Qəzəb və cinayətlərin mənbəyi
17.10.2023 [11:19]
Dünya yoxsulluqla mübarizə üçün nə edir?
Günel ABBAS
Qədim yunan filosofu Aristotel deyirdi ki, yoxsulluq qəzəb və cinayətlərin əsas mənbəyidir. Buna görə də əsrlər boyu dünya birlikləri yoxsulluğa qarşı mübarizə apararaq sabitliyi və əmin-amanlığı təmin etməyə səy göstərir.
1992-ci ildə BMT tərəfindən 17 oktyabr tarixinin Ümumdünya Yoxsulluqla Mübarizə Günü kimi elan edilməsi bütün dünyada yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirmək məqsədinə xidmət edib. Yoxsulluqla mübarizə gününün qeyd edilməsi 1987-ci ilin 17 oktyabrında baş verən hadisələrlə birbaşa bağlıdır.
Məhz həmin gün yüz mindən çox insan 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin imzalandığı Parisdəki Trocadero Meydanına toplaşaraq ifrat yoxsulluq, zorakılıq və aclıq qurbanlarının xatirəsini ehtiramla yad ediblər. İştirakçılar yoxsulluğun insan hüquqlarının pozulması olduğunu bəyan etməklə bu hüquqların əldə olunması üçün birgə fəaliyyətin zəruriliyini bir daha təsdiq etdilər. O vaxtdan bəri müxtəlif təbəqələrdən, dinlərdən və konfessiyalardan olan insanlar hər il oktyabrın 17-də öz mövqelərini təsdiqləmək və imkansız təbəqə ilə həmrəylik nümayiş etdirmək üçün toplaşırlar.
1992-ci il 22 dekabr tarixdə Baş Assambleya 47/196 saylı qətnamə ilə 17 oktyabrı Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü elan etdi. UNESCO əmindir ki, yoxsulluğa qarşı davamlı mübarizə insanların əsas məşğulluq mənbələri olan təhsil, elm və yaradıcı iqtisadiyyata dəstək, qürur və ləyaqət vasitəsilə bacarıqlarının artırılmasını tələb edir. Sevindirici haldır ki, Azərbaycan da yoxsulluqla mübarizə sahəsində fəal siyasətə və uğurlu təcrübəyə malik olan, adıçəkilən sahədə mühüm addımların atıldığı və müsbət nəticələrin əldə edildiyi ölkələrdən biridir.
Xatırlatmaq yerinə düşər ki, 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçıları tərəfindən Minilliyin sammitində Minilliyin İnkişaf Məqsədlərini əks etdirən birgə Bəyannamə imzalanıb. Azərbaycan Respublikası adından ümummilli liderimiz Heydər Əliyevin imzaladığı Bəyannamədə əksini tapan qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması olub.
“2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” ölkəmizdə bütün sahələrdə tərəqqi proseslərinə, eyni zamanda yoxsulluğun ildən-ilə azalmasına şərait yaradıb. Son illər ərzində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Onun layiqli davamçısı, Prezident İlham
Əliyev tərəfindən uğurla, yüksək səviyyədə davam etdirilməkdədir. Bu yerdə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın başa çatması ilə əlaqədar olaraq 15 sentyabr 2008-ci il tarixdə dövlət başçımız tərəfindən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsini qeyd etməkdə böyük fayda var.
Həm sözügedən proqram, həm də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı məqsədilə təsdiqlənərək uğurla icra olunan dövlət proqramları, eləcə də digər vacib sənədlər, aparılan məqsədyönlü dövlət siyasəti respublikamızda uzunmüddətli sosial-iqtisadi inkişafı təmin edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37

