Rusiya humanitar dəhlizi açır - İlan adası boşaldıldı
02.07.2022 [12:04]
BMT və Türkiyənin sülhyaratma cəhdləri ilk nəticəsini verir
SADİQ
Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib. Qeyd edək ki, İlan adası Qara dənizdə yerləşir və Ukraynaya mənsub olan ərazidir. İnzibati cəhətdən isə Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşir. Adanın tarixinə gəldikdə isə, 1828-1829 illərdə baş vermiş müharibə nəticəsində ərazi Rusiya imperiyasının tərkibinə keçib. Krım müharibəsindən sonra isə ada Rumıniya ərazisi elan edilib. 1944-cü ilin aprelində ada Sovet qüvvələri tərəfindən tutulub. 23 may 1948-ci ildə ada SSRİ ərazisi elan olunub. 1956-cı ildə isə adada radiotexniki dəstə yerləşdirilir.
Rusiya hərbçilərinin adanı tərk etməsi ilə bağlı məlumatı isə Ukraynanın “Cənub” əməliyyat komandanlığı yayıb. “Gecə saatlarında raket və artilleriya bölmələrimizin uğurlu hərbi əməliyyatı nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalıqlarını tələm-tələsik təxliyə edib və ehtimal ki, adanı tərk edib. Hazırda adada yanğındır və partlayış səsləri eşidilir. Əməliyyatın yekun nəticələri araşdırılır” - komandanlıq bildirib.
Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak isə adanın rusiyalılardan təmizləndiyini twiterdə təsdiqləyib: “İlan adasında artıq rusiyalılar yoxdur. Ukrayna Silahlı Qüvvələri əla əməliyyat keçiriblər”.
Xatırladaq ki, İlan adası uğrunda döyüşlər fevralın 24-də - müharibənin ilk saatlarında başlayıb. Eyni gün saat 22:00-da rəsmi Kiyev adanın işğal edildiyini açıqlayıb. Adanı qoruyan hərbçilərin öldüyünə dair məlumat yayılsa da, sonradan onların əsir düşdüyü məlum olub. Aprelin 13-də adanın ələ keçirilməsində mühüm rol oynayan Rusiyanın “Moskva” raket kreyseri Ukrayna Silahlı Qüvvələri tərəfindən batırılıb.
Qeyd edək ki, Ukrayna mediasında və sosial şəbəkələrdə adanın hazırki vəziyyəti ilə bağlı fotolar yayılıb. Fotolarda adanın tüstülər içərisində olduğu, Rusiya qoşunlarının isə 3 kiçik ölçülü gəmi ilə adadan uzaqlaşdığı qeyd olunub. Hazırda adanın boş olduğu bildirilir. Rusiyalı hərbçilərin adanı tərk edərkən öz texnikalarını partlatdıqları da iddia olunur. Həmçinin sosial şəbəkələrdə İlan adasının peykdən iyunun 29-na olan görüntüsü də paylaşılıb. Bu görüntülərdən də adanın tüstü içərisində olduğunu görmək mümkündür.
Rusiya Müdafiə Nazirliyi də qoşunlarının İlan adasından geri çəkildiyini təsdiqləyib. Bildirilib ki, iyunun 30-u Rusiya Silahlı Qüvvələri xoşməramlı addım olaraq İlan adasında tapşırıqların yerinə yetirilməsini başa çatdırıb və orada yerləşən qarnizon adanı tərk edib: “Bununla da, Rusiya Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının çıxarılması ilə bağlı humanitar dəhlizin təşkili üzrə BMT-nin səylərinə əngəl yaratmadığını dünya ictimaiyyətinə nümayiş etdirdi”.
Vurğulanmalıdır ki, artıq bir neçə aydır BMT Türkiyənin iştirakı ilə Qara dənizdə humanitar dəhlizin formalaşdırılması və Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılması istiqamətində danışıqlar aparırdı. Rusiyanın danışıqlarda məhz Türkiyəyə etimad etməsi isə problemin həllində əsaslı rol oynayıb. Rusiyanın rəsmi mənbələrinin də məlumatında bu amil xüsusi qeyd edilir. İlan adasının boşaldılması və humanitar dəhlizin formalaşması isə bir çox amillərdən xəbər verir. İlk növbədə, Rusiya ilə Ukrayna arasındakı hərbi əməliyyatlar başlanan gündən özünün vasitəçilik missiyasını təqdim edən Türkiyənin iki dövlət arasında kompromis yaratma cəhdləri artıq öz bəhrəsini verir.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32

