“Vaqner” - terror təşkilatı, yoxsa “gözəgörünməz ordu”
24.11.2022 [10:23]
Avropa Parlamenti qrupu terror təşkilatı kimi tanımağa çağırış edib
Avropa Parlamenti “Vaqner” özəl hərbi şirkətinin terror təşkilatı kimi tanınması ideyasını müzakirə etməklə bağlı çağırış edib. Qeyd edək ki, “Vaqner”in döyüşçüləri hazırda Ukrayna müharibəsində Rusiya tərəfdən iştirak edir. “Vaqner” döyüşçülərinin Ukraynadan başqa, Suriya və Mərkəzi Afrika Respublikasındakı döyüşlərdə də iştirak etdikləri də bildirilir. Eyni zamanda noyabr ayında Britaniyanın “McCue Jury & Partners” hüquq şirkətinin “Vaqner”i məsuliyyətə cəlb etməyi planlaşdırdığı barədə məlumatlar ortaya çıxıb. Bildirilib ki, şirkət həmçinin Ukraynanın məhv edilməsində iştirakına görə dəymiş ziyanı “Vaqner”ə ödətmək niyyətindədir.
“Vaqner” qrupu yaxud “Vaqner” ÖHŞ (Özəl Hərbi Şirkət) Rusiyada Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir. Qrupa daxil olan muzdluların Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası (MAR) da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir. Bəzi məlumatlara görə, onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər.
Yevgeni Priqojin - keçmiş məhbus necə “qrup rəhbəri” oldu?
Qrupun rəhbəri Yevgeni Priqojinin haqqında da mətbuatda olduqca ziddiyyətli məlumatlar yer alır. Prezident Putinə yaxın adam kimi tanınan qrup rəhbərinin 1980-ci illərdə quldurluq, soyğunçuluq və dələduzluğa görə məhkum olunduğunu sübut edən məhkəmə sənədlərinin olduğu da bildirilir. Bu barədə Rusiyada fəaliyyəti yasaqlanan “Meduza” saytı məlumat yayıb. Vurğulanır ki, həmin dövrdə Priqojinin apelyasiya şikayəti üzrə kassasiya instansiyasının qərarı sayt redaktorlarının əlinə keçib. Burada gələcək iş adamının mühakimə olunduğu cinayətləri sadalanıb. Məlum olub ki, Leninqradın (Sankt-Peterburq-red.) Jdanovsk Rayon Xalq Məhkəməsinin 6 oktyabr 1981-ci il tarixli hökmünə əsasən, Priqojin 3 başqa şəxslə birlikdə küçədə bir qadını bıçaqla hədələyərək quldurluq edib, onun 50 rubl dəyərində qızıl sırğalarını əlindən alıblar. Üstəlik, Priqojin qurbanını huşunu itirənə qədər boğub.
Həmçinin Priqojinin üzvü olduğu qrup daha bir neçə quldurluq aktı törədib, ümumi məbləği iki min rubldan çox olan əmlakı oğurlayıb. Bu məbləğ sovet standartlarına görə təxminən iyirmi orta aylıq əmək haqqına bərabər olub.
Bundan əlavə, Leninqradın Jdanovsk Rayon Məhkəməsi Priqojini və onun əlbirlərini yetkinlik yaşına çatmayan uşaqları cinayət fəaliyyətinə cəlb etməkdə təqsirli bilib. Nəticədə, sənədlərdə göstərildiyi kimi, Yevgeni Priqojin öncə 1979-cu ildə Leninqrad şəhərinin Kuybışev rayon məhkəməsinin 29 noyabr 1979-cu il tarixli qərarı ilə 2,5 il, Jdanovsk rayounun 6 oktyabr 1981-ci il tarixli qərarı ilə “gücləndirilmiş rejim”də çəkilməklə 13 il həbs cəzası alıb.
