Dünya post-Bayden dövrünə “hazırlaşır”...
18.07.2024 [10:33]
Hazırki ABŞ iqtidarının şansları yüksək dəyərləndirilmir
Dünyanın diqqətlə izlədiyi, yaxın gələcək üçün siyasi proseslərin əsas lokomotivi sayılacaq ABŞ-dakı prezident seçkilərinə dörd ay qalmış proses yeni inkişaf istiqaməti qazanıb. Bir neçə gün Pensilvaniyada Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa edilmiş uğursuz sui-qəsd cəhdi seçki marafonuna mühüm təsirləri ilə yadda qalıb. Siyasi ekspertlərin iddiasına görə, bu uğursuz sui-qəsd cəhdi Trampın şansını yüksək dərəcədə artırıb - paralel olaraq, Demokratlar partiyası bu “güllə”dən daha çox ziyan çəkiblər.
Bu mənada, Qərbin aparıcı nəşrləri və siyasi analitikləri seçkiyə 4 ay qalmış artıq post-Bayden dövrünü təhlil etməyə başlayıblar. Aparılan təhlillərdə isə bir neçə məqam diqqət çəkir...
Siyasi kursda yeni ştrixlər....
Xüsusilə, Baydenin xarici siyasət kursunun ana xəttini təşkil edən qlobal yanaşmalardan fərqli olaraq mühafizəkar, başqa sözlə, ABŞ-ın milli maraqları müstəvisində yanaşma sərgiləyən Trampın atacağı addımların istiqaməti bir sıra komponentlər üzrə qruplaşdırılır:
- Ukrayna müharibəsinə baxış bucağı - yeni komandanın yanaşması birmənalı olaraq Bayden administrasiyası ilə üst-üstə düşmür;
- Avropaya baxış bucağı - “köhnə qitə” ilə münasibətlər NATO prizmasından çıxarılaraq çevik iqtisadi-ticari münasibətlər kontekstinə transfer edilir;
- Rusiyaya münasibət - Bayden administrasiyasının birmənalı qəbul etməmə siyasəti korrektə edilir və məsələlərin daha çox masa arxasında dialoq vasitəsilə həllinə çalışılır;
- Uzaq Şərq siyasəti - müttəfiqliklə yanaşı, fikirləri uzlaşmayan dövlətlərlə balansın qorunması (diqqətə alınmalıdır ki, birinci dönəm prezidentliyi dövründə Tramp bir neçə dəfə KXDR lideri ilə belə görüşmüşdü).
Beləliklə, proqnozlaşdırılan yeni dövr üçün xarici siyasət kursunda köklü dəyişikliklər gözləndiyi halda, əsas hədəf kimi Qərb koalisiyasının anti-Rusiya əhval ruhiyyəsini tənzimləməkdir. Bəlli olduğu və özünün də dəfələrlə açıqladığı kimi Trampın seçki proqramında yeni müharibə və ya Ukrayna cəbhəsində qəti yardımlaşma kimi bəndlər yer almır. Əksinə, Tramp üçün rəqabət hədəfi Rusiya deyil.
Paralel yanaşma, ortaq davranış...
Digər maraqlı məqam isə ABŞ ilə paralel olaraq Aİ-də də antimüharibə komandasının “iqtidara” gəlişidir. Bəlli olduğu kimi, Aİ-nin hazırki sədrliyini həyata keçirən Macarıstan və bu ölkənin baş naziri Viktor Orban çoxgedişli sülh kombinasiyası üzərində işləyir. Onun Aİ sədrliyinin icrasının ikinci günü Kiyevi ziyarət etməsi, ardından isə Moskva və Pekinə səfər etməsi göstərir ki, Ukrayna müharibəsinə baxış bucağı “köhnə qitə”də də dəyişməyə doğru yol alıb. Ən azından İttifaq çərçivəsində Macarıstanın bəzi ölkələr tərəfindən dəstəklənməsi həmin dövlətlərin də “kollektiv Qərb düşüncəsi” adı altında fərqli siyasi xətlərin icrasına yönləndirilməsindən narazı olduqlarını göstərir. Beləliklə, üst-üstə düşən maraqlar və uzlaşan mövqelər proqnozlaşdırılan situasiyanın yaranma ehtimalını gücləndirir - siyasi analitiklərin düşüncəsinə görə, paralel olaraq Aİ-də Orbanın, ABŞ-da isə Trampın sülhə yönəlik mövqeləri Ukrayna cəbhəsində silahların susmasını şərtləndirən amil kimi çıxış edəcək.
Hər iki liderin ortaya qoyduğu arqumentlər anlaşılan və kifayət qədər əsaslandırılmış səviyyədədir:
- Macarıstan müharibənin davam etməsi halında Avropada yaranacaq sosial-iqtisadi böhrandan, enerji təhlükəsizliyinin təhdid altında düşmə ehtimalından, ən əsası isə, Avropanın əsas xammal bazasından məhrum olmasından xilas olmaq, milli maraqları təhlükə qarşısına qoymaq kimi ekstremal addımlardan çəkinməyə çağırışlar edir;
- Trampın respublikaçılar üçün vahid namizəd statusu qazanmasına əsas səbəb kimi, onun Ukraynaya yardım məsələsindəki fərqli düşüncəsi göstərilir. Bəlli olduğu kimi, bu ilin dekabrında Ukraynaya milyardlarla dollarlıq yardım məhz respublikaçı konqresmenlər tərəfindən bloklanmışdı. İndiki halda məsələni kökündən həll etməkdə israrlı görünən “mühafizəkar qanad” seçicilərin diqqətini bu tezisə yönəldərək qələbəyə ümid edir.
Baydenin uğursuz addımları...
Beləliklə, artıq nəinki yalnız ABŞ-da, hətta Avropada belə post-Bayden - Tramp dönəminə ciddi hazırlıq prosesi başlayıb. Bir məsələni də diqqətdən qaçırmaq olmaz ki, indiki fərqli situasiyanın yaranmasında Baydenin “xidmətləri” böyükdür. “Demokratiya sammiti” adı altında yeni siyasi nizamın formalaşdırılması cəhdləri və ortaya çıxan uğursuzluqlar, səhv seçimlər və təsiretmə mexanizmlərinin seçilməsi, ən əsası Rusiyaya qarşı mübarizədəki səhv taktika - xüsusilə kompramisin istisna edilməsi, Orta Şərqdə ABŞ-ın nüfuzunun düşməsi, Mərkəzi Asiyaya Əfqanıstanın timsalında nəzarət funksiyasının itirilməsi Ağ Evə artıq 4 ildir ki, başçılıq edən Bayden haqqında ABŞ auditoriyalarında müsbət imic formalaşdırmayıb. Xüsusilə, Konqresin xarici yardımların ayrılması məsələsindəki fərqli mövqe göstərməsi Baydenin nüfuzuna böyük zərbə vurdu. ABŞ prezidenti Co Bayden hətta 2023-cü ilin ən uğursuz siyasətçisi belə elan edilmişdi. Qeyd olunurdu ki, amerikalıların təkcə Baydenin yaşı və vitse-prezident olduğu zaman korrupsiyada əli olması ilə bağlı deyil, həm də Yaxın Şərq münaqişəsində İsrailə dəstəyi ilə əlaqədar ciddi sualları yaranıb.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25

