4-lü formatda yeni müzakirələr
11.08.2023 [10:40]
Türkiyənin yeni hökuməti Yaxın Orta Şərq hədəflərinin icrasına başlayır
Yaxın Orta Şərq regionunda sülhün və təhlükəsizliyin formalaşması, terrorizmə qarşı qəti mübarizə mühüm yeniliklər və çağırışlarla müşayiət olunur. Təbii ki, bu çağırışlar region ölkələri ilə yanaşı, regiona yaxın ölkələrin də maraq dairəsindədir. Məsələn, Türkiyənin timsalında bəzi dövlətlər bu təhlükəsizlik arxitekturasının möhkəm və davamlı olması üçün səy göstərir, terrorizmə qarşı mübarizəyə əhəmiyyətli töhfələr verir. Bu istiqamətdə inkişaf edən siyasi və hərbi formatlı danışıqlar isə regional problemlərin həllinin hər zaman diqqət mərkəzində saxlandığını göstərir. Eyni zamanda, Türkiyənin bu problemlərin həllində oynadığı rol artdıqca bu daha aydın şəkildə üzə çıxır. Məsələn, 9 aya yaxındır davam edən Rusiya, Suriya və Türkiyə arasındakı təmaslar regionda yeni şəkilləndirmənin başlayacağını deməyə əsas verir. Xatırladaq ki, ötən ilin dekabrında əsası qoyulan format bu ilin aprelin 25-də Moskvada növbəti görüşü keçirmişdi. Türkiyə, Rusiya, Suriya və İran müdafiə nazirləri, ardından Kəşfiyyat idarələrinin rəhbərlərinin, mayın 10-da isə xarici işlər nazirlərinin görüşlərinin əsas mövzusu terrorla mübarizə sahəsindəki əməkdaşlıq, Türkiyədəki suriyalı qaçqınların geri qayıtması ilə bağlı mexanizmin hazırlanması, siyasi prosesin davam etdirilməsi və Suriyanın ərazi bütövlüyünün qorunması kimi aktual məsələlər olmuşdu.
Yeni görüş planlaşdırılır...
Qeyd edək ki, 4-lü formatın xarici işlər nazirlərinin yeni görüşü müzakirə olunur. Bu barədə “RİA Novosti” Rusiya XİN-dəki mənbəyə istinadən məlumat yayıb. Nazirlikdən bildirilib ki, məsələ hazırda müzakirə olunur, nəticə əldə etmək üçün XİN rəhbərlərinin iş qrafikinin üst-üstə düşməsi lazımdır. Qeyd edək ki, mayın 10-da baş tutmuş görüşdə nazirlər Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi layihəsinin hazırlanmasına başlamışdılar. Görüləcək işlərin arasında Suriya hökumətinin bütün ölkə ərazisinə nəzarətinin bərpası, Suriya-Türkiyə sərhədinin təhlükəsizliyinin təmin edilməsi, transsərhəd hücumları və terrorçuların sızma ehtimalının aradan qaldırılması da yer alır.
Sülhün və sabitliyin bərpası...
Son dövrlərdə Yaxın Orta Şərqdə sülhün bərpası məsələsi yenidən gündəmə gəlir - burada əsas yeri isə Suriyada əmin-amanlığın yaradılması tutur. Qeyd edək ki, sabitliyin əldə olunması məsələsi artıq Ərəb Liqasının da gündəmində olan məsələdir. Bu ilin may ayının əvvəlində Misirin paytaxtı Qahirədə toplaşan Ərəb Dövlətləri Liqası xarici işlər nazirləri 2011-ci ildən bəri vətəndaş müharibəsi səbəbindən kənarda qalan Suriyanın birliyə qayıtmasına icazə vermişdi. Məhz Səudiyyə Ərəbistanı və Misirin tələbi ilə keçirilən iclasda yekdilliklə qərar qəbul olunmuşdu. “Suriya Ərəb Respublikasının hökumət nümayəndə heyətləri Ərəb Dövlətləri Liqasının iclaslarında iştirak edə biləcək” - qərarda qeyd olunmuşdu. Düzdür, Qətərin timsalında bu qərara bütün ərəb dövlətləri razı olmasa da, sonradan Səudiyyə Ərəbistanının Körfəz ölkəsini razı salma cəhdləri öz bəhrəsini verib. Beləliklə, Suriyanın Ərəb Liqasına qayıdışı ilə bağlı qərar mayın 7-dən qüvvəyə minmişdi.