Riçard Vaqner necə “simvol”a çevrildi?
Qrupun başçısı “Vaqner” çağırış siqnalı ilə əlaqəyə girən QRU sabiq zabiti Dmitri Utkindir. Utkin nasistlərə rəğbət bəsləyir. Buna görə də qruplaşmanın adını seçərkən Hitlerin ən sevdiyi musiqiçi Riçard Vaqnerin adından istifadə edib. Onun hələ 2013-cü ildən “Slavyanskiy korpus” adlı muzdlular briqadasının tərkibində Yaxın Şərqdə olduğu söylənilir. “Korpus”un Honq-Konqda “Slavonic Corps Limited” törəmə müəssisəsinin olduğu da məlumdur. “Slavyanskiy korpus”un rəhbərləri Yevgeni Sidorov və Vadim Qusevin bir vaxtlar Suriyanın Deyr-əz-Zor şəhərindəki neft kəmərinin mühafizəsində iştirakı barədə məlumatlar mövcuddur.
Muzdluların xərclərinin ödənişində isə xüsusi metoddan istifadə olunur. Belə ki, Rusiya Müdafiə Nazirliyi müxtəlif məişət xidmətləri və dövlət satınalmaları barədə müqavilələrlə Suriyada və başqa qaynar nöqtələrdə “çirkli işi” yerinə yetirən şəxslərin rəsmi əməkdaşı olduğu qeyri-kommersiya şirkətlərinə vəsait köçürür. Tender qalibi elan edilən həmin şirkətlərin, əslində, hansı vəzifəni yerinə yetirdiyi də beləliklə malalanmış olur. “The Bell” saytı 2015-ci ildə qruplaşmanın illik büdcəsinin 10,3 milyard rubl (166 milyon dollar) olduğunu yazıb. “Vaqner” qrupunun əsgərlərinə pulu nəğd verirlər, onlar rəsmən heç yerdə işə götürülməyiblər, silahların və təchizatın alınması isə məxfiləşdirilib. RBC bildirir ki, həmin xərcləri dövlət və adları açıqlanmayan “yüksək rütbəli biznesmenlər” üzərlərinə götürüb. Məlumatlara görə, 6 min muzdlu əsgərdən ibarət olan “Vaqner”də muzdlu döyüşçülər aylıq 2-3 min dollar maaş alırlar. Bununla yanaşı, uğurlu əməliyyatlarda mükafatlar da əldə edirlər. Ölən əsgərin ailəsinə isə 50-80 min dollar təzminat ödənilir. “Vaqner”in düşərgəsi Krasnodar diyarında, Krasnodar şəhərindən 30 kilometr cənubda, M-4 “Don” yolunun üzərindəki Molkino qəsəbəsinin yaxınlığında yerləşir. QRU-nun 10-cu əlahiddə xüsusi təyinatlı briqadası da orada dislokasiya olunub. Muzdluların bazası 2015-ci ilin ortalarından etibarən fəaliyyət göstərməyə başlayıb.
“Vaqner”in ilk sədası...
Priqojinin yaratdığı “Vaqner” qruplaşması haqqında isə ilkin məlumatlar hələ 2013-cü ildə Suriya döyüşlərində üzə çıxan “Slavyan korpusu” adlı Rusiya muzdlu birləşməsindən qaynaqlanır. Belə ki, 2013-cü ildə Homs şəhəri ətrafında Rusiyanın Krasnodar diyarının sakini Aleksey Malyutanın sənədləri suriyalı müxaliflər tərəfindən tapılıb. Məlum olub ki, həmin şəxs Sankt-Peterburqda yaradılan “Slavonic Corps Limited” adlı özəl hərbi şirkətin “işçisi”dir. Həmin ilin yazında bu şirkət “xaricə ezam olunmaq üçün” müxtəlif güc strukturlarının veteranlarını işə cəlb etməyə başlayıb. Onlarla söhbəti “Moran Security Group” adlı digər özəl hərbi şirkətin