Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Hicran Hüseynova dünya liderlərinin gender bərabərliyinin təmin olunması məsələlərinə dair toplantısında iştirak edib

Hicran Hüseynova dünya liderlərinin gender bərabərliyinin təmin olunması məsələlərinə dair toplantısında iştirak edib

29.09.2015 [10:13]

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dünya liderlərinin gender bərabərliyinin təmin olunması və bütün qadınların hüquq və imkanlarının genişlənməsi məsələlərinə dair toplantısında iştirak edib. Sammit Çin Prezidenti Si Tszinpinin və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munun təşəbbüsü, BMT-nin himayəsi ilə keçirilib. Tədbirdə dövlət başçıları və müvafiq nazirlər iştirak ediblər. Zirvə görüşündə H.Hüseynovanın “Pekin Bəyannaməsinin və Fəaliyyət Platforması”nın tam icrası ilə bağlı Azərbaycan tərəfinin konsensusunu nümayiş etdirən bəyanatı yayılıb.
H.Hüseynova BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin ilə də görüşüb. B.Osotimehin Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirib. O, qadınların hüquqlarının önə çəkilməsi, onların səhiyyədən və sosial xidmətlərdən istifadə imkanlarının yaxşılaşdırılması, gender zorakılığının aradan qaldırılması məsələlərinin qlobal səviyyədə və beynəlxalq forumlarda Azərbaycan rəhbərliyi tərəfindən dəstəklənməsinin əhəmiyyətni qeyd edib.
Azərbaycanın qadın hüquqlarına dair Qlobal gündəliyə sadiq olduğunu vurğulayan H.Hüseynova gender bərabərliyi sahəsində yeni təşəbbüslərdən, əməkdaşlıq perspektivlərindən söz açıb. H.Hüseynova B.Osotimehini bu ilin noyabrında Bakıda keçiriləcək qadın məsələlərinə dair Beynəlxalq konfransa dəvət edib.

Paylaş:
Baxılıb: 1504 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30