Xatırladaq ki, Ərəb Liqasının 22 üzvdən 18-i 2011-ci ilin noyabrında dinc etirazları qanla yatırmaq cəhdinə görə Dəməşqin qurumdakı üzvlüyünün dayandırılmsını dəstəkləmişdi. O zaman Suriyadan başqa, Livan və Yəmən qurum üzvlüyü ilə bağlı Suriya hakimiyyətinin lehinə səs vermişdi. İraq bitərəf qalmışdı. Vətəndaş müharibəsi zamanı isə 500 mindən çox insan həlak olmuş, milyonlarla insan öz yurd-yuvasından didərgin düşmüşdü. İlk vaxtlarda ölkənin şimal hissələri rəsmi hakimiyyətin nəzarətindən çıxsa da, 12 illik vətəndaş müharibəsindən sonra ölkədəki nəzarət böyük ölçüdə hakimiyyətin nəzarətinə keçib. Bununla belə problemlər hələ tam həll edilməyib - müxaliflərin və qaçqınların vəziyyəti, həmçinin şimaldakı torpaqlarla bağlı siyasi həll yolları araşdırılır.
Əsas müzakirə predmetləri...
Suriyanın da yerləşdiyi Yaxın Orta Şərq məsələsi artıq 30 ildir siyasi güclərin əsas “müzakirə predmeti” kimi çıxış etməkdədir. Məhz böyük güclərin maraqları ötən 30 ildən artıq müddətdə bu regionda terrorizmə qarşı effektiv mübarizənin aparılmasına mane olub. Yeni zamanda, Suriyada gedən proseslər bütövlükdə regionun inkişafına əsaslı maneələr yaradırdı. O baxımdan ki, vətəndaş qarşıdurmasında iştirak edən tərəflərə dəstək verən xarici güclər öz maraqlarını bütövlükdə regionda təmin etmək üçün çalışırdı. Hətta bu yolda zaman-zaman hərbi gücdən də istifadə olunurdu. Böyük dövlətlərin hərbi poliqonuna çevrilmiş Suriya Yaxın Orta Şərqin kataklizm mərkəzi “statusu” qazanmışdı.
İndiki halda isə Türkiyənin regionun stabilliyi istiqamətində atdığı addımlar öz bəhrəsini verir. Davam edən Rusiya, İran, Suriya və Türkiyə arasındakı təmaslar regionda yeni şəkilləndirmənin əsasını qoyub. Bu təmaslarda əsas rol alan Türkiyənin səyi nəticəsində terrorla mübarizə sahəsindəki əməkdaşlıq, suriyalı qaçqınların geri qayıtması ilə bağlı mexanizmin hazırlanması, siyasi prosesin davam etdirilməsi və Suriyanın ərazi bütövlüyünün qorunması kimi məsələlər müzakirə predmetinə çevrilir.
Yaxın Şərqin gələcəyi üçün...
Ümumiyyətlə, son proseslər onu göstərir ki, Yaxın Orta Şərq regionunda artıq şərtlər dəyişib - regional və müstəqil inkişaf üçün əsas amil hesab edilən sabitlik və iqtisadi əlaqələrin inkişafı amili önə çıxıb. Bunun təmin edilməsi isə bütövlükdə Yaxın Orta Şərq üçün mühüm perspektiv vəd edir:
- Siyasi müstəqillik seqmentinin ən prioritet məsələ kimi önə çıxması;
- Siyasi sabitliyin əldə olunması;
- Hərbi qarşıdurmaların dayandırılması və dialoqun formalaşdırılması;
- İqtisadi münasibətlərin sırf dövlət maraqları səviyyəsində inkişaf etdirilməsi.
Beləliklə, yeni siyasi gündəm yeni siyasi münasibətlər sisteminin formalaşmasını ortaya çıxarır. Təsadüfi deyil ki, Ərəb Liqası ölkələri bu yeniliklərin mühüm müsbət tendensiya yaratması üçün regionun əsas açarı rolunu oynayan Suriyanı yenidən öz aralarında görməyə qərar verirlər. Ən əsası isə bu addım qarşıdakı dövr üçün digər yeniliklərə rəvac verə bilər...
Əməkdaşlığın inkişaf etdirilməsi...
