Raket atəşi altında Pesax bayramı
13.04.2023 [10:54]
İsraillə Fələstin arasında, xüsusilə də Yerusəlimdə gərginlik davam edir. Yəhudilərin müqəddəs Pesax bayramının başlamasından bəri neçə gündür İsrail davamlı olaraq raket atəşi və müxtəlif terror hücumları ilə üzləşir. Aprelin 9-na keçən gecə Suriya ərazisindən Colan təpələrinin İsrailə məxsus hissəsi istiqamətində üç raket atılıb. Atışmalara cavab olaraq İsrail silahlı qüvvələri raket qurğularının yerləşdiyi əraziyə hücum edib.
Bu hadisədən bir neçə saat əvvəl - aprelin 8-i axşam saatlarında Suriya ərazisindən İsrailə üç mərmidən ibarət raket zərbəsi endirilib. Aprelin 9-na keçən gecə isə fələstinlilər İsrail polisinə müqavimət göstərərək Əl-Əqsa məscidinin bütün giriş-çıxışlarını bağlayıblar. Yüzlərlə fələstinli bütün gecəni məsciddə qalıb.
Hadisələr necə qızışdı
Aprelin 5-dən başlayan toqquşmalar ümumi gərginliyi artırsa da, bir neçə gün öncəyədək Məbəd dağında nisbi sakitlik hökm sürürdü. Hər şey fələstinlilərin Əl-Əqsa məscidində barrikada qurmasından başlandı. İsrail mediası xəbər verir ki, aprelin 9-da yüzlərlə fələstinli İsrail polisinə hücum çəkmək üçün özü ilə çoxlu daş və partlayıcı qurğu gətirərək məscidin içərisində barrikada qurub. Yəhudilərin Pesax bayramı günü kütləvi iğtişaşa hazırlaşan fələstinli fəallarla İsrail polisinin apardığı danışıqlar nəticəsiz qalıb. Məscidə yığışan fələstinlilər buradan heç yerə getməyəcəklərini və polisə sona qədər müqavimət göstərəcəklərini bildiriblər. Polisin danışıqlar təklifi daşa tutulduqdan sonra İsrail hüquq-mühafizə orqanlarının əməkdaşları binaya məcburi şəkildə daxil olublar. İsrail polisi ilə məsciddəki fələstinlilər arasında baş verən insident nəticəsində 350-yə qədər şəxs həbs edilib.
Güman olunur ki, bu hadisə İsraili atəşə tutmaq üçün terrorçular tərəfindən bəhanə kimi istifadə edilib. Xatırladaq ki, İsrail ərazisinə Suriyadan 6, Livandan 37, Qəzza zolağından isə 100-ə yaxın raket atılıb.
Benyamin Netanyahu: “Düşmənlərimiz ciddi yanılırlar”
İsrailin baş naziri Benyamin Netanyahu aprelin 10-da ölkənin təhlükəsizliyi ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib: “İsrailin düşmənləri dövlətimizin parçalanması barədə şayiələr eşidir və düşünürlər ki, bizi məğlub edə biləcəklər. Lakin deməliyəm ki, onlar ciddi yanılırlar”.
Baş nazir öz çıxışına İordaniya vadisində törədilən terror aktı nəticəsində ana ilə birgə iki qızını itirən Di ailəsinə başsağlığı verməklə başlayıb. Bundan başqa, Netanyahu martın 26-da müdafiə naziri vəzifəsindən azad olunmuş Yoav Qalantın Müdafiə Departamentinin rəhbəri postunda qalacağını da açıqlayıb. Baş nazir Qalantın vəzifəsinə qaytarılması ilə bağlı bunları deyib: “Aramızda müəyyən fikir ayrılıqları olub, lakin biz bu narazılığı keçmişdə buraxmağa qərar verdik”.
Mətbuat konfransında İsrailə qarşı son raket hücumları ilə bağlı danışan Benyamin Netanyahu son olaylara görə əvvəlki hökuməti vaxtilə məsuliyyətsiz addımlar atmaqda ittiham edib. Sitat: “İsraili vuran terror dalğası bu gün yox, bir il əvvəl başlayıb. Daha sonra “Hizbullah” bizi təhdid etməyə davam elədi. Bizdən əvvəlki hökumət bütün xəbərdarlıqlarımıza baxmayaraq, Livanla müqavilə imzaladı və heç bir qarşılıq almadan təbii qaz yataqlarını “Hizbullah”ın nəzarəti altına buraxdı. Beləliklə, “Hizbullahı” nəzarətə almaq məsələsi zəiflədi. İndi həm də bu səbəbdən bir çox cəbhələrdə hücuma məruz qalırıq”.
Daha sonra baş nazir sözünə davam edərək: “İndi artıq bizim növbəmizdir. Biz hər şeyə cavabdehik. İsrailin təhlükəsizliyini təmin etmək bizim əsas vəzifəmizdir. Biz bütün cəbhələrdə fəaliyyət göstəririk. Suriyada İran qüvvələrinə və Suriya rejiminə qarşı vuruşur, Livanda “Hizbullah”ın yuvasına hücum edirik. Qəzza zolağına bir gecədə 50 ton bomba atdıq. Beləliklə, biz HƏMAS-ın Livan ərazisində möhkəmlənməsinə heç bir şəkildə imkan verməyəcəyik, - deyə qəti şəkildə bildirib. - Əlbəttə, biz uzun sürən silahlı toqquşmalarda maraqlı deyilik, lakin başqa seçimimiz olmasa, məcburən buna gedəcəyik”.
Terrorçular layiqli cavab alacaqlar
Netanyahu terror hücumlarına görə əlaqədar qüvvələrə dəfələrlə xəbərdarlıq edildiyini, lakin terrorçuların buna məhəl qoymadıqlarını söyləyib. Baş nazir İsrail təhlükəsizlik qüvvələrinin terror dalğasını cilovlamaq qabiliyyətinə əmin olduğunu bildirib. O deyib ki, israillilərə əl qaldıran istənilən terrorçu məhvə məhkumdur: “Bizim uzun əllərimiz var, bu əllər zamanında alçaq qatillərin hər birini haqlayacaq!”
Mətbuat konfransı zamanı baş nazir jurnalistlərin suallarını cavablandırıb. Xatırladaq ki, Netanyahu baş nazir postuna qayıtdıqdan sonra dəfələrlə xüsusi açıqlamalar versə də, media nümayəndələri ilə ilk dəfə açıq formatda görüş keçirib.
Mətbuat konfransı ümumən təhlükəsizlik məsələlərinə həsr olunsa da, baş nazir ölkədaxili bir sıra məsələlərə, həmçinin müzakirəsi gedən hüquq islahatlarına dair də açıqlamalar verib. Netanyahu İsrail dövlətinə qarşı bundan sonra hər hansı təhdid və hücumların olacağı təqdirdə onların bütün mümkün vasitələrlə dəf ediləcəyini, İsrailin öz vətəndaşlarının təhlükəsizliyini qorumaq gücündə olduğunu xüsusi vurğulayıb.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

