Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Çirkli hava...

Çirkli hava...

18.11.2023 [11:10]

Hər il 8 milyondan çox insan ölür

Y.SAHİB

Havanın çirkli olması hər insanın ömründən azı 5 il kəsir. Avtomobillərdən çıxan kömür tərkibli tüstülər, fabriklərin buraxdığı qazlar havanın daha çox çirklənməsinə səbəb olan amillərdəndir. Araşdırmalar göstərir ki, çirkli havası olan şəhərdə bir gün ərzində nəfəs almaq 15 siqaretə bərabərdir. Çirkli hava hər il 8 milyondan çox insanın ölümünə səbəb olur.

Son günlər İranın Xuzistan əyalətində hava çirkliliyi böyük problemlərə səbəb olub. Belə ki, Xuzistanda hava çirkliliyinə görə 2500 nəfərin xəstəxanaya müraciət etdiyi bildirilir.

Hava çirklənməsi o qədər artıb ki...

Avstraliyalı tədqiqatçılar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq edərək planetimizdə havanın nə qədər çirkli olduğunu öyrənmək məqsədilə araşdırma aparıblar. Bunu ölçmək üçün 65 ölkədə yerləşən 5446 müşahidə cihazından istifadə ediblər. Nəticədə, qütblərdən başqa dünyanın demək olar ki, hər yerində quraşdırılmış müşahidə aparatlarının göstəriciləri normadan yüksək olub. Bu isə o deməkdir ki, planetimizdə yaşamaq üçün kifayət qədər təmiz havaya malik olan heç bir yer yoxdur.

Tədqiqatçılar həmçinin aşkar ediblər ki, meşə və digər növ yanğınlar da havanın çirklənməsini kəskin dərəcədə artırır. Hazırda, havanın çirklənmə sürəti o qədər artıb ki, görüləcək tədbirlər ən yaxşı halda mövcud vəziyyəti ancaq ləngidə bilər.

Havanın keyfiyyəti ilə bağlı araşdırma aparan ABŞ təşkilatının son hesabatına görə, çirkli hava ilə nəfəs almaq sağlamlıq üçün ən böyük riskdir. Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutunun (EPIC) hesabatı göstərir ki, havanın keyfiyyəti pis olan ərazidə yaşamaq insan ömrünü orta hesabla iki ildən çox azaldır.

Spirtli içki istifadəsindən daha təhlükəli...

Hesabatda vurğulanır ki, çox kiçik hissəciklərin (PM) yaratdığı hava çirkliliyi ictimai sağlamlıq üçün ən böyük xarici təhlükə olaraq qalır. Bu çirklənmənin təsirinin spirtli içki istifadəsindən 3 dəfə daha təhlükəli olduğu bildirilir. PM havadakı çox kiçik hissəciklər üçün istifadə olunan hissəcik maddələri ifadə edir. Əgər bu maddələr 2,5 mikrometr və ya daha kiçikdirsə, onlar PM2.5 adlanır. İndeks hər kubmetr üçün PM2.5 sıxlıq ölçmələrinə əsaslanır. Bu hissəciklər ağciyərlərə və qan dövranına dərindən nüfuz edə və digər orqanlara təsir edə bilər.

Ən çirkli havası olan şəhərlər...

Pakistanın Lahor şəhəri dünyanın ən çirkli şəhərləri siyahısında birinci yerdədir. Çinin Hotan şəhəri ikinci, Hindistanın Dehli şəhəri isə üçüncüdür. Bu şəhərlərin hamısında ildə hər kubmetrdə orta hesabla 90 mikroqramdan çox PM2.5 var. Bu da hava çirkliliyinin normadan 20 dəfə çox olması deməkdir.

ÜST standartı nədir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına görə, bir bölgədə təmiz hava ilə nəfəs almaq üçün PM2.5 dəyəri hər kubmetr üçün ən çox 5 mikroqram olmalıdır. ÜST-nın hesablamalarına görə, havanın çirklənməsi bu səviyyəyə enərsə, orta ömür uzunluğu 2,3 il artacaq. Bu halda orta ömür uzunluğu Pakistanda 3,9 ilə, Nepalda 4,6 ilə qədər yüksəlir.

Türkiyədə vəziyyət...

Türkiyədə kubmetrə görə PM2,5 miqdarının 21,8 mikroqram olduğu görünür. Bu, ÜST standartlarına, demək olar ki, 4,5 dəfə uyğundur. Bu məbləğ ÜST standartlarına endirilərsə, Türkiyədə bir insanın orta ömrünün 1,6 il artacağı proqnozlaşdırılır.

Həkimlər çirkli hava şəraitinin bir çox xəstəliklərin yaranmasında xüsusi rol oynadığını bildirirlər. Onların arasında insan həyatı üçün təhlükə yaradan ürək-damar xəstəlikəri xüsusi yer tutur. Bakı şəhərində, eləcə də Azərbaycanın digər bölgələrində havanın vəziyyəti necədir?

Ölkəmizdə vəziyyət qənaətbəxşdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkə ərazisində 200 mindən yuxarı əhalisi olan iri şəhərlərdə, eləcə də sənaye profilli inkişaf edən rayon mərkəzlərində atmosfer havasının keyfiyyətinə mütəmadi nəzarət olunur. Onun sözlərinə görə, bu nəzarət üçün müvafiq monitorinqlər keçirilir: “Müəyyən vaxtlarda, əsasən də əlverişsiz meteoroloji şəraitdə atmosfer havasında çirkləndiriyi qaz qarışıqlarının miqdarının yol verilən qatılıq həddindən artıq olması qeydə alınır. Buna baxmayaraq, ölkənin atmosfer havasının vəziyyəti qənaətbəxşdir. Azərbaycanda atmosfer havasında ekstremal hallar demək olar qeydə alınmır. Başqa ölkələrin ərazisindən Azərbaycana tranzit formada toz burulğanları gələndə nadir hallarda lokal ərazilərdə yüksək çirklənmə qeydə alınır”.

