Rəcəb Tayyib Ərdoğanla Yens Stoltenberqin İstanbul görüşü...
06.11.2022 [10:21]
Nardar BAYRAMLI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberqin İstanbulda keçirilən görüşü dünyanın gündəm hadisələrindən birinə çevrilib. Görüş zamanı Rusiya-Ukrayna müharibəsi, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələləri və Yunanıstanın təxribatçı hərəkətləri müzakirə edilib.
Türkiyə Prezidenti görüşdə Rusiya və Ukrayna ilə ən yüksək səviyyədə həyata keçirilən danışıqlar nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başladığını vurğulayaraq, qarşıdakı dövrdə razılaşmanın uzadılmasına diqqət edəcəklərini bildirib. Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə-İsveç-Finlandiya üçtərəfli memorandumuna dair ratifikasiya prosesinin sürəti bu ölkələrin atacağı müvafiq addımlarla müəyyənləşəcək.
Baş katib Yens Stoltenberq isə görüş bardə öz sosial şəbəkə hesabında yazıb: “Prezident Ərdoğana Ukraynadan taxıl ixracatı anlaşmasının davam etməsi ilə bağlı həyati əhəmiyyətli roluna görə minnətdarlığımı çatdırdım”. Bundan başqa, Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsini müzakirə etdiklərini vurğulayan baş katib yazıb ki, hər iki ölkənin müttəfiqlər sırasına daxil edilməsi alyansı gücləndirəcək.
Rusiyanın taxıl sazişinə
qayıtmasında Türkiyə əsas rol oynadı
Görüşün əhəmiyyəti haqqında qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberqin görüşü qlobal proseslər fonunda böyük önəm kəsb edir. Görüşdə Ukraynada baş verən hadisələrin diqqət mərkəzində olduğunu deyən politoloqun sözlərinə görə, hazırda Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həll olunması üçün təşəbbüslərini davam etdirir: “Əminliklə söyləmək olar ki, Türkiyə yeganə dövlətdir ki, həm Rusiya, həm də Ukrayna ilə balansı qoruyur və problemin nizamlanmasında moderator rolunda çıxış edir. Rəsmi Ankara bütün imkanları ilə bölgədə sülhə nail olmağa çalışır. Bu xüsusda Türkiyənin həm də taxıl dəhlizində oynadığı rola diqqət çəkmək lazımdır. Türkiyə, Rusiya, Ukrayna və BMT-nin birgə fəaliyyəti nəticəsində taxıl dəhlizi icra olunur. Hətta Rusiya gəmilərinə edilən hücumdan sonra rəsmi Moskva sazişdə iştirakını dayandırmaq haqqında qərar qəbul etdi. Amma Türkiyənin məsələyə müdaxiləsindən sonra Rusiyanın sazişdə iştirakı bərpa olundu. Bu, o deməkdir ki, Türkiyə dünyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında öz töhfəsini verir. Taxıl dəhlizinin işləməsi ilə dünyada tədarük zəncirinin qırılmasının qarşısnı alınır. Nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatı resessiya dövrünə qədəm qoyub, eləcə də qlobal infilyasiyanın şahidi oluruq. Ona görə də, qlobal təşəbbüslər Türkiyənin nüfuzunu daha da gücləndirir və təmsil olunduğu beynəlxalq təşkilatlarda onun söz sahibinə çevrilməsini şərtləndirir”.
İsveç və Finlandiya
öhdəliklərinə əməl etməsə...
Rəcəb Tayyib Ərdoğanla Yens Stoltenberqin görüşündə qlobal transformasiyalar fonunda İsveç və Finlandiyanın
NATO-nun çətiri altına keçməsinin də diqqət mərkəzində olduğunu deyən İ.Hüseynov qeyd edib ki, Türkiyə bu dövlətlərin terroru dəstəkləməsindən, xüsusilə, PKK və YPG qruplaşmasına siyasi və maliyyə dəstəyi verməsindən dolayı onların NATO blokuna daxil olmasına qarşıdır. Hələ də, İsveç və Finlandiya üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyiblər. Terrorda şübhəli bilinən şəxslər Türkiyəyə təhvil verilməyib. Bu məsələdə Ankaranın mövqeyi çox prinsipialdır və reallıqları özündə əks etdirir. Görüş zamanı cənab Ərdoğan ölkəsinin mövqeyini bir daha NATO baş katibinin diqqətinə çatdırıb”.
Yunanıstana dəstək
göstərmək əvəzinə...
“Digər mühüm məqam isə Yunanıstanın təxribatçı fəaliyyəti ilə bağlıdır”, - deyən həmsöhbətimizin fikrincə, NATO hərbi bloku Yunanıstan və Türkiyə arasında hər zaman nizamlayıcı və balansı qoruyan təsisat olduğunu nümayiş etdirir. Onun sözlərinə görə, hazırda iki ölkə arasında münasibətlər çox gərgindir və rəsmi Vaşinqtonun da prosesə qərəzli münasibəti var. ABŞ Türkiyə-Rusiya əməkdaşlığı səbəbindən bu məsələdə Türkiyəyə qarşı laqeyd münasibət göstərir, əvəzində isə Yunanıstan silahlandırılır, yunan adalarına müasir hərbi texnikalar yerləşdirilir. Ona görə də, Türkiyə bu məsələlərdən çox narahatdır. Hətta Yunanıstan-Türkiyə müharibəsi haqqında da müxtəlif proqnozlar irəli sürülür.
Lakin politoloq hesab edir ki, hazırda Türkiyənin dünyanın enerji təhlükəsizliyindəki mühüm rolu nəzərə alınmaldır: “Avropanın Rusiya qazından imtinası, iqtisadi sankisyalar və məhdudiyyətlər fonundan Türkiyənin geosiyasi mövqeyi bir qədər də güclənir. Bu baxımdan, hesab edirəm ki, Yunanıstana dəstək göstərmək əvəzinə Türkiyənin enerji təhlükəsizliyində, qlobal təhlükəsizlikdə oynadığı rola nəzər yetirmək kifayətdir ki, NATO üçün Türkiyənin əhəmiyyəti göz önünə gəlsin. Türkiyə Cənubi Qafqazda, Yaxın Şərqdə, şimali Afrikada, yəni böyük bir coğrafiyada təhlükəsizlik arxitekturasının gücləndirilməsində maraqlıdır və bu istiqamətdə ardıcıl addımlar atır. Ona görə də, NATO Türkiyənin gücünü, rolunu, potensialını dəyərləndirməli və sülh istiqamətində təşəbbüslərinə diqqətlə yanaşmalıdır”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

