NATO-Ukrayna Şurasının ikinci iclası
26.07.2023 [11:57]
Ukrayna taxılının ixracı məsələsi diqqət mərkəzindədir
GÜLAY
Xəbər verildiyi kimi, NATO-nun Baş katibi Yens Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırıb. İclasda əsas müzakirə mövzusu son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasıdır. NATO-Ukrayna Şurasının iclası Prezident Zelenskinin müraciəti əsasında keçirilir. Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətdə Qara dənizdəki təhlükəsizlik vəziyyəti ilə bağlı məsləhətləşmələr üçün Ukrayna-NATO Şurasının təcili çağırılması təklifi ilə Stoltenberqə müraciət etdiyini bildirmişdi.
Xatırladaq ki, Rusiya “taxıl sazişi”ndən çıxdıqdan sonra son bir neçə gündür Ukraynanın cənubu, xüsusilə Odessa şəhəri gecə raket və dronla vurulur. İyulun 23-də Rusiya “Oniks”, “X-22” və “Kalibr” qanadlı raketlərindən istifadə etməklə Odessa və regiona növbəti hücuma keçib. Atışma nəticəsində mülki obyektlərə və yaşayış binalarına ziyan dəyib. Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, səhər saatlarına olan məlumata görə, raket atışı nəticəsində bir nəfər həlak olub, 19 nəfər xəsarət alıb. Bu hücum zamanı Odessanın dini və tarixi abidəsi də dağılıb. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrin?n yaydığı məlumata görə, Odessaya ballistik də daxil olmaqla müxtəlif tipli 19 raket atılıb. Hava hücumundan müdafiə qüvvələri onların yarısını vurub.
Xatırladaq ki, iyulun 11-12-də NATO-nun Vilnüsdə keçirilən sammitində Ukrayna-NATO Şurası yaradılmış, elə ilk iclasda Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak etmişdi. İlk iclasda “Bu, tarixi bir məqamdır. Ukrayna və NATO ölkələri Avro-Atlantik təhlükəsizliyinə ümumi baxışı müzakirə etmək üçün yanaşı oturublar”, - deyən Yens Stoltenberq Volodimir Zelenskiyə Ukrayna torpaqlarını azad etmək və gələcəkdə Rusiyanın təcavüzünün qarşısını almaq üçün hərbi dəstəyi genişləndirməyi vəd etmişdi.
Bəs şuranın ikinci iclasının keçirilməsi digər mövzularla yanaşı, taxılın daşınması məsələsinə nə kimi təsir göstərəcək? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Turab Rzayev bildirib ki, iclasda təkcə taxıl məsələsi deyil, Ukrayna ilə NATO arasındakı fikir ayrılığı yaradan məqamlar da müzakirə olunacaq. Belə ki, artıq bir sıra NATO ölkələri Ukraynaya həddən artıq hərbi yardım edildiyini və daha çox silah göndərilməsinin lazım olmadığını düşünür. Bəzi NATO ölkələri isə Ukraynanın NATO üzvü olmasını gözləyir. Bəziləri isə indiki vəziyyətin davam etməsini üstün tuturlar. Politoloq hesab edir ki, ABŞ-ın Ukraynanı kasetli silahlar ilə təmin etməsi müzakirə mövzusuna çevrilən məsələlərdəndir. Çünki bir çox Avropa ölkələri və Avropa İttifaqı bunu qadağan olunmuş silah hesab edir və bu silahın ABŞ tərəfindən Ukraynaya verilməsini heç bir halda dəstəkləmirlər. Digər tərəfdən isə ABŞ bir neçə ay ərzində Ukraynaya F-16-ların verilməsi haqqında qərar qəbul edib.
T.Rzayev Ukraynanın NATO-ya üzvlük məsələsi ilə bağlı fikir ayrılıqlarının mövcud olduğunu da xatırladıb: “Ukrayna tezliklə NATO-ya qəbul edilmək istəyir, Polşa və Litva da bunu dəstəkləyir. Hesab edirəm ki, bütün bu məsələlərin müzakirəyə ehtiyacı var. Eyni zamanda, təbii ki, Ukraynadan taxıl tədarükü də ciddi müzakirə mövzusudur. Çünki taxıl tədarükünün olmaması dünyada ərzaq qiymətlərinin qalxmasına və müəyyən ölkələrdə aclığa səbəb ola bilər. Eyni zamanda, Avropa ölkələrinin özünə də çox ciddi problem yaradacaq”.
T. Rzayev bir çox Avropa ölkəsinin taxıl qıtlığını bəhanə edərək Türkiyənin fəal təşəbbüsləri nəticəsində imzalanan “taxıl sazişi”ndən özlərinin taxıl anbarlarını doldurmaq üçün istifadə etdiyini vurğulayıb: “Təsəvvür edin ki, Avropa ölkələrinin əksəriyyəti taxıl sazişi çərçivəsində ixrac olunan Ukrayna taxılını öz ərazilərinə yığdılar, lakin kasıb ölkələr bu taxıl ilə təmin olunmadı. Ona görə də Avropa İttifaqı özünün ərzaq təhlükəsizliyi üçün taxıl sazişinin davam etməsini istəyir. Türkiyənin həm taxıl sazişinin imzalanmasında, həm də Ukrayna taxılının ixracında xüsusi rolu oldu. Müəyyən səbəblərə görə Rusiya sazişi uzatmadı. Düşünürəm ki, NATO-Ukrayna Şurasının iclasında bu məsələnin geniş müzakirə edilməsi yaxın gələcəkdə müsbət təsirini verə bilər”.
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

