31 ildən sonra, aprelin 30-da...
07.04.2023 [10:55]
Konstitusiyanın 65 faizi dəyişəcək
Özbəkistanda keçiriləcək referendumun tarixi bəlli olub. Belə ki, martın 6-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deputatlar, senatorlar və Ali Məhkəmənin rəhbərliyi ilə görüş keçirib. Görüşdə referenduma çıxarılacaq yeni layihəyə əlavələr və onun yekun variantı ilə bağlı məsləhətləşmələr aparılıb. Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının 10 mart, Ali Məclis Senatının isə 14 mart tarixli qərarlarına uyğun olaraq, Özbəkistan Respublikasının Konstitusiya Qanunu layihəsi üzrə Özbəkistan Respublikasının referendumunun keçirilməsi qərara alınıb. Referendum 2023-cü il aprelin 30-na təyin olunub.
27 yeni maddə, 159 norma əlavə edilir
Qeyd edək ki, hazırki Özbəkistan Konstitusiyası 1992-ci ildə qəbul olunub. Ötən 31 ildə ilk dəfədir ki, yeni layihə referenduma çıxarılır. Yeni layihəyə əsasən isə Əsas Qanuna 27 yeni maddə (ümumi say 128-dən 155-ə yüksəlir) və 159 norma (275-dən 434-ə yüksəlir) əlavə edilir. Bu isə Konstitusiyanın ümumi məzmununun müvafiq olaraq 65 faizini dəyişəcək. Dəyişikliklər arasında Özbəkistanın sosial dövlət elan edilməsi, senatorların sayının azaldılması kimi məsələlər diqqəti cəlb edir. Beləliklə, bu dəyişiklik və əlavələrin sayı və məzmunu Konstitusiyanın yeni redaksiyasının qəbul edilməsinin zəruriliyindən xəbər verir.
Məsələ ilə bağlı KİV-lərin yaydığı məlumata görə, Konstitusiya Qanunu layihəsinin ümumxalq müzakirəsi aparılıb, ümumilikdə, onun təkmilləşdirilməsi ilə bağlı əhalidən 220 mindən çox təklif daxil olub. Bu təkliflərin əksəriyyəti layihədə öz əksini tapıb. Konstitusiya Qanunu layihəsinin hazırlanması zamanı BMT, ATƏT, ŞƏT, Aİ, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş 400-dən çox beynəlxalq sənəd, 190-a yaxın ölkənin konstitusiyaları diqqətlə təhlil edilib. Sənəd 10-a yaxın xarici və beynəlxalq ekspert və mütəxəssislərin iştirakı ilə dəfələrlə müzakirə edilib, ekspertiza olunub və dəstəklənib. Konstitusiya Məhkəməsi də öz növbəsində parlamentin aşağı palatasının qərarının mövcud Konstitusiyaya uyğunluğunu tanıyıb.
Sosial, demokratik-hüquqi məsələlər geniş yer alır
Özbəkistan ictimaiyyətinin fikrincə, Konstitusiyanın yeni redaksiyasında sosial, demokratik-hüquqi məsələlər geniş yer alır. Bu isə əhalinin rifahının yüksəldilməsində, hüquq və mənafelərinin daha da yüksəldilməsində mühüm amilə çevriləcək, həyatın bütün sahələrinin liberallaşdırılmasını təmin edəcək. Bir sözlə, yeni Konstitusiya Özbəkistanın inkişafının yeni mərhələsini formalaşdıracaq.
Özbəkistan Respublikasının Konstitusiyasına və mövcud qanunvericiliyə əsasən referendumunun təşkili və keçirilməsi Mərkəzi Seçki Komissiyasına (MSK) həvalə edilib. Referendumun keçirildiyi müddətdə fiziki və hüquqi şəxslərin müraciətlərinə operativ və səmərəli baxılması, vətəndaşlara referendumun keçirilməsi ilə bağlı məsələlərlə bağlı hüquqi izahatların və məsləhətlərin tez və rahat formada verilməsi, onların referendumla bağlı qanunvericilik və hüquq mədəniyyəti barədə məlumatlılığını artırmaq məqsədilə MSK nəzdində Operativ İnformasiya Mərkəzi yaradılıb. Qeyd edək ki, Konstitusiyanın yeni layihəsinin qəbulu üçün səsvermə aprelin 30-da Özbəkistanın bütün ərazisində, eləcə də respublikanın xaricdəki diplomatik və konsulluq qurumlarında yaradılmış seçki məntəqələrində keçiriləcək. Referendum günü yaşayış yerində ola bilməyən ölkə vətəndaşları üçün aprelin 19-dan aprelin 26-dək erkən səsvermə təşkil olunacaq. Səsvermə zamanı vətəndaşlar bir suala cavab verməli olacaqlar: “Siz Konstitusiya haqqında konstitusiya qanununun qəbuluna razısınızmı?”.
Rəsmi Daşkəndin xarici siyasət kursu mühüm perspektivlər yaradır
Bəzi siyasi analitiklər referendumun keçirilməsini dövlətin təhlükəsizliyi və inkişafı ilə bağlı da mühüm əhəmiyyətə malik olduğunu qeyd edirlər. Belə ki, son illərdə post-Sovet məkanında baş verən hadisələr, o cümlədən bir sıra xarici mərkəzlərin milli dövlətlərin daxilində qeyri-stabillik yaratmaq kimi cəhdləri bu addımın əsas səbəblərindən biri kimi vurğulanır. Hətta bəzi regional problemlər də bu məsələni aktuallaşdırmaqdadır. İstər cənubda - Əfqanıstanda baş verənlər, istərsə də digər amillər mərkəzi hakimiyyətin daha da gücləndirilməsini zəruri edir. Nəzərə alınmalıdır ki, Özbəkistan bir sıra regional iqtisadi və hərbi birliklərdə təmsil olunmur - daha çox milli maraqlara əsaslanan müstəqil siyasət yürüdür. O nöqteyi-nəzərdən də ölkənin milli təhlükəsizliyinin qorunması üçün belə bir addım vacib əhəmiyyət kəsb edə bilər. Rəsmi Daşkəndin yürütdüyü müstəqil və milli maraqlara söykənən xarici siyasət kursu bu gün mühüm perspektivlər yaradır. Bu mənada, qıcıqlanan bəzi xarici mərkəzlərin və dövlətlərin hər hansı bir təxribatına qarşı bu cür önləmlərin alınması da başadüşülən kimi dəyərləndirilir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15

