Cərimələnə bilərsiniz...
11.05.2023 [10:55]
Sürücülər texniki baxışdan niyə yayınırlar?
Nicat Dilqəmli
Avtomobillərə texniki qulluğun göstərilməsi, nəqliyyat vasitələrinin daim saz vəziyyətdə saxlanılması önəmli məqamlardan biridir. Unutmaq olmaz ki, hansısa bir texniki problemi olan avtomobil həm özü, həm də digərləri üçün əsas təhlükə mənbəyinə çevrilir. Problemin ciddiliyini nəzərə alaraq müvafiq qurumlar sürücülərə mütəmadi olaraq müraciətlər ünvanlayırlar. Lakin buna baxmayaraq, hələ də avtomobilini texniki baxışdan keçirmək istəməyən, hətta ən müxtəlif “üsullar”la bu işdən yayınmağa çalışan sürücülər də az deyil. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtomobillərini texniki baxışdan yayındırmaq üçün müxtəlif qanunsuz yollara əl atan sürücülərə növbəti dəfə ciddi xəbərdarlıq edib.
İdarədən daxil olan xəbərdarlıqda deyilir: “Artıq bir neçə müddətdir ki, vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. Eyni zamanda, xidmətin fasiləsiz təşkili ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən Bakı şəhərinə girişi və paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, habelə gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb”.
Müraciətdə yaradılan şəraitə baxmayaraq, sürücülər arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə hələ də rast gəlindiyi də qeyd olunur: “Bəzi hallarda sürücülər texniki baxışdan yayınmaq üçün dövlət nömrə nişanlarına qanunsuz müdaxilə hallarına belə yol verirlər. Həmçinin sürücülər yol hərəkəti qaydalarının qeydə alınması üçün quraşdırılan xüsusi texniki vasitələrin olduğu yollardan keçməməklə texniki baxışdan yayınmağa çalışırlar. Amma həmin sürücülər bilməlidirlər ki, avtomobilin texniki baxışdan keçirilmədiyi və yaxud digər yol hərəkəti qaydaları pozuntuları xidməti ərazidə dislokasiya olunmuş yol patrul avtomobilində quraşdırılan “İ-Patrul”lar vasitəsilə də avtomatik olaraq qeydə alınır. Bəzən sürücülər “İ-Patrul”lar vasitəsi ilə avtomobilin texniki baxışdan keçirilməməsinin qeydə alınmasını narazılıqla qarşılasalar da, yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının müasir avtomatik elektron cihazların köməkliyi ilə alınması dünyanın inkişaf etmiş ölkələrində geniş istifadə edilən hallardan biridir”.
BDYPİ-dən texniki baxışı vaxtında keçməyən sürücülər üçün cərimə xəbərdarlığı da növbəti dəfə xatırladılıb: “Qeyd edək ki, avtomobillərin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısının alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir. Sürücülərin diqqətinə çatdırılır ki, avtomobillərini texniki baxışdan keçirməyənlər, həmçinin qeyd olunan qayda pozuntularına yol verən şəxslər İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Əgər həmin sürücü 20 gün ərzində avtomobilini texniki baxışa təqdim etməzsə, yenidən cərimə olunur. Sürücülər, həmçinin onu da bilməlidirlər ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi xüsusi texniki vasitələr, eləcə də digər elektron avadanlıqların köməkliyi ilə avtomobillərini texniki baxışa təqdim etməyən, qanunsuz yollarla dövlət qeydiyyat nişanına müdaxilə edən sürücülər qısa zamanda müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilirlər”.
“Xatırladaq ki, sürücülər avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəsi və ya “902” qaynar xətti ilə əlaqə saxlaya bilərlər”, - deyə müraciətdə bildirilir.
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, texniki baxışdan keçməyən sürücülər üçün 50 manat məbləğində cərimə nəzərdə tutulub: “Texniki baxışla bağlı sürücülərə dəfələrlə müraciət olunur, qaydalar izah edilir. Lakin bəzi sürücülər yenə də öz avtomobillərini texniki baxışdan keçirmirlər, yayınmağa çalışırlar. Əvvəllər belə hallar daha çox olurdu. İndi bu, mümkün deyil. Çünki xüsusi texniki vasitələr bu qayda pozuntularını dərhal aşkarlayır, elektron qərar qəbul olunur. 20 gün müddətində texniki baxışdan keçməsə, həmin cərimə yenidən yazılır. Cərimənin məbləği 50 manatdır”.
Ölkəmizdə ili köhnə olan avtomobillərin çox olması səbəbindən texniki baxışın ləğvinin real görünmədiyini deyən ekspert bu məsələnin yol qəzalarının qarşısının alınması baxımından da vacibliyinə diqqət çəkib: “Bəzi ölkələrdə texniki baxış ləğv olunub. Həmin ölkələrdə nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması, həmin ölkələrin özünün avtomobil istehsalının olması buna zəmin yaradır. Məsələn, Almaniyada texniki baxış yoxdur, Rusiya bunu ləğv edib. Onlar həm istehsal edir, həm də başqa ölkələrə avtomobil satırlar. Biz isə avtomobilləri digər ölkələrdən alırıq. Əsasən də köhnə avtomobillərə üstünlük verilir. Bizim avtomobil parkımızla digər ölkələrdəkini müqayisə etmək yersiz olar. Ola bilər ki, hansısa ölkələrdən irəlidəyik, yaxşı nəticələrimiz var. Amma həmişə nümunə çəkdiyimiz Avropa ölkələri, Asiya ölkələri və digər dövlətlərin avtomobil parkları təzədir. Ona görə də həmin ölkələrdə texniki baxışa ehtiyac yoxdur. Bizdə isə vəziyyət fərqlidir. Hər birimiz küçədə ömrünü başa vurmuş avtomobillərə rast gəlirik. Bu avtomobillərə isə texniki qulluq bir çox hallarda, ümumiyyətlə, göstərilmir. DYP-nin də məqsədi budur ki, sürücülər avtomobillərinə texniki qulluq göstərsin, nəqliyyat vasitələri daim saz vəziyyətdə saxlanılsın. Çünki yol-nəqliyyat hadisələrinin baş verməsində əsas səbəblərdən biri də avtomobilin texniki cəhətdən saz vəziyyətdə olmamasıdır”.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55