rəhbəri, Rusiya FSB-nin (Federal Təhlükəsizlik Xidməti) ehtiyatda olan podpolkovniki (AO-da polkovnik-leytenanta uyğun) Vyaçeslav Kalaşnikov aparıb. Nəhayət, 2013-cü ilin sentyabrında “Slavyan korpusu”nun 267 nəfər “işçisi” Suriyaya göndərilib. Onlara ayda 4 min dollar maaş, həlak olacaqları və ya yaralanacaqları təqdirdə sanballı kompensasiya vəd ediblər. “Moran Security Group” şirkətinin əməkdaşı, Rusiya Müdafiə Nazirliyi kəşfiyyat xidməti olan QRU (keçmiş adı Baş Kəşfiyyat İdarəsi, indi Baş Qərargahın Baş İdarəsi, xüsusi xidmət, SSRİ və sonra da Rusiya MN xarici kəşfiyyatının orqanı), 2-ci əlahiddə briqadasının keçmiş bölük komandiri Dmitri Utkin (məlumata görə “Vaqner” ləqəbini də məhz o daşıyır) keçmiş döyüş yoldaşlarını toplayır və yeni özəl ordu yaradır. “Vaqner” ÖHŞ ilk dəfə 2014-cü ildə Krım əməliyyatında iştirak edir, referenduma hazırlığa nəzarət vəzifəsini yerinə yetirir. Daha sonra onun ordusunun sorağı Donbassdan gəlir.
Qrupun Suriya “sərgüzəştləri”
İddialara görə, Suriyada tarixi Palmira şəhərinin İŞİD-dən azad edilməsində “Vaqner” qrupu aparıcı rol oynayıb. Bu döyüşçülərin Şimali Qafqazda, əsasən Krasnodar vilayətindəki qapalı qəsəbələrdə xüsusi hazırlıq keçməsi barədə iddialar var. 2017-ci ilin sonunda Suriyada bu gizli ordunun 1500-2000 arası döyüşçüsünün olduğu bildirilib. Bu döyüşçülərdən, əsasən, 2015-ci ildə - münaqişənin pik həddinə çatdığı vaxtlarda istifadə olunub. Həmin vaxta kimi bu “gözəgörünməz” Rusiya ordusunun 150-dək döyüşçüsünün həlak olduğu barədə məlumatlar ictimaiyyətdən gizlədilib. Məxfi ordunun əsgərləri Əsədin hökumət qoşunları ilə çiyin-çiyinə döyüşüb və Rusiyaya rəsmi ordunun itkilərini aşağı həddə saxlamaq imkanı verib.
“Vaqner” qrupu muzdlularının Suriyada mülki şəxslərə qarşı qırğınlarda və işgəncələrdə aktiv iştirakı barədə məlumatlar var. 2017-ci ildə “Vaqner” qrupu şirkətinin muzdluları Suriyanın Homs əyalətində Bəşər Əsədin ordusundan fərarilik etmiş əsgəri tutub vəhşi işgəncələrlə öldürüblər, daha sonra cəsədini təhqir ediblər və benzin töküb yandırıblar.
“Vaqner” Liviyaya necə gedib çıxdı?
Britaniyanın “The Telegraph” nəşri 2019-cu ildə “Vaqner” özəl hərbi şirkətinin 300-ə yaxın muzdlusunun Liviyanın bir hissəsinə nəzarət edən marşal Xəlifə Xaftarın ordusuna dəstək verdiyini də yazıb. “Vaqner” qrupunun döyüşçüləri Benqazidə yerləşdirilib. Mənbə deyib ki, “Vaqner” in muzdluları QRU tərəfindən idarə olunur, onların qarşısında Rusiya donanması üçün Tobruk və Derna limanlarının təhlükəsizliyini təmin etmək tapşırığı qoyulub. Habelə “vaqnerçilər” Liviyanın neft yataqlarının marşal Xaftar tərəfindən ələ keçiriləcəyi halda cənubi Avropaya neft nəqlinə nəzarət etməlidir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
21 Sentyabr 13:24

