Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Azərbaycan ilə Norveç arasında iki saziş imzalanıb

Azərbaycan ilə Norveç arasında iki saziş imzalanıb

04.12.2014 [10:01]

Dekabrın 3-də “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanıb.
Sazişlər Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun Norveçin ölkəmizdəki səfiri Bord İvar Svendsen ilə görüşündə imzalanıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, sənədlər Azərbaycan və Norveç vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsini, hər iki ölkənin diplomatik pasporta malik vətəndaşları üçün vizasız rejimi, tələb olunan sənədlərin sayının, müraciətlərə baxılma müddətinin və viza rüsumunun azaldılmasını, Azərbaycan və ya Norveç ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən, yaxud bu şərtləri artıq yerinə yetirməyən şəxslərin müəyyən edilməsini, onların təhlükəsiz və nizamlı şəkildə qayıtmalarının tez və səmərəli həyata keçirilməsini nəzərdə tutur.
Görüşdə bildirilib ki, bu sazişlərin imzalanması Azərbaycan və Norveç arasında iqtisadi, humanitar, mədəni, elmi və digər sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin mövcud durumu və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 1798 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30