Demokratiyaya “fransız qalan” Fransa...
25.01.2023 [10:24]
Nicat Dilqəmli
Fransada qiymət artımı səbəbindən təşkil olunan etiraz aksiyaları davam edir. Özünü demokratiyanın beşiyi kimi dünyaya sırımağa çalışan, insan hüquq və azadlıqlarının qorunmasını ən ali dəyərlər olaraq dövləti üçün əsas şüara çevirməyə hər vəchlə can atan Fransa hökuməti, əslində bütün bu prinsiplərdən nə qədər uzaq olduğunu bir daha nümayiş etdirmiş oldu. İnformasiyanın işıq sürəti ilə yayıldığı bir dövrdə heç bir həqiqətə arxalanmayan məlumatların tirajlanması heç də hər zaman uğurlu olmur. Əgər olursa da, gec, ya da tez bu xəbərlərin əsl mahiyyəti bütün incəliklərinə qədər üzə çıxır. Elə atalar sözündə deyildiyi kimi, yalanın ömrü qırx gün olar. Görünən odur ki, Fransanın dünyanın gözünün düz içinə baxaraq söylədiyi yalanların da 40-cı gününün tamam olması bu günə qismət imiş. Sən demə, insani dəyərlərin, vətəndaş hüquqlarının “müdafiəçisi” olaraq tanınmağa çalışan Fransada vəziyyət heç də dünyaya nümayiş edildiyi kimi deyilmiş. Yanvar ayının 19-cu günündən etibarən daha da şiddətlənən etiraz aksiyalarında lentə alınan kadrlar deyilənləri bir daha təsdiq edir. Rəsmi Paris nümayişçilərə qarşı xüsusi amansızlıq törətməklə bütün dünya mediasının diqqətini özünə çəkməyi bacarıb. Qarşıdurma zamanı onlarla nümayişçi saxlanılıb. Yerli medianın xəbərinə əsasən, yanvarın 19-da Parisdə pensiya islahatına qarşı etiraz aksiyasının bir çox iştirakçısı polislər tərəfindən vəhşicəsinə döyülüb, təhqirlərə və işgəncələrə məruz qalıb.
Fransa polisinin etirazçılara qarşı amansız davranış sərgiləməsi aksiyanı işıqlandıran media nümayəndələrinin də diqqətindən kənarda qalmayıb. Reportyorlar nümayişlər zamanı baş verənlər barədə təəssüratlarını bölüşüblər. Ölkənin “Musulmansenfrance” portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brən (Jean-Michel Brun) özünü demokratik adlandıran bir ölkədə - Fransada polisin dəyənəkdən istifadə etməsinin yolverilməz olduğunu deyərək fikirlərinə belə davam edib: “Fransa hökuməti əhalinin çoxsaylı etirazlarını nəzərə almayacağını bir daha elan etdi. Keçən həftə sülh şəraitində etiraz aksiyası keçirən əhaliyə qarşı polis növbəti dəfə dəyənəklərdən istifadə etdi. Polis dəyənəyi nəticəsində yaralanaraq təcili surətdə əməliyyat olunan bir şəxs artıq məhkəməyə müraciət edib. 2020-ci ildəki etiraz aksiyaları zamanı da Fransa polisi zorakılıq aktları nümayiş etdirmişdi. Ölkə prezidenti Emmanuel Makron və daxili işlər naziri polis zorakılığını nümayiş etdirən videoların sosial şəbəkələrdə geniş surətdə yayıldığını gördükdən sonra bu hala reaksiya vermişdilər. Onlar belə halların bir daha baş verməməsi üçün müvafiq tədbirlər görəcəklərinə söz vermişdilər. Lakin təəssüflər olsun ki, bu hallara son qoyulmayıb. Özünü demokratik adlandıran bir ölkədə polisin dəyənəkdən istifadə etməsi yolverilməzdir”.