Xəbər lenti
21 Sentyabr 12:36

Xəbər lenti
21 Sentyabr 12:34

Xəbər lenti
21 Sentyabr 12:32

Xəbər lenti
21 Sentyabr 12:27

Xəbər lenti
21 Sentyabr 12:21

Xəbər lenti
21 Sentyabr 11:46

Xəbər lenti
21 Sentyabr 11:45

Xəbər lenti
21 Sentyabr 11:40

Xəbər lenti
21 Sentyabr 11:40

İqtisadiyyat
21 Sentyabr 11:40

Siyasət
21 Sentyabr 11:35

MEDİA
21 Sentyabr 11:35

Analitik
21 Sentyabr 11:33

Xəbər lenti
21 Sentyabr 11:30

Xəbər lenti
21 Sentyabr 11:22

Xəbər lenti
21 Sentyabr 11:20

Siyasət
21 Sentyabr 11:15

Gündəm
21 Sentyabr 11:14

Xarici siyasət
21 Sentyabr 11:12

Siyasət
21 Sentyabr 11:10

Xəbər lenti
21 Sentyabr 11:07

Xəbər lenti
21 Sentyabr 11:00

Xəbər lenti
21 Sentyabr 10:50

Xəbər lenti
21 Sentyabr 10:42

Siyasət
21 Sentyabr 10:36

Xəbər lenti
21 Sentyabr 10:32

Siyasət
21 Sentyabr 10:30

Siyasət
21 Sentyabr 10:22

Siyasət
21 Sentyabr 10:12

Siyasət
21 Sentyabr 10:01

Xəbər lenti
21 Sentyabr 09:44

Xəbər lenti
21 Sentyabr 09:42

Siyasət
20 Sentyabr 23:52

Xəbər lenti
20 Sentyabr 22:42

Xəbər lenti
20 Sentyabr 21:55

Xəbər lenti
20 Sentyabr 21:01

Siyasət
20 Sentyabr 20:56

Siyasət
20 Sentyabr 20:54

Xəbər lenti
20 Sentyabr 20:52

Xəbər lenti
20 Sentyabr 20:49

Xəbər lenti
20 Sentyabr 20:47

Xəbər lenti
20 Sentyabr 20:43

Xəbər lenti
20 Sentyabr 20:41

Gündəm
20 Sentyabr 20:39

Siyasət
20 Sentyabr 20:37

Gündəm
20 Sentyabr 20:33

Xəbər lenti
20 Sentyabr 20:29

Xəbər lenti
20 Sentyabr 20:27

Xəbər lenti
20 Sentyabr 19:35

Xəbər lenti
20 Sentyabr 19:04

Xəbər lenti
20 Sentyabr 18:57

Xəbər lenti
20 Sentyabr 18:25

Xəbər lenti
20 Sentyabr 17:38

Xəbər lenti
20 Sentyabr 17:30

Xəbər lenti
20 Sentyabr 17:27

Dünya
20 Sentyabr 17:02

Xəbər lenti
20 Sentyabr 16:30

Xəbər lenti
20 Sentyabr 15:52

Xəbər lenti
20 Sentyabr 15:32

Xəbər lenti
20 Sentyabr 15:06

Xəbər lenti
20 Sentyabr 14:36

Xəbər lenti
20 Sentyabr 14:35

Xəbər lenti
20 Sentyabr 14:10

Xəbər lenti
20 Sentyabr 13:56

Xəbər lenti
20 Sentyabr 13:34

Xəbər lenti
20 Sentyabr 13:26

Xəbər lenti
20 Sentyabr 13:21

Xəbər lenti
20 Sentyabr 13:18

Siyasət
20 Sentyabr 13:11
