Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Stefen Kanitz: Biz Ermənistanın işğalçılıq siyasətinə artıq dözmək fikrində deyilik

Stefen Kanitz: Biz Ermənistanın işğalçılıq siyasətinə artıq dözmək fikrində deyilik

09.08.2014 [11:11]

Almaniyanın Xristian Demokrat İttifaqının ölkə parlamentindəki deputatı Stefen Kanitz Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırıb.
Stefen Kanitz BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini dəstəklədiyini bəyan edib. Almaniyalı deputat deyib ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıyır. Erməni siyasətçiləri bunun əksinə getməklə odla oynayırlar.
S.Kanitz qeyd edib ki, Avropada ərazi bütövlüyü prinsipinin tətbiqi Ermənistanın Azərbaycana qarşı zorakılığına qədər birmənalı qəbul olunurdu. Ermənistan Azərbaycan ərazisinin böyük bir hissəsini və Dağlıq Qarabağı işğal etməklə, özünü beynəlxalq hüquq standartlarından nəzərəçarpacaq dərəcədə kənarlaşdırıb. Belə bir davranış parlamentarilər tərəfindən xoş qarşılana bilməz.
“Avropa Şurasının Parlament Assambleyası (AŞPA) açıq-aydın bəyan edib ki, Ermənistanın işğalçılıq siyasəti beynəlxalq hüquqa ziddir. AŞPA-nın həmin qətnaməsini rəhbər tutan Almaniya və Avropa münaqişənin həlli istiqamətində Azərbaycanın göstərdiyi səyləri dəstəkləyir. Sovet İttifaqının süqutundan sonra Ermənistan qeyri-qanuni olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı yeddi rayonu işğal edərək, bir milyona yaxın azərbaycanlını didərgin vəziyyətinə salıb. İnsanların bu acınacaqlı durumuna biganə qalmaq olmaz. Buna görə də biz münaqişənin sülh yolu ilə həlli üçün cəhdlərimizi gücləndirməliyik”, - deyə S.Kanitz vurğulayıb.
Almaniyalı deputat bəyan edib ki, Avropa ictimaiyyəti Ermənistanın beynəlxalq hüquqa, insan hüquq və azadlıqlarına qarşı yönələn hərəkətlərini qətiyyətlə pisləyir. Ermənistan beynəlxalq səviyyədə məsuliyyət və cavabdehlik daşıyır. Biz Ermənistanın işğalçılıq siyasətinə artıq dözmək fikrində deyilik.

Paylaş:
Baxılıb: 1918 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30