Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ucar rayonu yüksək inkişaf tempi əldə edib

Ucar rayonu yüksək inkişaf tempi əldə edib

10.09.2011 [10:41]

2011-ci ilin birinci yarısı rayonda yüksək göstəricilərlə müşayiət olunub
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli strukturların rəhbərlərinə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqində dövlət başçısının dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki regionda, hətta bütün dünyada aparıcı ölkə, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb. Dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Ucar rayonudur.
Ucar rayonunda ümumi iqtisadi göstəricilər artıb
2011-ci ilin birinci yarısında Ucar rayonunda ümumi daxili məhsul istehsalı 0,8 faiz, orta aylıq əməkhaqqı 6,8 faiz, əhalinin pul gəlirləri  17 faiz,  investisiya qoyuluşu 2,6 dəfə, sənaye istehsalı 12,0 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 5,5 faiz, nəqliyyat 2,0 faiz,  tikinti- quraşdırma işlərinin həcmi 30,5 faiz, pərakəndə əmtəə dövriyyəsi 26,2 faiz  artıb. Büdcənin mədaxili 11 faiz, o cümlədən, yerli vergilər 19,3 faiz təşkil edib.
Əhalinin sosial müdafiəsi tədbirlərinə diqqət artırılıb. 6 ay ərzində 78 nəfərə əmək pensiyası, 530 ailənin  2614 nəfər üzvünə ünvanlı sosial yardım təyin edilib və 946,7 min manat ödəniş aparılıb, pensiyaçılara 5192,1 min manat pensiya ödənilib.
Bütövlükdə rayon üzrə görülmüş tədbirlər nəticəsində 365 yeni iş yeri yaradılıb ki, bundan 224-ü daimi iş yerləri olub. Hesabat dövründə sahibkarlığın inkişaf etdirilməsinə xüsusi önəm verilib, 6 ay ərzində cəmi 978 nəfərə 1815,6 min manat, o cümlədən, özəl banklar tərəfindən 920 nəfərə 1432,6 min manat kredit verilib ki, bundan 951 nəfərə 1565,1 min manat qısamüddətli, 27 nəfərə 250,5 min manat uzunmüddətli kreditlər olub.
Abadlıq və quruculuq işləri davam etdirilir
Rayonda abadlıq və quruculuq işləri yüksək əhval-ruhiyyədə böyük vüsətlə davam etdirilir. Rayon mərkəzində əsaslı yenidənqurma işlərinin aparılması, örtülü kanalizasiya və qaz xətlərinin çəkilişi, müasir işıqlanma sisteminin qurulması, avtomobil və piyada yollarının kənarlarına yeni səki daşlarının düzülməsi, milli ornamentli daş hasarların tikilməsi və divarlarının üzlənməsi,  sahibkarlıq obyektlərinin,  fərdi və ictimai yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsi işləri keyfiyyətlə aparılmaqla yaşıllıqların artırılması şəhərin simasını əhəmiyyətli dərəcədə dəyişdirir. Hazırda Heydər Əliyev Mərkəzi üçün binanın və parkının, rayon Şahmat məktəbi binasının tikintisi və digər abadlıq işləri yüksək templə davam etdirilir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cu illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Ucar rayonu üzrə nəzərdə tutulmuş tədbirlərinin icrası rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır, Dövlət Proqramının 2 bəndi-yəni, rayonun mərkəzi ATS-nin rekonstruksiyası və rayonun telefon rabitəsi sisteminin elektronlaşdırılması tədbirləri icra edilib. Proqramın icrasının gedişi davamlı olaraq rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclaslarında müzakirə edilir və müvafiq qərarlar qəbul olunur.
Kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində tədbirlər həyata keçirilir
ötən dövr ərzində əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə səy göstərilib. Bu istiqamətdə uğurlu nəticələr də əldə olunub. Rayonda heyvandarlığın inkişafı yüksək səviyyədədir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində 2011-ci  ilin 6 ayı  ərzində 497 baş iribuynuzlu heyvan süni yolla mayalandırılıb, 231 baş cins bala alınıb, mal-qaranın baş sayı artaraq 110532 başa çatdırılıb.
