Rusiya səfirliyinə edilən terror aktının pərdə arxası...
07.09.2022 [10:22]
Kabildə partlayan bombanın əks-sədası haradan gələcək?
Pərviz SADAOYĞLU
Rusiyanın Kabildəki səfirliyində baş verən partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Bu barədə “Reuters” yaraqlıların “Telegram” kanalındakı bəyanatına istinadən məlumat yayıb. Bundan əlavə, İŞİD diplomatik nümayəndəliyin binasının qarşısında bombalı hücum həyata keçirdiyini iddia etdikləri şəxsin fotosunu da yayıb. Bundan əvvəl “Taliban”ın müvəqqəti hökumətinin xarici işlər naziri Əmir Xan Möttəki Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı hücumu araşdıracağına söz vermişdi. Xatırladaq ki, Rusiyanın Kabildəki səfirliyində baş verən partlayış nəticəsində səfirliyin iki əməkdaşı həlak olub.
Bu terror aktı ilə bağlı bir sıra mülahizələr irəli sürülməkdədir. Belə ki, bu aktın baş vermə səbəblərini Qərb-Rusiya qarşıdurması kontekstində də izah edənlər var. Bəzi siyasi ekspertlər, hətta bu aktı Rusiyanın Mərkəzi Asiya üzərindən olan “nəfəsliyinin” bağlanması kimi görürlər. Bu mənada, baş verənlər günümüzün siyasi reallıqları ilə uzlaşdırılır.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Qabil Hüseynli Əfqanıstandakı Rusiya səfirliyi qarşısında son bir ildə iki terror hadisəsi baş verdiyini söyləyib. Onun sözlərinə görə, bundan əvvəlki hadisə zamanı da bombalı hücum həyata keçirilmişdi. Düzdür, əvvəlki hadisə zamanı səfirliyin konsulluq şöbəsinə hücum edilmişdi, amma konsulluğun işçiləri xəsarət almamışdılar: “Bununla belə viza almaq üçün müraciət edənlər arasında xeyli itki olmuşdu. Bu dəfə daha güclü partlayışla müşayiət olunan terror aktı baş verdi. Nəticədə xeyli Əfqanıstan vətəndaşı və iki səfirlik işçisi həyatını itirdi. Partlayış nəticəsində səfirliyin binasına da ciddi zərər dəyib. Bu terror aktının ABŞ tərəfindən istiqamətləndirilməsi ilə bağlı mülahizələr haqda heç nə deyə bilmərəm. Fikrimcə, bu hücum sovet dövründə Əfqanıstana qarşı aparılan qanlı müharibənin elementlərindən qaynaqlanır. Bu elementlər hələ də əfqan xalqının yaddaşında yaşayır və bu səbəbdən də onlar dövrü olaraq Rusiyaya qarşı öz münasibətlərini göstərirlər. Düzdür, bu terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb və Əfqanıstanda İŞİD-in fəaliyyət göstərməsi də sirr deyil. Bu, eləcə də artıq Rusiyanın müsəlman ölkələrində də təqibinə bir sübut ola bilər. Eləcə də, bu terror aktları davamlı da ola bilər. Bütün bunlar onu göstərir ki, Rusiyanın Ukraynaya müdaxiləsi həm terror təşkilatları, həm də dünyanın tərəqqipərvər kəsimi tərəfindən mənfi münasibətlə qarşılanır”.
Q.Hüseynlinin fikrincə, burada qisas məqamının da olduğu mütləqdir. Belə ki, Rusiyaya qarşı qisas əfqan cəmiyyətində dərin kök salıb, hətta qan düşmənçiliyi səviyyəsində bir əhval-ruhiyyəyə çevrilib: “Bu terror aktının Talibanın leqallaşmasına təsirinə gəldikdə isə, “Taliban”ın özü də faktiki olaraq terror təşkilatıdır. Vaxtilə “Taliban”ı əksər ölkələr terror təşkilatı kimi tanıyırdılar. İndi həmin şəxslərin teokratik islam cəmiyyəti üzərində dövlət qurmaq cəhdləri də uğursuzluqla müşayiət olunur. Düzdür, müəyyən bir müddət əfqan cəmiyyətinə zorakı üsullarla təsir hesabına ayaqda dura biləcəklər. Amma nəzərə alınmalıdır ki, əfqan cəmiyyətinin yarıdan çoxu aclıq və yoxsulluq səviyyəsində yaşayır. Demək ki, bunlar sivilizasiyanın, müasir inkişafın mahiyyətinə uymayan, onun əleyhinə olan bir qurumdur və onların tarix səhnəsindən silinmələri o qədər də vaxt tələb etməyəcək. ABŞ isə “Əl - Qaida” ilə mübarizə aparır və “Taliban” dövləti hardasa onun maraqlarına uyğundur. Bu, bölgədə, Cənubi Asiyada qüvvələr nisbətini, balansı qoruyub saxlamaq üçün əlverişlidir”.
