/ / Azərbaycan ilə Yaponiya arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub
Azərbaycan ilə Yaponiya arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub
19.07.2014 [11:08]
Son illər Yaponiyada Azərbaycan haqqında dolğun informasiyalara maraq daha da artıb.
Bu fikir Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə iyulun 18-də AzərTAc-da keçirilən görüşdə xüsusi vurğulanıb, informasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
AzərTAc-ın baş direktoru Aslan Aslanov ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrindən danışıb, bu münasibətlərin inkişafında kütləvi informasiya vasitələrinin, o cümlədən milli xəbər agentliklərinin rolunu xüsusi qeyd edib.
Yaponiyalı səfirə AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı məlumat verilib. AzərTAc-la Yaponiyanın “Kyodo News” agentliyi arasında yaxşı əlaqələrinin olduğunu söyləyən baş direktor nüfuzlu beynəlxalq informasiya təşkilatlarında bu agentliklə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Səfirə beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda keçiriləcəyi və 2019-cu ilədək bu qurumlara AzərTAc-ın rəhbərlik edəcəyi barədə məlumat verilib. Həmçinin, milli agentliklərimizin uğurlu əməkdaşlığının Yaponiya ilə Azərbaycan arasında informasiya sahəsində işbirliyinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Aslan Aslanov Kyodo xəbər agentliyi ilə informasiya mübadiləsi haqqında sazişin imzalandığını və əməkdaşlığın həm ikitərəfli əlaqələr formatında, həm də beynəlxalq təşkilatlarda uğurla davam etdiyini bildirib. Yaponiya mətbuatında Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı yeniliklərin daha çox yayılması istiqamətdə tədbirlərin davam etdirildiyini diqqətə çatdıran baş direktor bu ölkənin “Jiji Press” agentliyi, “WorldInvesters TV” internet televiziyası və digər media qurumları ilə əməkdaşlıqdan da söhbət açıb.
Görüşdə Ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasında müstəsna xidmətlərinin olduğu bildirilib, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində respublikamızın dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi bir məkandır. Bakı Beynəlxalq Humanitar Forumunun bu tədbirlər sırasında böyük əhəmiyyət daşıdığı nəzərə çatdırılıb və Yaponiyanın Kyodo agentliyinin prezidentinə bu Foruma dəvət məktubu göndərildiyi bildirilib.
Azərbaycanın sürətli inkişafından məmnunluq duyduğunu söyləyən səfir Tsuquo Takahaşi dövlətlərimiz arasında münasibətlərin sağlam məcrada davam etməsində milli xəbər agentliklərinin mühüm rol oynadığını qeyd edib.
Son illər Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa Yaponiyada xüsusi diqqət yetirildiyini deyən səfir gündoğar ölkə hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində respublikamızın regionlarında gördüyü işlərdən danışıb.
Yaponiyanın aparıcı informasiya agentlikləri ilə AzərTAc-ın əlaqələrini yüksək qiymətləndirən səfir ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsindən söhbət açıb, gələcəkdə humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58