Əkinçilik sahəsində də müsbət irəliləyişlər nəzərə çarpır. Belə ki, 2011-ci ilin məhsulu üçün əkilmiş 11850 hektar taxıl  sahəsindən 11529 hektarı biçilərək 23765 ton məhsul toplanıb, hər hektardan məhsuldarlıq 20,6 sentner olub. 338 hektar sahədə  pambıq əkilib, sahələrdən normal çıxış alınıb.  409 hektar kartof  sahəsinin 383 hektarından 4360 ton, 1766 hektar tərəvəz sahəsindən 4592 ton tərəvəz toplanılıb.
Rayonda kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi cari ilin birinci yarısında da davam etdirilib.  Buğda və çəltik istehsalçılarına-1525 nəfərə 5291,5 hektar üçün 211,7 min manat kompensasiya ödənilib, həmçinin, 7702 nəfərə 21835,38 hektar üçün 873,4 min manat kompensasiya hesablanaraq təsdiq olunmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə göndərilib, aqrolizinq yolu ilə rayonun Pirkənd, Əlikənd və Qaradağlı inzibati ərazi dairələri üzrə sahibkarlar 4 ədəd “MTZ-892” markalı aqreqatlaşdırılmış traktorla təmin olunublar. Hazırda rayonun Alpout kəndi ərazisində “Aqrolizinq” ASC-nin Ucar rayon filialı binasının və parkının tikintisinə başlanılıb ki, bu da kənd təsərrüfatı istehsalçılarına göstərilən xidmətin keyfiyyətinin artırılmasına təkan verəcək.
özəlləşdirmə prosesi davam etdirilir
Cari ilin 6 ayı ərzində  özəlləşmə proqramına uyğun olaraq tədbirlər davam etdirilib, ümumi sahəsi 616 kvadratmetr olan 12 mənzil özəlləşdirilib, rayonun mənzil fondu adambaşına 10,01 kvadratmetr olmaqla 802,1 min kvadratmetr təşkil edib. Altı ay ərzində Ucar rayonu üzrə Ucar şəhəri Koroğlu küçəsi 81-də yerləşən “Azərittifaq”ın anbar binalarının yerləşdiyi 3397 kvadratmetr torpaq sahəsi mülkiyyətçi tərəfindən özəlləşdirilib və büdcəyə 3759 manat vəsait daxil olub.
Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin Dövlət Reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq rayon ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahələrinin inventarlaşdırılması və planı sxemlərinin çəkilməsi təmin edilib.
Təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı istiqamətində addımlar atılır
Bu ilin birinci yarısında da rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb. Heydər Əliyev Fondunun vəsaiti hesabına Alpı kənd orta məktəbi üçün 240 şagird yerlik məktəb binası tamamlanmaq üzrə olmaqla Qazıqumlaq kəndində 380 şagird yerlik, şəhər 4 saylı orta məktəb üçün 360 şagird yerlik,  şəhər 3 saylı orta məktəb üçün 240 şagird yerlik binaların tikintisi davam etdirilib, cari ildə Qazyan kənd 3 saylı orta məktəbi üçün yeni binanın tikintisi nəzərdə tutulub. Bundan əlavə 35 min manatlıq inventar və avadanlıq alınıb, 14 min manatlıq cari təmir işləri görülüb, təhsil fondu üzrə 14,6 min manatlıq məktəbli formaları alınaraq paylanılıb.
Rayonda əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, səhiyyə islahatlarının aparılması və xəstəxanaların maddi-texniki bazasının yaxşılaşdırılması üçün işlər görülüb. Rayon Mərkəzi xəstəxanası, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının və Məhkəmə-tibbi ekspertiza və Patoloji Birliyinin Ucar rayon şöbəsi üçün yeni binaların tikintiləri və rayon Uşaq xəstəxanası binasının əsaslı təmiri davam etdirilib. Bundan başqa, xəstəxananın ərazisində bir sıra yardımçı binaların tikintisinə başlanılıb və daxili imkanlar hesabına Yuxarı Şilyan kənd həkim məntəqəsi binasının dam örtüyü təmir edilib. Akademik Zərifə Əliyeva adına Qazıqumlaq kənd sahə xəstəxanasında bir sıra cari təmir işləri aparılıb, 56,8 min manatlıq bərk, 19,0 min manatlıq yumşaq inventar alınaraq  tibb müəssisələrinə verilib.