Abşeronda təzyiqlər daha çoxdur

M.Avazovanın sözlərinə görə, əhalinin ən sıx məskunlaşdığı Abşeron yarımadasında təzyiqlər, təsirlər digər regionlarla müqayisədə daha çoxdur: “Bakı, Sumqayıt şəhərlərində havanın keyfiyyətində digər ərazilərimizlə müqayisədə fərq var. Amma ümumi metodologiyaya uyğun olaraq hesablama aparanda qeyd etdiyim şəhərlər də daxil olmaqla havasına görə keyfiyyət pisliyi kriteriyasına düşən şəhərimiz yoxdur”.

Direktor müavini qeyd edib ki, 2000-ci ildə Bakı şəhərində 100 min maşın var idisə, indi bu rəqəm bir milyondan çoxdur: “Atmosferə atılan tullantıların 1990-cı illərdə 70-80 faizi sənaye müəsissələrinin, 30 faizi isə nəqliyyat vasitələrinin payına düşürdüsə, bu rəqəm indiki zamanda yerini dəyişib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa standartlarına uyğun texnologiyaların ölkəyə gətirilməsinə üstünlük verilib. Son 19 ildə ETSN-in Ekspertiza Departamenti tərəfindən müəssisələrin tullantılarının ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılarkən minimum tullantı verən texnologiyalardan istifadə olunan müəssisələrin fəaliyyətinə icazələr verilir. Apardığımız monitorinqlərin nəticələri onu göstərir ki, ölkədə fəaliyyətə başlayan yeni müəssisələr müasir texnologiyalı, yəni az tullantılı müəssisələrdir”.

Hər maşın havaya 10 kq rezin toz buraxır...

Nəqliyyat eksperti İlqar Hüseynlinin sözlərinə görə, nəqliyyat vasitələrinin ətraf mühit, havanı çirkləndirməsi problemi bir çox ölkələrdə hələ də aktual olaraq qalmaqdadır: “Aparılan hesablamalar göstərir ki, hər avtomobil havaya ildə 10 kiloqram rezin toz buraxır. Nasaz və ya köhnə avtomobillərin atmosferə buraxdığı zəhərli qazların miqdarı isə 3-5 dəfə çoxdur.

Atmosferi daha çox çirkləndirən isə benzinlə işləyən avtomobillərdir. Həmin avtomobillər 75 faizi təşkil edir. Siyahıda ikinci yeri 4 faiz olaraq dizel mühərrikli nəqliyyat vasitələri tutur. Traktor və digər kənd təsərrüfatı maşınları siyahıda üçüncüdür. Ən acınacaqlısı da odur ki, zaman keçdikcə qeyd olunan statistik rəqəmlər durmadan yüksəlir”.

Bu maşınların idxalı qadağan olunmalıdır...

Ekspert qeyd edib ki, dünya təcrübəsində köhnə avtomobillərin istifadəsinin qarşısının alınması üçün kompleks tədbirlər görülür: “Ölkəmizdə də bu istiqamətdə işlər görülməkdədir. İlk növbədə ekoloji baxımdan istismara yararsız avtomobillərin Azərbaycana idxalını məhdudlaşdırmaq, ya da ümumiyyətlə, qadağa qoymaq effektiv olardı. Xarici ölkələrdə belə maşınların şəhərin mərkəzinə daxil olmasına məhdudiyyət və ya qadağa qoyulur, onların texniki baxışı zamanı yüksək qiymət müəyyənləşdirilir”.

Hər bir orqana ziyandır...

İnfeksionist-həkim Mərdan Əliyev qeyd edib ki, çirkli hava insan orqanizmindəki hər bir orqana zərər verə bilər. Onun sözlərinə görə, hava çirkliliyində kiçik artımlar depressiya və narahatlığın əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Çirkli hava həmçinin intiharların da artmasına səbəb ola bilər: “Dünya alimlərinin araşdırması nəticəsində məlum olub ki, hava çirkliliyi ruhi xəstəliklərin yaranmasına səbəb olur. Bu zaman çirkli hava xüsusilə həssas olan insanların sinir sisteminə mənfi təsir göstərə bilər.

Xroniki xəstəlikləri olan insanlar da hava çirkliliyinin daha geniş təsirlərinə məruz qalırlar. Hətta çirkli hava ana bətnində olan dölün inkişafına da zərər verə bilər”.

Xərçəng və insult riski...

Həkim bildirib ki, havanın çirklənməsi azyaşlı uşaqlarda ağciyərlərin böyüməsinə maneə törətməklə yanaşı, uşaqların idrak qabiliyyətlərinə və psixi sağlamlığına da zərər verir: “Hava çirkliliyinin insanlarda yetkinlik dövründə xərçəng və ya insult kimi xəstəliklərə səbəb olduğu da məlum olub”.

Paylaş:
Baxılıb: 313 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

500 illik qanlı tarix

07 Dekabr 11:20

Xəbər lenti

Siyasət

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sevilən sənətkar

06 Dekabr 11:49

Xəbər lenti

Xəbər lenti

Siyasət

İqtisadiyyat

Gündəm

O`Braynın səfəri...

06 Dekabr 10:40  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31