Qədimliyini qoruyub saxlayan müasir Şəki yeni uğurlara imza atmaqdadır
15.09.2011 [11:04]
Son vaxtlar rayonda həyata keçirilmiş mühüm sosial-iqtisadi tədbirlər nəticəsində Şəkinin inkişafı daha da sürətlənib
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli strukturların rəhbərlərinə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində dövlət başçısının dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki regionda, hətta bütün dünyada aparıcı ölkə, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb. Dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Şəki rayonudur.
Sosial sahədə canlanma...
2011-ci ilin birinci yarısında Şəki rayonunun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salmaq kifayətdir. 2011-ci ilin birinci yarısında istehsalın əsas sahələrində ilkin hesablamalara görə, faktiki qiymətlərlə 143 milyon 205 min manatlıq məhsul buraxılıb ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 34,7 faiz çoxdur. Adambaşına faktiki qiymətlərlə 820 manatlıq, yaxud 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 32,7 faiz çox məhsul istehsal olunub. 2011-ci ilin birinci yarısında pərakəndə əmtəə dövriyyəsi 118 milyon 59 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 26 milyon 265 min manat olub. Əhaliyə göstərilən pullu xidmətin həcmi 2010-cu ilin birinci yarısına nisbətən 45,8 min manat artıb. Rayonda 2011-ci ilin birinci yarısında 630 yeni iş yeri açılıb. Yeni açılmış iş yerlərinin hamısı daimi iş yerləridir. Rayon üzrə 2011-ci ilin birinci yarısında orta aylıq əməkhaqqı 206 manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz çoxdur.
Hazırda rayonda 21 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 13-ü kiçik müəssisədir. 2011-ci ilin birinci yarısı ərzində Şəki rayonunun sənaye sahələrində faktiki qiymətlərlə 9 milyon 38 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da 2010-cu ilin birinci yarısının göstəricilərindən 2 milyon 404 min manat çoxdur.
2011-ci ilin I yarımilliyində Şəki şəhərinin büdcəsinin yerli gəlirləri 16 milyon 752 min manat proqnoza qarşı, faktiki olaraq 17 milyon 235 min manat və ya 102,9 faiz yerinə yetirilərək, xəzinəyə 483 min manat çox vəsait daxil olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 885 min manat və ya 12,3 faiz çox olub. Bu müddətdə yerli gəlirlərə daxil olan vəsaitin 12 milyon 150 min manatı respublikanın mərkəzləşdirilmiş xərclərindən alınan dotasiya və transferlər, 5 milyon 084,6 min manatını isə ərazi vergilər idarəsi tərəfindən toplanan gəlirlər təşkil edib.
2011-ci ilin I yarımilində Şəki şəhərinin büdcəsinin yerli xərcləri 12 milyon 902 min manat proqnoza qarşı kassa xərcləri 12 milyon 83 min manat və ya 93,7 faiz icra edilib ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 6 faiz və ya 681 min manat çox olub.
Bununla yanaşı, Şəki rayonunda yaşayan 15913 nəfər pensiyaçının pensiyasının sığorta hissəsi bu ilin yanvarın 1-dən 5,7 faiz artıb. 2010-cu ilin 1 yanvar tarixindən “Əmək pensiyaları haqqında” Qanuna yeni sadələşdirilmiş qaydanın tətbiqi sayəsində isə Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi üzrə pensiyanın orta aylıq məbləği 106 manat təşkil etdiyi halda yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 127 manat olub.
Həmçinin, 2011-ci ilin birinci yarısı ərzində 1202 ailəyə ünvanlı Dövlət Sosial Yardımı təyin olunub. Hal-hazırda 2750 ailənin 11939 nəfər ailə üzvünə 300,3 min manat məbləğində ünvanlı Dövlət Sosial Yardımı təyin edilərək ödənilir. ünvanlı Dövlət Sosial Yardımı təyin olunan ailələr arasında 803 ailə ilk dəfədir ki, bu yardımı alır. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği 26 manat, hər ailəyə düşən orta məbləğ isə 109 manat 19 qəpik təşkil edib.
237 min ton taxıl istehsalı ilə liderlik...
