İran və Azərbaycan strateji tərəfdaşa çevrilirlər
26.11.2014 [09:50]
İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu ölkənin kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşüb.
Əli Həsənov bildirib ki, İran zəngin dövlətdir və qədim dövlətçilik tarixinə malikdir. İranın güclü olması ona dost Azərbaycan dövlətinin də xeyrinədir. Rəsmi Bakı hesab edir ki, Azərbaycanın da qüdrətli dövlətə çevrilməsi İranın maraqlarına uyğundur.
Ölkəmizin iqtisadi inkişafı haqqında məlumat verən Baş nazirin müavini deyib ki, artıq Azərbaycan dünyada sürətlə inkişaf edən dövlətlər sırasına çıxıb. Son 5 ildə Azərbaycan sənaye və istehsal potensialına görə dünyada ilk yerlərdən birini tutur. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir ki, ölkədə inflyasiya cəmi 2 faiz təşkil edir. Ötən 10 il ərzində 1 milyon 200 min yeni iş yeri açılıb. Ümumi daxili məhsul istehsalı cari ilin yekununa görə 76 milyard dollar, onun adambaşına düşən hissəsi isə 8 min dollar təşkil edib. Orta aylıq əmək haqqı 580 dollara, orta aylıq pensiya isə 224 dollara çatıb. Gələn il büdcə gəlirlərinin 28 milyard dollar, xərclərinin isə 33 milyard dollar olacağı proqnozlaşdırılır.
İran-Azərbaycan əlaqələrindən danışan Əli Həsənov qeyd edib ki, bu əlaqələrin əsasını Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1970-ci illərdə qoyub və 1990-cı illərdə davam etdirib.
Baş nazirin müavini görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. Bildirib ki, Ermənistan kənar qüvvələrin dəstəyi ilə Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib. Bu işğalın nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və məcburi köçkün kimi yaşamağa məhkum edilib. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması haqqında 4 qətnamə qəbul edib. Lakin Ermənistan bu qətnamələrin şərtlərini yerinə yetirmir. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə heç nə qazanmayıb. Bu dövlət iqtisadi cəhətdən tənəzzülə uğrayıb. Ötən il 120 min adam aclıq və səfalətdən bezərək Ermənistanı birdəfəlik tərk edib. Rəsmi Yerevan yürütdüyü işğalçılıq siyasətinin nəticəsində bölgədə həyata keçirilən bütün beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdən kənarda qalıb. Halbuki Ermənistan işğalçılıq siyasətindən əl çəksə idi, bu layihələrə qoşularaq iqtisadi inkişafa qədəm qoya bilərdi.
Əli Həsənov vurğulayıb ki, bu gün dünyada ədalətsizlik hökm sürür. BMT-nin Liviyaya qarşı qəbul etdiyi qətnamə 2 saat ərzində yerinə yetirildi. Lakin Ermənistana qarşı qəbul olunan qətnamələr kağız üzərində qalır. İnsan hüquqlarından çox danışılır. İnsan hüquqlarından danışanlar bəzi ölkələrdə baş verən qətllərə göz yumurlar. Bu ölkələrdə hər gün yüzlərlə adam öldürülür.
Baş nazirin müavini diqqətə çatdırıb ki, İran həmişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə obyektiv yanaşıb, ölkəmizin ərazi bütövlüyünü tanıyıb, beynəlxalq təşkilatların tədbirlərində mövqeyimizi dəstəkləyib. Azərbaycan öz torpaqlarının itkisi ilə heç zaman barışmayacaq. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməzsə, Azərbaycan öz torpaqlarını istənilən yolla azad etməyə qadirdir.
İran Prezidenti Həsən Ruhaninin bu yaxınlarda Azərbaycana etdiyi səfərə toxunan Baş nazirin müavini bu səfərin qarşılıqlı əməkdaşlıq əlaqələrimizin inkişafında xüsusi rol oynayacağını vurğulayıb. Qeyd olunub ki, ticarət, səhiyyə, təhsil, sosial müdafiə, humanitar məsələlərdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə ehtiyac var.
Əli Həsənov Əli Rəbiini Azərbaycana səfərə dəvət edib.
İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii söhbətinə “Biz bir-birimizə dayağıq” sözləri ilə başlayaraq iki dəfə Azərbaycanda olmasını, xalqımızın Ulu öndəri Heydər Əliyev ilə görüşünü xatırlayıb. Nazir deyib: “Azərbaycanın inkişafı bizi çox sevindirir. Hər iki dövlət inkişaf etdikcə strateji tərəfdaşa çevrilir”.
İran ilə Azərbaycanın həssas regionda yerləşdiklərinə görə əlaqələrinin genişləndirilməsini zəruri hesab edən Əli Rəbii səhiyyə, sosial sığorta, ticarət, narkotik maddələrin qaçaqmalçılığının qarşısının alınması sahələrində daha əhatəli əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov və Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46