Jurnalist bildirib ki, Emmanuel Makron əhalinin istəyinin ziddinə gedərək seçkiqabağı kampaniyasındakı proqramını hər vasitə ilə həyata keçirməyə çalışır:“Yanvarın 19-da Fransa əhalisinin təqaüd sistemindəki dəyişikliklərə etirazlarını bildirmək üçün ölkənin böyük şəhərləri olan Paris, Marsel və Lionda təşkil olunmuş nümayişlərdə etirazçıların sayı bir milyon yarımı ötüb. Etiraz aksiyalarında xüsusilə nəqliyyat, təhsil işçiləri, enerji sahəsində çalışanlar böyük fəallıq göstərdilər. Ölkə prezidenti Makron bu çoxsaylı etirazlara baxmayaraq seçkilər zamanı təqdim etdiyi proqramını, təqaüd sistemində nəzərdə tutulmuş dəyişiklikləri həyata keçirəcəyini bir daha təsdiq etdi. Unutmayaq ki, Emmanuel Makron prezident seçkilərinin səhərisi vətəndaşların çoxsaylı səslərini toplamasını seçkiqabağı kampaniya zamanı təqdim etdiyi proqramının olmadığını boynuna alaraq, əskinə, ekstremist sağçıların hakimiyyətə gəlməsinə mane olmaq üçün seçildiyi faktını qəbul etmişdi. Bu gün ölkə prezidentinin seçkiqabağı kampaniyasındakı proqramını hər vasitə ilə həyata keçirməyə çalışması antidemokratik siyasət yürütdüyünü göstərir”.
Türkiyənin “Anadolu” agentliyinin Paris təmsilçiliyinin əməkdaşı Ümit Dönməz isə Fransada etirazçılara qarşı polis zorakılığının hökumət əleyhinə keçirilən aksiyalar zamanı daha çox müşahidə olunduğunu qeyd edib. O vurğulayıb ki, Fransa polisi aksiyalar məsələsinə ikili standartlarla yanaşır. Ü.Dönməz söyləyib ki, bu ölkənin asayiş keşikçiləri PKK terror qruplaşması tərəfdarlarının yanvarın 19-da Parisdə keçirdiyi etiraz aksiyası zamanı təxribatların qarşısını almayıb və prosesi kənardan izləyib.
“Mən jurnalistlik fəaliyyətim dövründə çox sayda etiraz aksiyasını izləmişəm. Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, Fransa polisi etirazçılara qarşı çox zaman səbir nümayiş etdirmir. Eyni zamanda, nümayişlərə fərqli yanaşmanı da çox görmüşəm. Məsələn, PKK tərəfdarlarının aksiyasında etirazçılar çox sayda təxribatlar törədirdilər. Buna baxmayaraq, polis zorakılıq hallarına yol verənlərə qarşı tədbir görmürdü, sadəcə kənardan izləyirdi”, - jurnalist vurğulayıb. Onun sözlərinə görə, eyni hal ötən il dekabrın 23-24-də keçirilən aksiya zamanı da baş verib. Ü.Dönməz qeyd edib ki, Fransanın hüquq-mühafizə orqanlarının rəhbərliyi aksiyanın keçirildiyi əraziyə çox az sayda polis cəlb etmişdi: “Ərazidə polislərin sayı çox az idi. PKK tərəfdarları təxribat əməllərinə əl ataraq təhqiramiz söyüşlər söyür, mağazaların şüşələrini sındırır, güllə atırdılar. Polislər buna müdaxilə etmirdilər. Yalnız yarım saatdan sonra reaksiya verməyə başladılar. Sonda məcbur olub əlavə polis qüvvəsi cəlb etdilər. Bundan sonra vəziyyəti nəzarət altına ala bildilər”. Ü.Dönməz bildirib ki, ötən həftə isə vətəndaşlar Fransa hökumətinin pensiya islahatına etiraz olaraq aksiya keçiriblər və asayiş keşikçiləri nümayişçilərə qarşı dəyənəkdən istifadə ediblər: “Son nümayişə gəldikdə isə yalnız bir neçə insan zorakılıq nümayiş etdirirdi. Buna baxmayaraq, polis hamıya qarşı zor tətbiq etdi. İnsanlar hökumətin təqaüd sistemində dəyişikliklər etməsinə etirazını bildirirdilər. Fransa polisi çox böyük səbirsizlik nümayiş etdirərək etirazçılara qarşı zorakılığa əl atdı. Halbuki insanlar öz hüquqlarından istifadə edərək təqaüd yaşının artırılmasına qarşı dinc şəkildə etirazlarını bildirmək üçün yığışmışdılar”.
Bütün bunlar meydanlarda, yüz minlərlə insanın gözü qarşısında törədilən vəhşiliklərdir. Bağlı qapılar arxasında nələrin baş verməsini təsəvvür etmək isə bir o qədər də çətin deyil.
Maraqlıdır, demokratiya anlayışına “fransız qalan” Fransa insanlara qarşı törədilən vəhşiliklərə hansı formada haqq qazandıracaq?
Xəbər lenti
Hamısına baxAnalitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39

