Rumıniya və Bolqarıstanın ərazi suları ilə...
21.07.2023 [11:45]
Yeni taxıl yolu nə vəd edir?
Rusiya taxıl sazişinin müddətini uzatmaqdan imtina etdikdən sonra Ukrayna taxılının dünya bazarına daşınması üçün yeni mexanizmlər üzərində iş aparılır. Ukraynanın tərəfdaş ölkələri Rusiyanın bu qərarını dünya birliyinə qarşı təzyiq rıçaqı kimi qiymətləndirirlər. Artıq Ukrayna Rusiyasız taxıl sazişini davam etdirmək niyyətini açıqlayıb və Prezident Volodimir Zelenski bununla bağlı Türkiyə və BMT rəhbərliyinə rəsmi müraciət ünvanlayıb. Rəsmi Kiyev bu məsələdə yenə də Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana güvənir.
Ukraynalı ekspert Oleq Kupçik mövzu ilə bağlı müsahibəsində bildirib ki, Ukrayna taxıl sazişinin tətbiqi hüququnu özündə saxlayır. Prezident Volodimir Zelenski bəyan edib ki, Ukrayna sazişin müddətinin uzadılmasında maraqlıdır. Rusiyanın Ukrayna gəmilərinin fəaliyyətini bloklaması beynəlxalq cinayətdir, hüquq pozuntusudur. Moskva buna görə cavab verməlidir. Türkiyə yenidən sazişin müddətinin uzadılması təşəbbüsü ilə çıxış edib. İnanıram ki, Türkiyə bu problemin həllinə yardımçı olacaq.
Ukrayna rəsmiləri və ekspertləri Türkiyənin problemin həllinə nail olacağına ümidlidir. Lakin bununla paralel olaraq digər variantlar üzərində iş aparılır. Bu məsələdə də Ankaranın liderliyinə inam böyükdür. Oleq Kupçik vurğulayıb ki, Türkiyə taxıl sazişinin müddətinin uzadılmasında maraqlıdır, Çin də problemin həllinin tərəfdarıdır. Sazişin uzadılması diplomatik yolla həllini tapmasa, onda beynəlxalq hərbi koalisiya bu məsələdə birləşməlidir.
Əgər beynəlxalq hərbi koalisiya birləşsə, Ukrayna taxılı Rusiyasız da dünya bazarına çıxa bilər. Türkiyə bu beynəlxalq koalisiyaya rəhbərlik etməlidir. Hərbi gəmilərin müşayiəti ilə taxıl və ərzaq daşıyan gəmilər öz işlərini davam etdirə bilər. Ona görə də Rusiyasız taxıl sazişinin yeni mexanizmi tətbiq edilə bilər.
Alternativ taxıl yolunun perspektivləri
Politoloq İlyas Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsində Türkiyənin vasitəçiliyinin ən böyük uğurlarından biri “taxıl sazişi”nin reallaşmasıdır: “Son dövrlər müşahidə edirik ki, Rusiya “taxıl sazişi”nin müddətini uzatmaq istəmir. Bu sövdələşmədən çıxmaq haqqında qərar qəbul edib. Təbii ki, bunun Moskva üçün öz səbəbləri var, lakin rəsmi Kiyev Rumıniya və Bolqarıstan suları vasitəsilə taxıl tədarükünün yeni marşrutunu təklif edib. Bu, alternativ bir taxıl yoludur və əsas məqsəd dünyanın ərzaq təhlükəsizliyinin təmin olunması, eləcə də tədarük zəncirlərinin qırılmamasıdır. Lakin bu yolun nə qədər uğurlu olacağı Kiyevin partnyorlarından, dünyada gedən proseslərin təsirindən asılı ola bilər. Alternativ marşrutun işə düşməsi əlbəttə ki, zamana bağlıdır. Bu marşrut işə düşərsə, problemlərin qarşısını müəyyən qədər almaq mümkün olar”.
Rusiya tamamilə təklənə bilər
Beləliklə, BMT, Türkiyə, Rusiya və Ukrayna arasında işbirliyinin ömrü bir il olmadan başa çatdı. Ölkəsinin “taxıl müqaviləsi”ndən çıxıdığını bəyan edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, sazişin Rusiyaya aid hissəsi yerinə yetirilsə, Moskva dərhal bu sövdələşmənin icrasına qayıdacaq. Çünki Rusiya beynəlxalq münasibətlər sistemində tam təcrid vəziyyətinə düşmək istəmir. Məsələ ondan ibarətdir ki, Rusiya beynəlxalq aləmdə əsas dəstəyini Afrika, Latın Amerikası və Asiya ölkələrindən alırdı. Əgər bu regionlardan olan ölkələrin dəstəyini itirərsə, Rusiya tamamilə təklənə bilər.
Afrika, Latın Amerikası və Asiya ölkələri isə çörək istehsalı üçün taxılı ən ucuz qiymətə Ukraynadan alır. İ.Hüseynov bildirib ki, əgər Rusiya bu ölkələri çörəklə imtahana çəkərsə, o zaman onlar Moskvadan üz çevirə bilərlər: “Bu isə Rusiyanın beynəlxalq münasibətlərdə tamamilə təklənməsinə səbəb olar. Rusiya diplomatiyası bu ehtimalın qarşısını almaq üçün Ukrayna taxılının çox az hissəsinin humanitar yük olaraq yoxsul ölkələrə göndərildiyini, çox böyük qisminin kommersiya şərtləri əsasında satıldığını vurğulamağa çalışır.
Politoloq qeyd edib ki, Rusiyanın sazişdən ayrılması Kremlə qarşı daha ciddi və sərt tədbirlərin görülməsini şərtləndirəcək: “Şübhəsiz ki, taxıl dəhlizindən Rusiyanı çıxması ilə dünya yeni iqtisadi böhrana, ərzaq təhlükəsizliyi problemlərinə və digər böhranlara qədəm qoya bilər. Burada ən əsas geopolitik aktor olaraq Ankaranın rolu güclənir. Rusiyanın taxıl sazişinə qaytara biləcək dövlət yalnız Türkiyədir. Mənə elə gəlir ki, bunu hər kəs anlayır və qəbul edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatik səriştəsi, diplomatik səyləri, təşəbbüsləri hər zaman regional sülhün gücləndirilməsinə xidmət edib, regional əməkdaşlığı təşviq edib və beynəlxalq sülhü möhkəmləndirib. Düşünürəm ki, Rusiya çox ciddi qərar qəbul etməlidir. Bir tərəfdən ərzaq təhlükəsizliyi ilə bağlı problemlər yaranır, eyni zamanda. Qərbin Rusiyaya qarşı çox sərt tədbirləri nəzərdə tutulur. Bütün bunların səbəbi isə sövdələşmədən çıxmaqdır”.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

