Əziz Şuşadan gözəl xəbər!
21.10.2023 [11:20]
İlk köç tarixi bəlli oldu
Günel ABBAS
3 il əvvələ qədər düşmən tərəfindən işğal edilərək xarabalığa çevrilən Şuşa artıq öz təbii gözəlliyinə qovuşur. Azadlığına qovuşan şəhərə yeni nəfəsin gəldiyini görməmək mümkün deyil. Hər tərəfində, hər köşəsində abadlıq, yenidənqurma və bərpa işləri aparılır. Şəhərin küçələrində şütüyən yük avtomobillərinin, texnikaların səsi, eləcə də tikinti alətlərinin ucalan əks-sədası xoş müjdələrin carçısına çevrilib. Yeni yaşayış və qeyri-yaşayış binalarının sürətlə tikintisi şuşalıların qayıdışını tezləşdirir. Şəhər ərazisində infrastruktur yeniləndikcə, küçələr abadlaşdırılır və adlar verilir.
Bəli, Şuşa gözəlləşir və gözəl xəbərlərlə sakinlərini sevindirir. Ötən günlərdə verilən məlumata görə, gələn ilin birinci rübündə əhalinin Şuşaya köçünə başlanılacaq.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun sözlərinə görə, ilkin olaraq birdəfəlik 400-dək ailənin köçürülməsi nəzərdə tutulub. O qeyd edib ki, yeni yaşayış kompleksinin tikintisi bu ilin sonuna yekunlaşacaq.
Şuşaya əhalinin köçürülməsi ilə bağlı qəzetimizə açıqlama verən deputat Tahir Rzayev bildirib ki, Şuşada aparılan tikinti, təmir, bərpa, quruculuq işlərinin miqyası çox genişdir: “Əlbəttə ki, bu, əhalinin rahatlığına, gələcəkdə məşğulluğun təmin edilməsinə və Şuşanın bir turist məkanına çevrilməsinə hesablanıb. Şuşa nəinki Azərbaycanın mədəniyyət mərkəzi sayılır, eləcə də bu gün dünyanın ən gözəl, füsunkar məkanlarından biridir. Sözsüz ki, buraya əhalinin köçürülməsini, onların yeni iş yerləri ilə təmin olunmasını bir zərurətə çevrilir. Bütün bunlar dövlət tərəfindən hesablanıb və burada aparılan tikinti, quruculuq işləri, ictimai iaşə obyektləri, müəyyən müəssisələr, emalatxanalar gələcəkdə buraya köçürülən insanların işlə təminatına imkan verəcək.
Şuşa respublikanın ən füsunkar şəhərlərindən biri kimi bu gün abadlaşdırılmaqdadır. Orada əhalinin rahat yaşaması və turizmin inkişafı üçün bir çox xarakterik müəssisələrin yaradılması planlaşdırılır. Çünki Şuşa musiqi məkanıdır. Əvvəllər burada bizim incəsənətimizə məxsus olan tar, qarmon, kaman və digər alətlərin hazırlanması üçün mühüm sexlər olub. Digər tərəfdən, Şuşa bir sanatoriya kimi sovetlər dövründə tanınmışdı, öz mehmanxanaları ilə məşhur idi. Sözsüz ki, bu gün müasir dövrdə bu sahələr daha da inkişaf etdiriləcək. Hesablamalara görə, Şuşaya hər il 100 minlərlə turistin səfər etməsinə imkanlar yaradılacaq. Bu da çox güclü bir maliyyə vəsaiti qoyuluşudur. Digər tərəfdən, həmin turistlərin, qonaqların istirahəti, yerləşdirilməsi, onlara xidmət göstərilməsi üçün lazımi işçilər formalaşdırılacaq. Bu da məşğulluğun təmin olunmasına xeyli zəmin yaradacaq. Şuşada keçirilən çoxsaylı mədəni kütləvi tədbirlər, festivallar, sərgilər, bayram şənlikləri də burada əhalinin cəlb olunmasını sürətləndirəcək və Şuşa demək olar ki, Azərbaycanın ən çox qonaq gəldiyi bir region kimi tanınacaq.
Bu günün özündə Şuşaya çoxsaylı səfərlər edilir. Orada müasir tipli otellər var. Digər ictimai iaşə obyektləri fəaliyyət göstərir. Elə bilirəm ki, insanların bura köçürülməsi, burada mərhələli şəkildə yerləşdirilməsi yeni iş yerlərinin də yaradılmasına bir təkan verəcək. Şuşanı hər birimiz gözəlləşdirməliyik, mədəniləşdirməliyik. Bu sahədə hər bir vətəndaş Şuşamızın, gözəl, yaraşıqlı, cəlbedici olması üçün əlindən gələni əsirgəməməlidir. Həm təbii şəraitinə, həm füsunkarlığına, həm də görkəminə görə Şuşa insanları daim özünə cəlb edəcək və onların sayı ildən-ilə artacaq”.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

