Azərbaycan nümayəndə heyəti VII Dünya Su Forumunda iştirak edir
16.04.2015 [10:21]
Koreya Respublikasının Dequ və Kencu şəhərlərində Dünya Su Şurasının və Koreya hökumətinin təşkilatçılığı ilə VII Dünya Su Forumu keçirilir. Forumda iştirak etmək üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Koreya Respublikasında səfərdədir.
AZƏRTAC-ın Forumda iştirak etmiş xüsusi müxbirinin məlumatına görə, 1997-ci ildən etibarən hər 3 ildən bir ölkə rəhbərləri, nazirlər, su təsərrüfatı ilə bağlı rəsmi şəxslər, siyasətçilər, alim və mütəxəssislərin iştirakı ilə keçirilən Forum su amilinin və su ilə əlaqədar geniş spektrli məsələlərin dövlətlərarası qarşılıqlı anlaşma və razılaşma platformasına çıxarılmasında, dünya dövlətləri tərəfindən suyun ictimai, iqtisadi və siyasi rolunun getdikcə daha çox qəbul edilməsində müstəsna əhəmiyyət daşıyır.
Aprelin 12-də Dequ şəhərindəki Sərgi və Konfrans Mərkəzində Koreya Respublikasının Prezidenti xanım Pak Kın Henin, bir neçə ölkənin dövlət və hökumət başçılarının, nazirlərin, dövlət və hökumət rəsmilərinin iştirakı ilə Forumun rəsmi açılış mərasimi keçirilib. Azərbaycan nümayəndə heyəti açılış mərasimində iştirak edib.
Dünya Su Forumunun növbəti günü Kencu şəhərində Forumun Nazirlər Prosesinin açılışı olub, plenar iclas və nümayəndə heyəti başçılarının “dəyirmi masa” görüşləri keçirilib. Plenar iclasda çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi, su ehtiyatlarının tükənməsinin qarşısının alınması və bunun üçün sudan istifadənin su ehtiyatlarını üstələməsinə yol verilməməsinin bütün ölkələr üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, istifadə edilmiş suyun dərin təmizləmə texnologiyaları ilə yararlı hala gətirilməsi və təkrar istifadəyə verilməsi, su ehtiyatlarının formalaşdığı çay hövzələrinin deqradasiyasının qarşısının alınmasının bütün ölkələrin qarşısında duran başlıca vəzifə olduğunu diqqətə çatdırıb. Qorxmaz Hüseynov texnogen fəaliyyətin intensivliyinin təbii proseslərin inkişafında köklü dəyişikliklərə səbəb olduğu müasir dünyamızda yerüstü və yeraltı su ehtiyatlarının daha dəqiq qiymətləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. “Yuxarı axın” ölkələrini “aşağı axın” ölkələrinin maraqlarını nəzərə almağa, hər bir çay hövzəsi hüdudunda su ehtiyatlarının inteqrasiyalı idarə və istifadə edilməsinin əməli tətbiqinə, ölkələri qonşularının problemlərinə diqqət və qayğı ilə yanaşmağa çağıran “Azərsu” ASC-nin sədri ümidvar olduğunu bildirib ki, VII Dünya Su Forumunda aparılan müzakirələr, nail olunacaq razılaşmalar qlobal iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının qorunmasında, sudan qənaətlə və təyinatı üzrə istifadə olunmasında, əhalinin dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsində mühüm rol oynayacaq.
Forum çərçivəsində “Hamı üçün təhlükəsiz və yetərincə su və sanitariyanın təmin edilməsi” mövzusunda keçirilmiş “dəyirmi masa”da çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Qorxmaz Hüseynov ölkəmizdə əhalinin içməli su ilə təminatı sahəsində görülən işlərdən danışıb. “Aşağı axın” ölkələri sırasında olan Azərbaycanın yerüstü su ehtiyatlarının 70 faizdən çoxunun ölkə hüdudlarından kənarda formalaşdığını qeyd edən Q.Hüseynov əhalinin içməli su təchizatında, suvarma əkinçiliyində müstəsna əhəmiyyəti olan Kür və Araz çayları və onların bir sıra qollarının qonşu ölkələrin ərazisində ciddi çirklənməyə məruz qaldığını, həmin çayların sularında bir sıra kimyəvi element və birləşmələrin miqdarının normadan dəfələrlə yüksək olduğunu diqqətə çatdırıb.
Azərbaycanda əldə edilmiş iqtisadi uğurların nəticələrinin əhalinin rifahının yaxşılaşdırılmasına, sağlam ekoloji mühit və həyat şəraitinin yaradılmasına yönləndirilməsinin ölkə rəhbərliyinin iqtisadi siyasətinin əsasını təşkil etdiyini bildirən “Azərsu” ASC-nin sədri deyib ki, digər sahələrdə olduğu kimi, su sektorunda da mühüm layihələr həyata keçirilir. Keyfiyyətli və dayanıqlı su mənbələri əsasında yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur, yeni içməli su mənbələri aşkarlanır, innovativ texnologiyalara əsaslanan su emalı və sutəmizləyici qurğular inşa edilir, tullantı sular zərərsizləşdirilərək ətraf mühitin qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilir, ölkənin su təhlükəsizliyinin təmin edilməsi strategiyasını əsas götürərək yerüstü və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir, habelə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi proqramlarının hazırlanması, daxili hövzələrdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, su ehtiyatlarının regionların cari və perspektiv tələbatlarına uyğun paylanması istiqamətində araşdırmalar aparılır.
Qorxmaz Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan hökuməti bu istiqamətlərdə xarici ölkələr və beynəlxalq təşkilatlarla, o cümlədən, Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın KfW bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf Fondu və s. ilə sıx əməkdaşlıq həyata keçirir. Ölkəmizdə su sektorunun idarə edilməsi üzrə zəruri hüquqi bazanın yaradıldığını qeyd edən Q.Hüseynov bildirib ki, Azərbaycan Kür-Araz çayları hövzəsində yerləşən ölkələr arasında transsərhəd sularla əlaqədar Helsinki Konvensiyasını ratifikasiya edən yeganə ölkədir.
Müxtəlif mövzularda müzakirələrdən sonra Forumun plenar iclasında Nazirlər Bəyannaməsi qəbul edilib.
Azərbaycan nümayəndə heyəti Dequ Sərgi və Konfrans Mərkəzində Forum çərçivəsində təşkil olunmuş sərgi ilə tanış olub. Sərgidə dünyanın bu sahədə nüfuzlu şirkətlərinin yeni texnologiyaları və xidmətləri nümayiş olunur. Azərbaycan nümayəndə heyətinin üzvləri aprelin 17-dək davam edəcək Forumun müxtəlif sessiyalarında, bölmə iclaslarında çıxış edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