Politoloq İlyas Hüseynov isə Kabildə Rusiya səfirliyi qarşısında baş verən terror aktının birbaşa Rusiyaya qarşı yönəldiyini və bununla Rusiyaya bir sıra mesajların da verildiyini bildirib. Xüsusilə Qərb koalisiyası hazırda çox güclü və səfərbər bir dönəmini yaşayır: “Onlar müxtəlif ərazilərdə Rusiyanın maraqlarının təmin olunduğu məsələlərə müdaxilə edir. Bu səbəbdən də dünyada bir sıra dondurulmuş münaqişələr alovlanır, eskalasiya güclənir, gərginlik artır. Bir sözlə, müxtəlif səviyyələrdə Rusiyaya qarşı ikinci cəbhəni açmağa çalışırlar. Demək olar ki, dünyanın siyasi xəritəsində elə bir bölgə yoxdur ki, Rusiyaya qarşı iddialar qabarmasın. Kalininqrad məsələsi də daxil olmaqla, bir sıra dövlətlərin Rusiyaya qarşı iddiaları vardır. Xəritəyə nəzər yetirdikdə Finlandiyadan, Polşadan tutmuş Yaponiyaya qədər Rusiyaya qarşı bir sıra həmlələr həyata keçirilir. Əfqanıstan da coğrafi mövqeyinə görə strateji bir regiondur. Tarixən buradan Böyük İpək Yolu keçib, eləcə də hazırda nəqliyyat-logistika əməliyyatlarının Əfqanıstan üzərindən icrası davam edir. Həm də hazırda “Taliban”ın burada siyasi hakimiyyəti əlində saxlaması Rusiyaya qarşı hansısa planların həyata keçirilməsi üçün bir fürsətdir”.
İ.Hüseynovun fikrincə, terror aktı üçün səfirliyin qarşısının seçilməsi də təsadüfi deyil. Ukrayna hazırda ABŞ-ın çox güclü siyasi, mənəvi və hərbi yardımları ilə əks-hücum həmlələri həyata keçirir. “Lakin biz başqa bir bölgəyə -Mərkəzi Asiyaya çıxış imkanı olan Rusiyanın maraqlarının təmsil olunduğu ərazidə terror hadisəsi ilə rastlaşırıq. Rusiya ənənəvi olaraq post-sovet məkanını özünün maraq dairəsi elan edib. Rusiyanın bir sıra geosiyasi təşkilatları, qurumları var ki, orada Mərkəzi Asiya ölkələri təmsil olunurlar. Bu KTMT-nin timsalında hərbi, Avrasiya İqtisadi Birliyinin timsalında isə iqtisadi seqmenti əhatə edir. Bu mənada, terror aktını həm də Rusiyanın Mərkəzi Asiya siyasətinə yönəlik terror hadisəsi kimi də dəyərləndirmək olar. Çünki Mərkəzi Asiya ölkələri Rusiyanın geosiyasi orbitindən çıxmağa, Çin faktorunu nəzərə almağa və öz maraqlarına uyğun addımlamağa cəhdlər göstərirlər. Bu xüsusda Əfqanıstan ərazisində baş verən terror hadisəsini biz Mərkəzi Asiya-Rusiya əlaqələrinin pozulması kimi də qiymətləndirə bilərik”, - deyən politoloq onu da vurğulayıb ki, Əfqanıstan üzərindən gedən tranzit xətlər Qərb ilə Şərq arasında mühüm bağlantı rolunu oynayır. Bu baxımdan Əfqanıstanda bir sıra dövlətlərin maraqları da kəsişir: “Bu, Böyük Britaniya imperiyasının mövcud olduğu dönəmdən çağdaş zamanımıza qədər olan dövrü əhatə edir. Ona görə də vaxtilə ABŞ və müttəfiqlərinin öz hərbi kontingentini Əfqanıstandan çıxarmasını ABŞ-ın gələcəyə nəzərən partladıcı vasitə yaratması kontekstində şərh etmişdik. Göründüyü kimi, ABŞ və onun ətrafında birləşən dövlətlər istənilən vaxt Əfqanıstandan istifadə edirlər. Biz artıq zaman-zaman bu cür siqnal ları da görə bilirik”.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