ötən illərdə olduğu kimi, bu ilin birinci yarısında da kənd təsərrüfatının mövcud sahələrinin müasir elmi nailiyyətlər əsasında inkişaf etdirilməsi, məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanıb, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkidə istehsal olunan taxıl ölkəmizin ümumi taxıl istehsalının 10-15 faizini təşkil edir. Belə ki, 2010-cu ilin payızında 2011-ci ilin məhsulu üçün 70446 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilib. Taxıl zəmilərində yetişən məhsulun vaxtında və itkisiz yığılması üçün öncədən hazırlıq işləri aparılıb. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində rayonda son statistik məlumatlara əsasən 237 min ton məhsul istehsal edilib. Hazırda hər hektardan orta məhsuldarlıq 34 sentner təşkil edir ki, bu da əvvəlki illərdən xeyli çoxdur. Cari ildə rayonda yazlıq əkinlərin həyata keçirilməsi də daim diqqət mərkəzində saxlanıb. Statistik məlumata əsasən cari ildə rayonda 9950 hektar sahədə yazlıq bitkilər əkilib.
Kənd təsərrüfatının aparıcı sahələrindən birini də heyvandarlıq təşkil edir. 2011-ci ilin birinci yarısında bu sahənin inkişafı daim diqqətdə saxlanıb, profilaktik tədbirlər vaxtında və keyfiyyətlə aparılıb. Heyvandarlığın inkişafı istiqamətində görüləsi işlər də hələ çoxdur. Bu gün Şəkidə müasir tələblərə cavab verən iri fermaların, quşçuluq fabriklərinin, camışçılıq təsərrüfatlarının yaradılmasına ciddi ehtiyac var. Qeyd olunan sahələrin inkişafı heyvandarlıq məhsullarının istehsalının həcminin artırılmasına və yeni iş yerlərinin yaradılmasında mühüm rol oynaya bilər.
Şəki qədimliyini qorumaqla müasirləşir
Əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarısında da Şəkidə yenidənqurma tikinti-quruculuq işləri davam etdirilib, Şəki şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş titul siyahısına uyğun olaraq il ərzində şəhərdə aparılacaq abadlıq və quruculuq işlərinin planı təsdiqlənib. Qeyd edək ki, keçən il inşasına başlanan bir sıra sosial təyinatlı obyektlərin tikintisi cari ilin birinci yarısında da davam etdirilib, küçə və xiyabanların, prospektlərin, həmçinin, yerli əhəmiyyətli yolların abadlaşdırılması daim gündəmdə saxlanıb. Bu müddət ərzində yerli əhəmiyyətli çınqıl örtüklü yollar təmir edilməklə çapağan, Bolludərə-Qaratorpaq və respublika əhəmiyyətli yolların abadlaşdırılması istiqamətində müəyyən işlər görülüb. 2010-cu ilin dekabr ayında istifadəyə verilmiş 1312 metr uzunluğunda olan körpünün davamı olaraq 2011-ci ildə həmin yol üzərində daha iki körpünün tikintisinə başlanıb.
Məlumdur ki, Şəki Azərbaycanın şimal-qərb bölgəsində mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəz hesab olunur. Bu gün Şəki şəhəri orta əsr şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan unikal bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri - karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir. Lakin bir zamanlar şərqin nadir sənət incisi kimi tanınan bu şəhər biganəlik və özbaşınalıqdan xeyli ziyan çəkib. Bu gün şəhərin milli memarlıq üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi ən vacib vəzifə hesab olunur.
Artıq Şəkidə aparılacaq yenidənqurma, tikinti, təmir, abadlıq işlərinin layihələndirilməsi üzrə son tamamlanma işləri görülür. Belə ki, yaxın günlərdə şəhərdə Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanının inşası nəzərdə tutulur. Mirzə Fətəli Axundov adına mədəniyyət və istirahət parkında, şəhərin mərkəzində yerləşən Axundov büstünün ətrafında, Şəki Dövlət Dram Teatrının qarşısındakı meydanda da geniş abadlıq və quruculuq işləri başlanacaq. Şəhərin küçələrinin yüksək səviyyədə işıqlandırılmasını təmin etmək istiqamətində də mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Belə ki, M.Ə.Rəsulzadə, Heydər Əliyev, M.F.Axundov prospektlərində, “Yuxarı Baş” tarix-memarlıq qoruğu ərazisində, Salman Mümtaz küçəsində və yeni tikilən xəstəxanaya gedən yolun hər iki istiqamətində müasir işıqlandırma sisteminin qurulması məqsədilə “Sentralelektrik” şirkətinin mütəxəssisləri Şəkiyə dəvət edilib, yeni işıqlandırma sisteminin layihələri tərtib edilib, yerinə yetiriləcək işlər işçi komissiyasının iclasında geniş müzakirə edilərək təsdiq olunub. Qısa müddət ərzində tikinti işlərinin başlanması nəzərdə tutulub.
