Məktəbəqədər təhsil...
16.05.2023 [10:44]
Sertifikatlaşdırma prosesi nəyi dəyişəcək?
Yeganə BAYRAMOVA
Bəziləri uşağın tərbiyəsində şiddəti lazımi vasitə kimi görür. Lakin şiddət günahkarlıq, utanc, özünə nifrət kimi hisslərin uşaq şəxsiyyətinin təməlində yerləşməsinə səbəb olur. Övladını döyən valideyn, yaxud şagirdinə şiddət göstərən müəllim müxtəlif mövzuları bəhanə edir. Amma uşağa şiddətlə bağlı yüzlərlə elmi araşdırma göstərir ki, döymək uşaqlara necə davranmaq barədə heç nə öyrətmir. Əksinə, belə davranış onları gələcəkdə şiddətə meyilli və travmalı bir fərdə çevirir.
Zaman-zaman bağçalarda uşaqların zorakılığa məruz qalması ilə qarşılaşmışıq. Aidiyyəti orqanlar tərəfindən lazım olan addımlar atılsa da, bu cür həssas mövzu daim aktualdır. Çox vaxt uşaqların psixoloji durumundan xəbərsiz olan tərbiyəçi-müəllimlər onlara fiziki, psixoloji şiddət göstərir.
Bu günlərdə parlamentin iclasında bildirildi ki, ölkəmizdəki bağça müəllimləri sertifikatlaşdırmadan keçəcəklər. Bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliyə görə, dövlət ümumi təhsil müəssisələrində ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçməyəcəkləri müddət azaldılır.
Qüvvədə olan qanuna görə, dövlət ümumi təhsil müəssisələrində ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər. Təklif olunan dəyişikliyə əsasən, bu müddətin 5 ildən 3 ilə endirilməsi təklif olunur.
Bağça müəllimləri sertifikatlaşdırmadan keçəcəklər
Həmçinin dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlər sertifikatlaşdırmadan keçəcək.
Qeyd edək ki, hazırda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakına dair müddəa yer almayıb. Bu, təhsilverənlərin vəzifələri sırasına daxil edilib. Beləliklə, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılacaq.
Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən sertifikatlaşdırmadan keçəcəklər. Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək.
Sertifikatlaşdırmadan keçən şəxslərə 5 il müddətində dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək.
Başqa bir dəyişikliyə görə, dövlət ümumi təhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.
Uşaqların psixoloji dayanıqlılığı vacibdir
Mövzu barədə “Yeni Azərbaycan”a danışan təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, təhsilin təməl pilləsi sayılan, qısaca olaraq “bağça təhsili” adlandırdığımız “məktəbəqədər təhsil” bir vaxtlar “məktəbəqədər tərbiyə” adlanırdı: “Məktəbəqədər tərbiyə müəssisələri uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim prosesinin təşkili, onların sağlamlığının mühafizəsi, ilkin təhsilə hazırlanması üçün dövlət orqanları, valideynlər və ictimaiyyət qarşısında məsuliyyət daşıyırdı. Yəni bu müəssisələrdə əsas diqqət daha çox təhsilə yox, tərbiyə alan uşaqların maraq qabiliyyəti və istedadlarının inkişafı üçün lazımi şəraiti yaratmağa yönəlmişdi”.
Təhsil eksperti bağçaların təhsil pilləsindəki önəmindən danışıb. O, qeyd edib ki, məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur: “ “Təhsil haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş digər təhsilalma formaları müəyyən olunub. Sonralar dünya təcrübəsi nəzərə alınaraq, təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacib sayıldı. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafının dövlət siyasətində əhəmiyyəti nəzərə alındı. Beləliklə, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması nəzərdə tutuldu. Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığının əsası qoyulur. Bu baxımdan bağça müəllimləri uşaqların hərtərəfli inkişafında mühüm rol oynamalıdır. Ona görə də müəllimlərin sertifikatlaşdırma prosesi ümumilikdə məktəbəqədər təhsil üçün müsbət addımdır”.
Qanun nə deyir?
Vəkil Nadir Məmmədov bağçalarda uşaqlara qarşı zorakılığa yol verən şəxsləri gözləyən cəzalar barədə açıqlama verib: “Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin” 5.2-ci maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisəsində təhsil prosesi təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulur. Təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verilmir. Həmin nizamnaməyə əsasən, təhsilalanların şəxsiyyətinin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq hüququ var.
Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən isə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Yaxud da işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 2 ayadək müddətə inzibati həbs tətbiq olunur.
Həmin məcəllənin 181.0.2-ci maddəsinə əsasən, təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsinə görə - fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 5 min manat məbləğində cərimə edilir.
Uşağa qarşı fiziki və psixoloji şiddət göstərən şəxslər həmin bağça rəhbərliyi tərəfindən əmək və xidməti vəzifələrini kobud şəkildə pozduğu üçün işdən kənarlaşdırıla bilər”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18

