Yeni infrastruktur obyektləri
17.10.2023 [10:20]
Qalib Azərbaycan suverenliyini tam bərpa etdiyi doğma Qarabağa yüksək bağlılıq nümayiş etdirir. Hər ötən gün burada quruculuq-bərpa işlərinin miqyası daha da genişlənir. O cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur quruculuğu intensiv şəkildə davam etdirilir. Postmüharibə dövründə biz ermənilərin işğal illərində törətdikləri vandalizmin nəticəsi olaraq yaranan xarabalıqlar üzərində tamamilə yeni bir Qarabağın formalaşdığının şahidi oluruq. Prezident
İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda və digər ünvanlarda dövlət bayrağımızı ucaltmaqla yanaşı, bir sıra yeni infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərinə qatılıb.
Ağdam-Füzuli avtomobil yolunun tikintisi
Abad el yollarından bəlli olar, deyiblər. Qarabağı başdan-başa cənnətə çevirmək istəyən Azərbaycan dövləti də burada müasir yol şəbəkəsinin qurulmasına böyük diqqət göstərir ki, bu da səbəbsiz deyil. Yol infrastrukturu böyük iqtisadi və sosial əhəmiyyət daşıyır. Qarabağda yolların qurulması ölkəmizin bəhs olunan ərazilərdə, sərhədlərimiz boyunca möhkəmlənməsi üçün çox vacibdir. Yol infrastrukturu Böyük Qayıdış proqramının həyata keçirilməsi, Qarabağda iqtisadiyyatın dirçədilməsi, reinteqrasiya proseslərinin sürətləndirilməsi, bu yerlərin turizm potensialından geniş şəkildə istifadə olunması üçün zəruri şərtlər sırasında yer alır. Eyni zamanda, yaxşı yollar doğma yurd yerlərinə qayıdan soydaşlarımızın rahatlığını təmin edəcək.
Müharibə başa çatandan sonra işğaldan azad edilmiş ərazilərdə çoxlu sayda yol layihələrinin icrası tamamlanıb və hazırda yeniləri həyata keçirilməkdədir. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yol Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir. Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla, birinci texniki dərəcəyə uyğun inşa edilir. Vurğulamaq yerinə düşər ki, yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.
Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi
Qarabağ və Şərqi Zəngəzur su ehtiyatları ilə zəngin olan bir diyardır. İşğal illərində bizim bu ehtiyatlara çıxış imkanımız yox idi. Mənfur düşmən Qarabağdakı su ehtiyatlarından bizə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Belə ki, qış aylarına suya tələbat azalanda hündürlükdə yerləşən anbarların bəndləri məqsədli şəkildə açılır və keçmiş təmas xətti boyunca yerləşən ərazilərimiz su altında qalırdı. Yayda tələbat artanda isə ermənilər yezid xislətlərinə uyğun olaraq bəndləri bağlayır və təsərrüfatlarımız su üzünə həsrət qalırdı. Artıq bu dövr keçmişdə qalıb. Qeyd edək ki, mühüm strateji əhəmiyyətə malik Sərsəng su anbarı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib.
Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası tikilib.
96 min hektardan çox ərazinin su təminatı yaxşılaşacaq
Dövlətimizin başçısının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasiminə qatıldığı infrastruktur obyektlərindən biri də Tərtər rayonunda Suqovuşan su anbarı oldu. Suqovuşan su anbarı və magistral kanallar 1976-cı ildə istismara verilib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Bəndin üstdən uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metrdir.
Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan Tərtər rayonunda 24,5 min, Ağdərə ərazisində 14,4 min, Goranboy rayonunda 7 min, Yevlax rayonunda 5,9 min, Bərdə rayonunda 12,6 min, Ağdam rayonunda 30 min, Ağcabədi rayonunda 2 min hektar olmaqla, ümumilikdə, 96 min hektardan çox torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. Su anbarında aparılan təmir-bərpa işləri həmin torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılmasını təmin edəcək.
Vurğulayaq ki, Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, başlanğıcdan 5,2 kilometr sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan sağ sahil və sol sahil magistral kanallarına verilir.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30