Eyni zamanda, yeni salınmış Oğuz şossesi ətrafında abadlıq və quruculuq işlərinin aparılması nəzərdə tutulub. Görüləcək bütün işlər zamanı Şəkinin milli memarlıq üslubunun qorunub saxlanması daim diqqət mərkəzində olacaq.
Xidmət sektorunda irəliləyişlər var...
2011-ci ilin birinci yarısında kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülüb, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanıb. 2011-ci ilin altı ayı ərzində şəhər və kəndlərdə istismar müddətini başa vurmuş elektrik daşıyıcı avadanlıqlarının yeniləri ilə əvəz edilməsi, elektrik verilişi xətlərinin çəkilməsi, transformatorların təzələnməsi və təmiri ilə bağlı xeyli iş görülüb. Şəki Paylayıcı Elektrik Şəbəkəsi rəhbərliyinin şəhər İcra Hakimiyyəti, yerli bələdiyyələr və icra nümayəndələri, digər aidiyyəti dövlət strukturları, özəl qurumlarla əməkdaşlığı sayəsində istehsal olunmuş elektrik enerjisinin dəyərinin ödənişində müsbət irəliləyiş əldə edilib.
2011-ci ilin birinci yarısında rayon əhalisinin normal və fasiləsiz təbii qazla təchizatı istiqamətində də müvafiq işlər görülüb. Bu müddət ərzində Aşağı Küngüt, Oxud kəndlərinə təbii qazın verilməsi təmin edilib, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilib.
2011-ci ilin 6 ayı ərzində şəhər ərazisində və kəndlərdə içməli suyun verilməsində xeyli işlər görülüb, əhaliyə göstərilən xidmətlərin yaxşılaşdırılması üçün bir sıra problemlər aradan qaldırılıb.
Cari ilin 6 ayında Şəki Telekommunikasiya Qovşağında rabitə xidmətlərinin texniki normada saxlanılması və şəbəkələrinin genişləndirilməsi üçün müəyyən işlər görülüb, 2011-ci ilin birinci yarısında CDMA elektron avtomat telefon sistemlərinin montaj tutumu daha da artırılıb. 2011-ci ilin birinci yarısında əhaliyə keyfiyyətli poçt rabitəsi xidməti göstərilib, poçt rabitəsinin bütün sahələrinin fasiləsiz işləməsi təmin edilib. 2011-ci il ərzində Daşüz, Baş Küngüt, Kiçik Dəhnə, Biləcik, Böyük Dəhnə, Baş Göynük poçt şöbələri üçün yeni inzibati binaların tikintisi nəzərdə tutulub.
Sosial sahələr daim diqqət mərkəzindədir...
Sözügedən müddət ərzində təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanıb, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülüb.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)” çərçivəsində Baş Kəldək kəndində inşa olunan 180 şagird yerlik məktəb binasında son tamamlama işləri aparılır. Şəki şəhər 5 N-li tam orta məktəb üçün 320 yerlik yeni tədris korpusunun və Şorsu kənd tam orta məktəb üçün 360 yerlik yeni məktəb binasının tikintisi üçün isə texniki sənədləşmə işləri başa çatmaq üzrədir. Qəzalı vəziyyətdə olan çələbi Xan qəsəbə tam orta məktəb binasının yerində 180 şagird yerlik yeni məktəb binasının tikintisinə, 22 saylı bağçanın dövlət vəsaiti hesabına əsaslı təmirinə başlanıb. Aşağı Layısqı kənd tam orta, Əlyar kənd ümumi orta məktəbləri üçün yeni məktəb binalarının tikilməsi üçün layihə smeta sənədləri hazırlanır.
Qeyd edək ki, 2010-2011-ci tədris ilində rayonun 11-ci sinfi bitirən 2034 nəfər məzunundan 1 nəfəri - şəhər 11 N-li orta məktəbin məzunu Hadızadə Abduləli “Qızıl medal”a layiq görülüb, daha 17 nəfərin isə attestat qiymətlərinin hamısı əla olub.
