan qaldırmaq üçün “Əlillərin sosial müdafiəsi haqqında” Qanuna bu əlavəni etmişik. Bu dəyişiklik haqda qanun layihəsi komitəmiz tərəfindən Milli Məclisə tövsiyə olunub. Sənəddə qeyd edilir ki, Qarabağ müharibəsi əlillərinin ailələri də mənzil almaq hüququna malik olurlar. Yəni, mənzil növbəsində olan Qarabağ müharibəsi əlili dünyasını dəyişdiyi halda da, onun ailəsinin mənzil almaq hüququ təmin olunur”.
M.Quliyev deyib ki, komitə hazırda Sosial xidmət haqqında qanun layihəsi üzərində də işləyir. Onun sözlərinə görə, bu qanun layihəsi artıq birinci oxunuşda qəbul olunub: “Elə insanlar var ki, təkbaşına öz problemlərini həll edə bilmirlər, onlara sosial xidmət göstərilməsə yaşaya bilməzlər. Bu qanun layihəsi də onların vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Qanuna əsasən belə insanlara dövlət tərəfindən və ya özəl qurumlar, bələdiyyə tərəfindən sosial xidmət göstərilməlidir. Ola bilər ki, bu xidmət evdə və ya stasionar şəkildə, eləcə də, sosial xidmət müəssisələrində göstərilsin”.
M.Quliyev bildirib ki, tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında qanun layihəsi də parlamentin Sosial siyasət komitəsinin iş planına daxil edilib. Onun sözlərinə görə, sənəd geniş şəkildə işlənib və dünya təcrübəsinə əsaslanır.
Ailə Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə gəlincə, burada əsasən iki məsələ təklif olunur. Birincisi, nikaha girən insanların əmlakları ilə bağlı müqavilə bağlaması ilə əlaqədardır. “Biz sivil ölkədə yaşayırıq, burada insanlar azad sahibkarlıqla məşğul olurlar və nikaha girənə qədər artıq bu insanların biznesi, kapitalı, mülkiyyəti ola bilər. Bu insanların nikah pozulanda isə əmlakın bölünməsi istiqamətində problemlər yaranır. Bu problemlərin qarşısını almaq üçün sivil ölkələrdə öncədən əmlak münasibətlərini tənzimləyən müqavilə imzalayırlar. Onlar artıq əmlakla bağlı məsələyə aydınlıq gətirirlər. Yəni burada nəzərdə tutulur ki, nikaha qədər tərəflər hansı əmlaka malikdirlər və əgər ayrılacaqlarsa, hansı əmlak bölünməli, hansı əmlak isə özlərinə qalmalıdır. Cəmiyyətdə müəyyən insanlar iddia edə bilərlər ki, bu məsələ bizim milli mentalitetə uyğun deyil. Amma nəzərə almaq lazımdır ki, zaman dəyişir, artıq bu məsələdə müasirliyə uyğunlaşmaq lazımdır. Qeyd edim ki, dəyişikliklərdə bu müqavilənin imzalanmasının könüllü əsaslarla olacağı bildirilir. Belə olarsa, düşünürəm ki, hazırda boşanmalar zamanı baş verən problemlər aradan qaldırılacaq”, - deyə M.Quliyev vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

