Peşələr Festivalının növbəti dayanacağı...
03.11.2023 [11:25]
Gənclərin peşə seçimində festivalın rolu
Yeganə BAYRAMOVA
Ölkəmizdə əhalinin aktiv məşğulluğunun təmin edilməsi istiqamətində keçirilən tədbirlərin sayı artır. Bu gün Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Gənclərin peşəyönümlü tədbirlərdə iştirakı, həmçinin işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması və əmək bazarı barədə məlumatlılığın artırılması məqsədilə görülən işlər təqdirəlayiqdir. Bu sahədə fəaliyyətin həyata keçirilməsində ötən ildən ölkəmizdə tətbiq olunan Peşələr Festivalının xüsusi rolu var.
Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə Peşələr Festivalına start verilib. Oktyabrın 28-də başlayan festivalın üçüncü ünvanı Zaqatala şəhəri olub. Bu gün isə festival 4-cü rayonda-Şəmkirdə keçiriləcək.
“Peşəni peşəkardan soruş!”
Qeyd edək ki, bu dəfə ölkənin 10 rayon və şəhərində “Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir. İştirakçılar, eyni zamanda, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər.
14 peşə haqqında maarifləndirici tədbirlər...
Dövlət Məşğulluq Agentliyindən “Yeni Azərbaycan”a verilən məlumata görə, festivalın əsas məqsədi düzgün peşə seçiminə dair məlumatlılığın artırılması, eləcə də iştirakçılarda peşələr barədə əyani təsəvvürlər yaratmaqdır. Agentlikdən bildirilib ki, Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 14 peşə haqqında maarifləndirici tədbirlər həyata keçiriləcək: “İştirakçılar festivala qatılmaqla peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunduğu barədə məlumatlar əldə edəcək.
Builki festival ilk dəfə oktyabrın 28-də Quba rayonunda keçirilib. Festival oktyabrın 30-da İsmayıllıda, noyabrın 1-də Zaqatalada, noyabrın 3-də isə Şəmkirdə baş tutub. Bundan başqa, festival noyabrın 5-i Salyanda, noyabrın 9-u Ordubadda, noyabrın 11-i Naxçıvanda, noyabrın 14-ü Cəlilabadda, noyabrın 16-sı Sabirabadda keçiriləcək. Sonuncu festival isə noyabrın 18-də paytaxt Bakıda baş tutacaq. Qeyd edək ki, tədbirdə iştirak ödənişsizdir”.
Maraqlı və səmərəli vaxt keçirəcəklər...
Agentlikdən bildirilib ki, festivalda iştirak edən şəxslər peşələr üzrə hansı bacarıqların tələb olunduğunu yaxından öyrənəcəklər, eyni zamanda gənclər müxtəlif əyləncəli proqramlarla maraqlı və səmərəli vaxt keçirəcəklər: “Qalib ölkənin qalib vətəndaşlarının bu festivalda iştirak etmələri kifayət qədər qürurvericidir. Bu təşəbbüs dövlətimizin gənclərə olan növbəti qayğısından biridir. Tutduğu mövqeyindən, vəzifəsindən asılı olmayaraq, hər kəs öz peşəsini sevməli, yaxşı peşə sahibi olaraq dövlətinə, xalqına layiqli vətəndaş kimi töhfəsini verməlidir. Gənclərə düzgün peşə seçmək üçün yaradılan imkanlardan səmərəli istifadə etməyi, festivalda təqdim olunan peşələrdən yararlanmağı tövsiyə edirik. Hədəfimiz gənclərə, onların valideynlərinə gənclərə düzgün peşə seçimində dəstək olmalarında köməklik göstərməkdir”.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52