Rayonun mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün rayon Mədəniyyət Evində 48,5 min manatlıq əsaslı və cari təmir işləri aparılıb, 40,2 min manatlıq bərk və yumşaq  inventar,18,9 min manatlıq  texniki  avadanlıq alınıb.
Xidmət sahələrində keyfiyyət günü-gündən yaxşılaşdırılır
Bəhs edilən dövr ərzində iqtisadiyyatın infrastruktur sahələrinin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb. Əhaliyə nəqliyyat xidmətini yaxşılaşdırmaq üçün 4 ədəd şəhərdaxili, 7 ədəd kəndlərarası, 4 ədəd Ucar-Göyçay, 1 ədəd Ucar-Sumqayıt və 4 ədəd sifarişli marşrutlar üzrə sərnişin daşıma xidməti göstərilib, 7,5 kilometr şəhərdaxili və kəndlərarası avtomobil yolları asfaltlanıb və bu tədbirlər davam etdirilir.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, 10 kilovoltluq elektrik verilişi xətlərinin  3,9 kilometrində əsaslı, 9 kilometrində cari təmir işləri, 0,4 kilovoltluq elektrik verilişi xətlərinin  5 kilometrində əsaslı, 8,7 kilometrində cari təmir işləri aparılıb,  147 ədəd 10/0,4 kilovoltluq transformator  yarımstansiyalarında cari təmir işləri aparılıb, 85 ədəd yeni sayğac quraşdırılıb, bu məqsədlərə 42,2 min manat vəsait xərclənib. 6 ay ərzində yığım faizi güzəştsiz  əhali üzrə keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çox olmaqla 80,0 faiz, şəbəkə üzrə cəmi yığım faizi 8,1 faiz çox olmaqla 92,8 faiz icra edilib. Şəhərin Heydər Əliyev, Oğuz, N.Nərimanov, Koroğlu və 20 Yanvar küçələrində 4000 p/m  polietilen boru ilə qaz xətti çəkilib, həmçinin, rayon qaz istismar sahəsinin daxili imkanları hesabına Dədə Qorqud küçəsində 1 ədəd 80 mm-lik siyirtmə quraşdırılıb, Qarabörk kəndində 76 mm-lik 24 p/m qaz xətti dəyişdirilib, Lək kəndində 76 mm-lik 290 p/m qaz xətti çəkilib. Gəraybəyli kəndində korroziyaya uğramış orta və aşağı təzyiqli 55 paqonmetr  qaz xətti dəyişdirilib, 878 abonentin qaz sayğacı istismar müddəti başa çatdığı üçün yenisi ilə əvəz olunub.
Keçən dövr  ərzində yığım faizi əvvəlki dövrlə müqayisədə idarə üzrə cəmi 6,6 faiz çox olmaqla 89,3 faiz, güzəştsiz əhali üzrə 8 faiz çox olmaqla 90,3 faiz icra edilib.
İçməli su təminatının yaxşılaşdırılması üçün Göyçay rayonunun üngütlü kəndində öz axını ilə gələn 219 mm-lik su xəttinin 40 paqonmetr hissəsi dəyişdirilib, şəhərin Heydər Əliyev, Oğuz, Füzuli və S.Qarayev küçələrində cari təmir işləri aparılıb, 3 ədəd nasos alınıb, Heydər Əliyev  Mərkəzinə 40 mm-lik 120 p/m yeni su xətti çəkilib. Su kanal idarəsinin inzibati binasının və su anbarı binalarının dam örtüyü dəyişdirilib, hasarının yenidən qurulması işləri davam etdirilir. Suyun yığım faizi əvvəlki dövrlə müqayisədə idarə üzrə cəmi 8,7 faiz az olmaqla 67,3 faiz, əhali üzrə 8,2 faiz az olmaqla 62,6 faiz icra edilib.
