Xəzərdə suyun səviyyəsi niyə azalır?
04.11.2023 [11:45]
Səviyyə 3,7 metr enə bilər...
Y. SAHİB
“Bəzən köpürürsən, bəzən daşırsan,
Sahilin başına oyun açırsan.
Öpüb ayağımı, sonra qaçırsan,
Belə şıltaqlığı səndən öyrəndim.
Olanda xəzrilər sənlə əlbəyaxa,
Hər dalğan çevrilir uca bir dağa.
Nəhayət, xəzrini çıxarır yoxa
Yenə qoçaqlığı səndən öyrəndim”.
Yuxarıdakı misralar mərhum şair Süleyman Rüstəmin “Xəzərim” şeirindən bir parçadır. Təəssüf ki, adına şeirlər vəsf olunan Xəzər dənizi bu gün əvvəlki kimi coşub daşmır. Əksinə, Bakımızın əsas simvollarından biri olan Mavi Xəzərdə suyun səviyyəsi günü-gündən azalır...
Son vaxtlar Xəzər dənizində suyun səviyyəsindəki kəskin azalma dənizdə yaşayan canlılara da təsir göstərir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcək. Mütəxəssislər problemin həllini atmosferə atılan karbon qazının miqdarının azalmasında və sudan qənaətlə istifadə olunmasında görürlər.
5 ildə 69 santimetr enmə...
Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Xəzər dənizinin səviyyəsində dəyişikliklərin səbəblərini öyrənmək üçün ekspert qrupunun iclası keçirilib. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir: “Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti və dəniz səviyyəsinin enmə dinamikası narahatlıq doğurur. Dəniz səviyyəsi son 5 il ərzində 69, son 10 ildə isə 114 santimetr enib”.
Heç bir tədbir görülməsə...
ETSN-nin Ekoloji Siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev bildirib ki, 2070-ci ilə qədər Xəzər dənizində suyun temperaturunun 1,7, əsrin sonuna qədər 2,1 dərəcə artması qeydə alına bilər: “Ssenariyə görə əgər ölkələr heç bir tədbir görməsə, əsrin sonuna kimi temperatur 4,5 dərəcə arta bilər ki, nəticədə səviyyə 3,7 metr enə bilər”.
Qlobal istiləşmə və iqlim dəyişikliyi...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan ekoloq-alim Ənvər Əliyev bildirib ki, iqlim dəyişmələri, xüsusilə qlobal istiləşmə sudan istifadəni artırır: “Əvvəllər bir hektar əkini becərmək üçün 10 ton su lazım idisə, indi 20-30 ton su lazımdır. Həmin su isə təbii ki, Xəzərə tökülən çaylardan götürülür. Beləliklə, Xəzər dənizinə tökülən çayların axını azaldığı üçün su səviyyəsi aşağı düşür”.
Su səviyyənin enmə səbəbləri...
Ekspertin sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır: “Dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir”.
Son illərdə Xəzərin səviyyə dinamikası...
Ə.Əliyev bildirib ki, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb: “2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksək idi”.
Suyun səviyyəsi arta bilər?
Ekoloqun sözlərinə görə, dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil: “Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb”.
Dənizdə su səviyyəsinin aşağı düşməsi təhlükəlidir?
Ə.Əliyev vurğulayıb ki, hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur: “Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər. Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində müntəzəm müşahidələr aparılır. Onların fəaliyyətləri nəticəsində dənizlə bağlı olan qurumlara dənizin səviyyəsi barədə məlumatlar verilir ki, işlərində və planlaşdırılan layihələrdə həmin məlumatları nəzərə alsınlar”.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23

