Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / UNESCO üzrə Milli Komissiyaların birinci regionlararası görüşündə Azərbaycan da təmsil olunub

UNESCO üzrə Milli Komissiyaların birinci regionlararası görüşündə Azərbaycan da təmsil olunub

01.08.2014 [09:51]

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən UNESCO üzrə Milli Komissiyaların birinci regionlararası görüşü başa çatıb.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından AzərTAc-a bildirilib ki, görüşə 90 ölkədən 111 nümayəndə qatılıb.
Tədbirdə UNESCO-nun regional büroları və milli komissiyalar arasında əməkdaşlıq məsələləri, üzv ölkələrdə qurumun beynəlxalq təşkilat kimi fəaliyyət istiqamətləri, o cümlədən gördüyü işlər, nailiyyət və perspektivlər, milli komissiyaların UNESCO-nun “İştirak Proqramında” iştirakı ilə bağlı məsələlər müzakirə olunub, eyni zamanda üzv ölkələr arasında bu sahələrdə təcrübə mübadiləsi aparılıb.
Görüşdə ölkəmizi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi D.Panin təmsil edərək, qurumun prioritet istiqamətləri üzrə milli komissiyanın fəaliyyəti, ölkəmizin təşkilatda qazandığı uğurlar, digər ölkələrin milli komissiyaları ilə birgə həyata keçirilən layihələr haqqında məlumat verib, eyni zamanda gələcək əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.

Paylaş:
Baxılıb: 1826 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30