Türkiyənin Yaxın Orta Şərqin inkişafı, bu regionda sabitliyin bərqərar olması prosesindəki rolu artdıqca yeni nizam ortaya çıxır - bu isə özündə mühüm yenilikləri və çağırışları əks etdirir. Orta Şərqin enerji resurslarının dünya bazarına çıxarılması, yeni inteqrasiya mühitinin formalaşdırılması, Avropa və digər regionlarla qarşılıqlı əlaqələrin bərpası burada əsas şərt qismində çıxış edir. Təbii ki, çoxtərəfli əlaqələrin qurulması, nizamın formalaşması üçün paralel addımlar atılmalıdır - yəni, bu proses həm də region dövlətlərinin rəsmi Təl-Əvivlə də əlaqələrinin inkişafını şərtləndirir. Bu baxımdan da Türkiyənin hazırda stabilləşdirici faktor kimi önə çıxması əsaslıdır. Ötən il İsrail-Azərbaycan və İsrail-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyması ilə seçilmişdi. Bu mənada, İsrail ilə Türkiyə arasında münasibətlərin yenidən qurulması xüsusilə əhəmiyyətlidir. Həm Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayıldığını nəzərə alsaq, bu dövlətlər arasında əməkdaşlığın Yaxın Orta Şərqdə dialoq mühitinin formalaşmasına əsas yaratdığını söyləmək olar. Bu iki ölkə arasındakı əlaqələrin müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi formalaşdırır. Qarşılıqlı şəkildə diplomatik münasibətlərin bərpası isə çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirir. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-hərbi konfiqurasiyanın əsasını qoyur, terrorizmə qarşı mübarizənin effektiv mərhələyə keçidini rəsmiləşdirir.
İŞİD-ə məxsus “Yalquzaq” ələ keçirilib
Bu ilin mayında Türkiyədə keçirilmiş prezident seçkiləri regionun gələcək inkişafı üçün əsaslı rol oynayacaq. Türkiyənin xarici siyasət idarəsinin yeni rəhbəri Hakan Fidan 14-cü dəfə təşkil edilən Səfirlər Konfransının Ankaradakı toplantısında çıxışı zamanı bildirib ki, Türkiyənin xarici siyasətdəki əsas hədəfləri 4 strateji xəttə istiqamətlənib. O qeyd edib ki, bölgədə sülh və təhlükəsizliyin bərqərar olması, xarici əlaqələri struktur əsaslarda inkişaf etdirilməsi, firavanlıq mühitini inkişaf etdirmək və qlobal məqsədlərə nail olmaq əsas hədəflərdir: “Birinci məqsədimiz olan sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində tədbirlərimizi və təşəbbüslərimizi gücləndirəcəyik. Təhlükəsizliyə, sülhə və sabitliyə ən böyük təhlükə terror təşkilatlarıdır. Bütün əlaqədar qurumlarımızla birlikdə terror təşkilatlarına göz yummayacağıq, nəfəs aldırmayacağıq. Bu istiqamətdə texnoloji imkanlarımızı artırmaqla yanaşı, xaricdəki dostlarımızla səmərəli əməkdaşlıq quraraq mübarizəmizi davam etdirəcəyik”.
Yeni XİN rəhbəri Türkiyənin Suriya ilə bağlı planları barədə də danışıb. O vurğulayıb ki, Türkiyə Suriyadakı münaqişənin də siyasi proseslə və Suriyanın ərazi bütövlüyü əsasında həllinin əsas tərəfdarı olmağa davam edəcək: “Suriyanı terror təşkilatlarının sığınacağı olmaqdan xilas etmək üçün hər cür səy göstərəcəyik”.
Yeri gəlmişkən, artıq İstanbul polisi terrora qarşı mübarizə çərçivəsində xüsusi addımları ilə seçilib. Belə ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi İŞİD-ə aid arxivi əldə etmək üçün məxfi əməliyyat keçirib. “SABAH” qəzetinin məlumatına görə, əməliyyat nəticəsində içində 9 952 terrorçunun şəxsi məlumatı olan “Yalquzaq” adlı arxiv ələ keçirilib. Həmin arxivi əldə etmək üçün bir sıra ölkələrin xüsusi xidmət orqanlarının da cəhdlər göstərdiyi vurğulanıb. Qeyd olunub ki, əməliyyat nəticəsində xarici dövlətlərə çalışan casuslar da saxlanılıb. Bu addımlar isə Türkiyənin yeni hökumətinin artıq hədəfləri icrasına başladığını deməyə əsas verir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