Bundan başqa, 2011-ci ilin birinci yarısında Şəki Mərkəzi Rayon Xəstəxanası və onun nəzdində olan müalicə-profilaktika müəssisələri əhaliyə yüksək səviyyədə səhiyyə xidməti göstərib. Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini daha da yüksəltmək məqsədilə səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib. Uzun müddət təmirsiz qalan və əhalinin haqlı narazılığına səbəb olan Şəki Doğum Evi kompleksində dövlət vəsaiti hesabına əsaslı təmir işlərinə başlanıb. Aşağı Göynük kənd xəstəxanası, Baş Göynük, Bideyiz kənd həkim məntəqələri üçün yeni binaların layihə smeta sənədləri Səhiyyə Nazirliyinə təqdim olunmuş, Sarıca, çayqaraqoyunlu, çapağan, Qayabaşı və İbrahimkənddə yeni tibb məntəqəsi, Cəyirli kəndində isə yeni həkim məntəqəsinin tikilməsi üçün Səhiyyə Sektorunda İslahatlar layihəsinə müraciət olunub.
Şəkililər Ulu öndərin ideyalarına sadiqdirlər...
Azərbaycanın ucqar bölgələrindən biri olmasına baxmayaraq, Şəki rayonu siyasi aktivlik, ictimai-siyasi fəallıq baxımından həmişə diqqəti cəlb edib. Rayon sakinləri ictimai-siyasi proseslərdə yaxından iştirak edərək ölkəmizin yüksək inkişafı və güclənməsi üçün hər bir pozitiv təşəbbüsü dəstəkləyirlər. Onlar ölkənin əsas aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasına (YAP) dərin inam və etibar bəsləyir, partiya sıralarına qəbul olunmaqdan yüksək qürur və fəxr duyduqlarını ifadə edirlər.
Rayon sakinləri ümummilli lider Heydər Əliyev ideyalarına həmişə sadiq qalaraq ictimai-siyasi, iqtisadi-sosial proseslərdə öz fəallıqları ilə həmişə seçiliblər. Onlar indiyə kimi keçirilən bütün seçkilərdə Ulu öndərin davamlı siyasi kursuna, bu siyasəti yeni inkişaf mərhələsində gücləndirən Prezident İlham Əliyevə və hakim partiyaya sədaqət nümayiş etdiriblər. Bunun nəticəsidir ki, rayonda YAP-ın üzvü olmaq istəyən insanların sayı hər il durmadan artır. Təkcə bu ilin 6 ayı ərzində rayon təşkilatının sıralarına 137-i qadın, 81-i gənc olmaqla ümumilikdə, 202 nəfər daxil olub. Hazırda YAP Şəki rayon təşkilatı öz sıralarında 9217 nəfəri birləşdirir. Hazırda rayon təşkilatında partiya üzvlərinin 2960 nəfərini gənclər təşkil edir.
YAP Şəki rayon təşkilatında qadınların fəallığı da xüsusi diqqət çəkir. 4349 nəfər qadının üzv olduğu rayon təşkilatında zərif cinsin nümayəndələrinin birbaşa təşəbbüsü ilə müntəzəm olaraq müxtəlif tədbir və seminarlar təşkil olunur, ölkə həyatının inkişafına səbəb olan aksiyalar keçirilir.
Bir sözlə, rayon sakinləri dərin inam və qətiyyətlə Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl islahatları dəstəkləyərək davamlı olan xoş sabahlar naminə YAP-a böyük etimad göstərirlər.
Bir sözlə, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən yaxın üç ildə Şəki rayonunun sosial-iqtisadi inkişafının gücləndirilməsi, ərazinin infrastrukturunun yenidən qurulması üçün bir sıra mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Qarşıda duran mühüm məsələlərdən biri sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi və ərazinin təbii sərvətlərindən səmərəli istifadə olunmasına nail olmaqdır. Bununla yanaşı, yol təsərrüfatı və nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi, elektrik enerjisi, istilik və qaz təchizatı, rabitə xidmətinin yaxşılaşdırılması, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması, meliorasiya və irriqasiya sahəsində mühüm işlərin davam etdirilməsi olduqca vacibdir. Rayon rəhbərliyi əmin edir ki, Şəkidə son illər ərzində bütün sahələrdə əldə edilən uğurlar davam etdiriləcək, yeni nailiyyətlərin qazanılması üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcək.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

