5 dövlətin bir dənizi
12.07.2023 [11:37]
Xəzəri kim, necə araşdırır?
Günel ABBAS
Azərbaycan bir sıra coğrafi üstünlüklərə malikdir. Dünyanın ən böyük su hövzəsi (gölü) olan Xəzər dənizi də Azərbaycana həm iqtisadi imkanların genişləndirilməsi, həm nəqliyyat potensialından səmərəli istifadə olunması, həm də ikitərəfli münasibətlərin inkişafı üçün mühüm imkanlar yaradır.
Xəzər dənizi hövzəsi, eyni zamanda, mühüm geosiyasi və geoiqtisadi faktordur, həm Azərbaycana, həm də sahilyanı ölkələrə regional təhlükəsizlik və əməkdaşlıqda fəal rol oynamağa imkan verir. Xüsusilə də, bölgədə və daha geniş coğrafiyada enerji təhlükəsizliyi məsələlərinin həllində Xəzərin karbohidrogen ehtiyatlarından əlverişli istifadə edilməsi olduqca əhəmiyyətlidir.
Məhz bu strateji məqamlar kontekstindən yanaşanda Xəzərdə suyun səviyyəsinin tez-tez aşağı düşməsi ilə bağlı yayılan xəbərlər narahatlıq doğurur. Xəzərin regionda və ümumilikdə, ölkəmizdə əhəmiyyəti də nəzərə alındıqda yaranan narahatlıqlar anlaşılandır. Bu da problemlə bağlı müxtəlif sualların yaranmasına səbəb olur. Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi və səbəbləri ilə bağlı araşdırmalarımız zamanı maraq doğuran suallara da cavab tapdıq.
Suyun səviyyəsinin azalmasına səbəb nədir?
Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür. Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni, onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, eləcə də buxarlanmadan asılıdır. Dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir.
Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni, 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.
Mütəxəssislərin fikrincə, dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb. Qeyd edək ki, Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi tərəfindən beş xəzəryanı ölkənin birgə məlumatları əsasında dəniz səviyyəsinin dəyişməsi barədə yarımillik ssenarilər hazırlanır.
Region üçün təhlükəlidir?
Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər. Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində müntəzəm müşahidələr aparılır və fəaliyyətləri dənizlə bağlı olan qurumlara dənizin səviyyəsi barədə məlumatlar verilir ki, işlərində və planlaşdırılan layihələrdə nəzərə alsınlar.
AMEA-nın nəzdində struktur var, amma...
Xəzər dənizinin problemləri kifayət qədərdir və sahilyanı dövlətlər üçün hər zaman aktualdır. O səbəbdən mütəxəssislər qeyd edirlər ki, Xəzər dənizinin və ətraf regionun geoloji və ekoloji problemlərinin elmi araşdırılması zəruridir. Bəs nə üçün ölkəmizdə bununla əlaqədar sistemli elmi araşdırmalar aparan, müvafiq təklif və təşəbbüslərlə çıxış edən ayrıca mərkəz, yaxud institut yoxdur?
AMEA-nın Coğrafiya institutunun nəzdində hələ 1953-cü ildə Xəzər dənizi şöbəsi açılıb, daha sonralar bu şöbə 2 tədqiqat gəmisi ilə təchiz olunub, onun nəzdində Xəzər Elmi-Tədqiqat Stansiyası təşkil edilib.
Hazırda Coğrafiya institutunun nəzdində Xəzər dənizinin bəzi problemlərinin tədqiqi ilə məşğul olan strukturlar var. Amma bu, daha çox nəzəri xarakter daşıyır, praktik faydası qənaətbəxş hesab oluna bilməz.
Ekspertlərin qənaətinə əsasən, bu baxımdan ayrıca bir tədqiqat müəssisəsinin yaradılması zəruridir.
Təklif irəli sürülsə də...
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev də eyni fikirdədir. O qeyd edir ki, Xəzər dənizinin araşdırılması zəruri olan problemləri kifayət qədər çoxdur: “O səbəbdən bu məsələlərlə məşğul olan ayrıca tədqiqat institutunun və ya mərkəzin yaradılması lazımdır. Bununla bağlı müxtəlif təkliflər, təşəbbüslər irəli sürmüşük, çağırışlar etmişik. Amma təəssüflər olsun ki, ortada hər hansı bir nəticə yoxdur. Bu gün Xəzərin səviyyəsi aşağı düşdüyünə görə problem yenidən aktuallaşıb”.
Professor söyləyib ki, Rusiya, Türkmənistan kimi Xəzəryanı dövlətlərdə bəhs olunan məsələlərin araşdırılması ilə əlaqədar fəaliyyət göstərən müvafiq elmi-tədqiqat institutları var. “Həmin strukturlar Xəzərdə donanma, neft və qaz ehtiyatlarının intensiv kəşfiyyatı və hasilatı, ekoloji problemlər, bioloji ehtiyatların qorunub saxlanılması və bu kimi digər məsələləri öyrənirlər. Belə bir mərkəzin yaradılmasına nail olmadan və digər Xəzəryanı ölkələrlə təşəbbüsləri birləşdirmədən sadaladığımız problemləri həll etmək mümkün deyil”, - deyə Əmir Əliyev əlavə edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49