2011-ci ilin 6 ayı ərzində  rayonun suvarma və kollektor direnaj şəbəkələrinin istismarı sahəsində müəyyən işlər görülüb, suvarma kanallarında 531 min kubmetr həcmində 272,1 min manatlıq lildən təmizləmə işləri, 95,2 min manatlıq əsaslı təmir işləri görülüb, 53 ədəd hidrotexniki qurğu cari təmir edilib.
Kollektor direnaj şəbəkələrində 269,4 min kubmetr həcmində 82,0 kilometr uzunluğunda  122,3 min manatlıq cari təmir işləri aparılıb. Sel sularının qarşısının alınması məqsədilə rayon ərazisindən keçən Türyançay və Göyçay çayının sağ və sol sahilləri boyunca 143,8 min kubmetr həcmində 7,7 kilometr uzunluğunda bəndin təmiri, 110 kubmetr həcmində betonla sahilbərkitmə işləri aparılıb.
Rabitə sistemi əsaslı şəkildə yenidən qurulur
Əhaliyə poçt və telefon rabitəsi xidmətinin keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün tədbirlər görülüb, poçt xidməti üzrə tarif proqnozuna 106 faiz əməl edilib. Rayon Poçtamtının və rayon Telekommunikasiya Qovşağının inzibati binalarının əsaslı yenidən qurulması işlərinə başlanılıb. Telefon rabitəsi xidmətini yaxşılaşdırmaq üçün şəhərin Azərbaycan, Vaqif, Nəsimi, 20 Yanvar, M.Ə.Rəsulzadə, M.F.Axundov, Oğuz, N.Nərimanov küçələrində hava rabitə xətlərində cari təmir işləri aparılıb, Heydər Əliyev küçəsində 970 metr hava rabitə xətti kabel kanalizasiya xəttinə keçirilib, N.Nərimanov küçəsində 80 metr, M.Ə.Rəsulzadə küçəsində 120 metr kabel xətti yenisi ilə əvəz olunub, 162 abunəçiyə yeni telefon xətti çəkilib, 196 abunəçiyə yüksək sürətli internet rabitəsi verilib. Bütövlükdə rayonun kənd avtomat telefon stansiyalarının hamısı rekonstruksiya olunaraq elektronlaşdırılıb. Hazırda bütün kənd üzrə EATS xətt təsərrüfatının yenidən qurulması üçün tədbirlər davam etdirilir.
Ucarlılar ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiqdirlər
Qeyd etmək lazımdır ki, Ucar sakinləri hər zaman ölkənin siyasi-ictimai həyatında fəal iştirakları ilə seçiliblər. Rayonda siyasi aktivlik olduqca yüksəkdir. Vurğulamaq yerinə düşər ki, bu gün Ucar sakinləri birmənalı olaraq Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqlik və etimad nümayiş etdirirlər. Rayonun aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatıdır. YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva rayon təşkilatının 1993-cü il sentyabrın 11-də yaradıldığını bildirdi. Ş.Abdullayeva qeyd etdi ki, təsis edilən zaman cəmisi 169 üzvdən və 19 ilk ərazi təşkilatından ibarət olan YAP rayon təşkilatının sıraları günü-gündən genişlənir. Bu gün YAP Ucar rayon təşkilatının sıralarında 3400-ə yaxın üzv fəaliyyət göstərir. İlk təşkilatların sayı isə 75-ə çatıb. Gənclərin siyasi proseslərdə iştirakı isə olduqca aktivdir. YAP Ucar rayon təşkilatının üzvlərinin böyük bir hissəsini-1060 nəfərini gənclər, 1960 nəfərini isə  qadınlar təşkil edir. YAP Ucar rayon təşkilatının sədri  Şəhla Abdullayeva bildirdi ki, 2011-ci ilin birinci yarısında rayonda 62 nəfər partiya sıralarına qəbul olunub. Bununla yanaşı, rayon təşkilatının qərargahı özəlləşdirilib, əsaslı təmir olunub.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1591 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30