Pakistanda nə baş verir?
26.05.2022 [10:16]
Parlament seçkiləri öncəsi siyasi vəziyyət gərginləşib
Bu ilin aprelində Pakistanın Baş naziri İmran Xanın istefasından sonra ölkədə siyasi vəziyyət hələ də öz gərginliyini davam etdirir. 2018-ci ilin avqustundan 2022-ci ilin aprelinə kimi Pakistan hökumətinə rəhbərlik edən İmran Xan istefasından sonra da özünün siyasi iddialarını davam etdirmək fikrində olduğunu açıqlamışdı.
Qeyd edək ki, Pakistanın müvafiq qanununa əsasən hökumətin istefasından 90 gün sonra yeni parlament seçkiləri keçirilməlidir. Parlament seçkilərinə hazırlıq prosesi isə vəziyyətin gərginləşməsinə yol açır. Belə ki, siyasi rəqib partiyaların təbliğat kampaniyası çərçivəsində keçirdikləri görüşlər və ya yürüşlər müəyyən kütləvi etirazlarla müşayiət olunur. Bu isə ölkədəki sabitliyə təhdid kimi qiymətləndirilir. Məsələn, Pakistanda nəşr olunan “Dawn” qəzeti xəbər verir ki, ölkənin Baş naziri Şahbaz Şərif İmran Xanın rəhbərlik etdiyi müxalif PTI-nin (Pakistan Təhrik-i İnsaf Partiyası) İslamabadda həyata keçirdiyi aksiyaya münasibət bildirərkən, müxalif partiyanı sabitliyi pozmaq cəhdində günahlandırıb. Onun sözlərinə görə, İmran Xan Niyazi ölkədə vətəndaş müharibəsi başlatmaq istəyir: “Amma yanılır. Xalq onu günahına görə heç vaxt bağışlamayacaq və yaxasından yapışacaq”. Baş nazir deyib ki, Niyazi hakimiyyətdə olduğu üç il yarım ərzində bütün vaxtını siyasi rəqiblərinə həsr edib və sosial layihələrə vaxt ayırmayıb: “Keçmiş Baş nazirin müxalifət liderlərini qurban vermək üçün NAB-nin (Milli Hesabatlılıq Bürosu) əsəbləri üzərində oynamağa davam edərkən, kütlənin rifahı haqqında düşünmək üçün bir anı belə olmadı”.
Baş nazir İmran Xanı PTI-nin Multan mitinqində Məryəm Nəvazın (keçmiş Baş nazir Nəvaz Şərifin qızı) ünvanına nalayiq ifadələr işlətdiyinə görə də qınayıb və xalqın bundan utanaraq başını buladığını deyib. Eyni məsələ ilə bağlı açıqlama verən daxili işlər naziri Rana Sanaullah isə deyib ki, əgər koalisiya hərəkətə keçsə, etirazçıların evlərindən belə çıxmasına icazə verilməyəcək. Rana Sanaullah İmran Xana etibar etmədiyini bildirərək, “onun yalan danışmaq və dönüşlər etmək vərdişləri var. PTI və onun işçilərinin keçmiş təcrübəsini nəzərə alaraq, onların İslamabada anarxiya yaratmaq niyyəti ilə gələcəklərindən ehtiyat edirəm”, deyib. Nazir bildirib ki, şəxsən o, narkotik qaçaqmalçılığı iddiasında aylarla həbsdə saxlandığı kamerada İmran Xanı üç gün saxlamaq istəyərdi. “Üç gün barmaqlıqlar arxasında qalması onun içindəki siyasəti siləcək”.
Göründüyü kimi parlament seçkiləri öncəsi rəsmi İslamabadda yenidən siyasi mühit qarşılıqlı ittihamlar səsləndirir. Müxalifət hazırk? hakimiyyəti bir sıra Qərb ölkələri ilə daha yaxın əlaqədə günahlandırır.
Qeyd edək ki, İmran Xan kabinetinin istefa səbəblərindən biri də Pentaqonun Pakistanda hərbi bazalar yaratmasına imkan verilməməsi olmuşdu. Bu isə rəsmi Vaşinqtonun etirazına yol açmışdı. Qərbə yaxın siyasətçilərin və partiyaların parlamentdə etimadsızlıq mühiti yaratması isə hökumətin istefasına gətirib çıxarmışdı. Digər tərəfdən, İmran Xanın Türkiyə və Türk dünyası ilə isti münasibətləri də həm daxildəki bəzi qüvvələrdə, həm də xaricdəki dəstəkçilərdə narahatlıqlar yaradırdı.
Bu arada, Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari təyinatından sonra ABŞ-a səfəri zamanı ABŞ dövlət katibi Entoni Blinkenlə də görüşüb. Bilaval Bhutto Zərdari səfər çərçivəsində qlobal ərzaq təhlükəsizliyi üzrə nazirlər konfransında və BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması: münaqişələr və ərzaq təhlükəsizliyi” mövzusunda açıq debatda iştirak edib. Qarşıdakı parlament seçkilərində həlledici simalardan sayılan Bilaval Bhutto Zərdari Blinkenlə görüşü haqda bildirib ki, Pakistan hakimiyyəti Vaşinqtonun maliyyə yardımına deyil, ABŞ-la ticarətə inanır. “”Biz Pakistanın yardıma deyil, ticarətə inandığını vurğuladıq və ondan (Blinken) ümidverici cavab aldıq”, - deyə pakistanlı nazir Geo TV-yə bildirib. O əlavə edib ki, Pakistan hər iki ölkənin iş adamları, sahibkarları və işgüzar dairələri arasında əlaqələrin inkişafında maraqlıdır.
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

