İŞİD niyə aktivləşdirilir?
16.08.2023 [11:45]
Terror təşkilatı yeni siyasi məqsədlərin ruporu ola bilər
2019-cu ildə süquta uğradılan İŞİD yenidən aktuallışır. Bir zamanlar Yaxın Orta Şərqdə boy göstərən, bəzi xarici mərkəzlər tərəfindən Suriya və İraqda “qarşısıalınmaz güc” kimi xarakterizə olunan radikal terrorçu dəstə bu dəfə yeni “vəzifəyə cəlb olunub”. Din pərdəsi altında terror fəaliyyəti ilə məşğul olan qruplaşma Yaxın Orta Şərqdə yaradılmasına çalışılan sabitliyi və inkişafı hədəfə alır. Bir sıra xarici KİV-lər Suriyadan Şimali Afrikaya köçmüş və ya köçürülmüş terror qruplarının, onların Yaxın Şərqdəki qollarının yenidən tərk etdikləri ərazilərə qayıtdıqlarını yazırlar. Bu isə, onların yenidən dirçəlmə “ehtimalını” gündəmə gətirir.
Terror yenə “iş başında”...
Qeyd edək ki, son dövrlərdə Suriyada artan gərginlik yeni qarşıdurmaların anonsu kimi dəyərləndirilir. Suriyanın hökumət ordusunun 30-a yaxın əsgəri Əl-Meyadin şəhəri yaxınlığında “mücahid”lərin pusqusunun qurbanı olub. Əsgərlərlə dolu avtobusu pusquya salan İŞİD döyüşçülərdən bəzilərini ələ keçirə bilib. Genişmiqyaslı hücuma cavab olaraq Suriya ordusunun komandanlığı xüsusi təyinatlı dəstələrini Deyr əz-Zora, Bədia əş-Şərqiyyə səhrası bölgəsinə göndərib. Bir qayda olaraq, terrorçuların mobil qrupları oradan ordunun nəzarət-buraxılış məntəqələrinə və nəqliyyat kolonlarına hücumlar təşkil edir. Ərazidə tez-tez reydlərin keçirilməsinə baxmayaraq, özünü “xilafət” elan edən tərəfdarların fəaliyyəti tam dayandırılmayıb: bu ilin əvvəlindən Britaniyada yerləşən Suriya insan haqları müşahidə qrupu (SOHR) bu cür hadisələrdə atışmalarda 400 nəfərin öldüyünü bildirib.
Suriya XİN ABŞ-ı günahkar görür...
Məsələ ilə bağlı bəyanat yayan Suriyanın Xarici İşlər Nazirliyi təqsiri hökumətin nəzarətində olmayan ərazilərdə yerləşdirilən ABŞ hərbi kontingentində görüb. İŞİD-in aktivləşmə fazasına qədəm qoymasının ilkin işartıları isə yeni kompakt və nizami hissələr yaratması ilə ortaya çıxıb. Təsadüfi deyil ki, radikal din pərdəsi altında gizlənən terrorçular liderlərinin aradan götürülməsinə baxmayaraq, potensiallarını qoruyub saxladıqlarını nümayiş etdirməyə çalışırlar.
Suriya XİN-in bəyanatında deyilir ki, İŞİD-in hücumlarının intensivləşməsinə görə ABŞ silahlı qüvvələri məsuliyyət daşıyır. “ABŞ hərbçiləri Deyr əz-Zor əyalətində pusquya düşən suriyalı əsgərləri qətlə yetirən terrorçuları himayə edir”, - nazirlik əmin olduğunu bildirib: “Bu cinayətkar hücum ABŞ-ın Suriya və bütün regionla bağlı planlarını həyata keçirmək üçün alət kimi istifadə edənlər tərəfindən həyata keçirilib”. Nazirliyin fikrincə, Vaşinqton “işğalı uzatmaq üçün vəziyyəti qeyri-sabitləşdirir”.
Suriyada ara qarışır...
Xarici KİV-lərin yazdığına görə, ötən ayın sonundan bəri İŞİD hücrələri bölgədə prezident Bəşər Əsədə yaxın qruplara qarşı bir neçə döyüş əməliyyatı həyata keçirib. “Əl-Modon”un Livan nəşri qeyd edir ki, qrup üzvlərinin fəaliyyəti ABŞ ordusunun və onun müttəfiqi olan “Suriya demokratik qüvvələri”nin nəzarətində olan ərazilərdə - kürdlərin üstünlük təşkil etdiyi çoxmillətli ittifaqda özünü büruzə vermir. İŞİD-in əsas zərbə hədəfi hökumət qoşunlarının və onları dəstəkləyən iranpərəst nizamsız dəstələrin mövqeləridir. “Əl-Modon”a müsahibə verən analitiklər əmindirlər ki, “islam xilafəti” yaratmaq istəyən terrorçular möhkəmlənmək və öz ərazi nüvələrini bərpa etmək niyyətindədirlər.
SOHR qurucusu Rami Abdel Rahman deyib ki, İŞİD mümkün qədər çox insanın ölümünə səbəb olmaq üçün son vaxtlar qanlı hücumlarını gücləndirir, çünki bu, Suriyada olan bütün aktorlara terrorçu təşkilatın heç yerə getmədiyi barədə mesaj verməkdir. Terrorçular həm onlara qarşı mübarizənin aktiv mərhələsinin başa çatmış hesab edilməsinə, həm də İŞİD-in ali rəhbərliyinin aradan götürülməsinə cavab verməyə çalışırlar.
Yayılan xəbərlərə görə, xarici güclərin terror qruplaşmasının liderlərinə dəqiq zərbələr endirmək üçün müntəzəm cəhdləri İŞİD-in təbliğatçılarının əlində əsasa çevrilir - artıq bəzi ölkələrdən gənclərin yenidən Suriyaya, “cihad”a cəlb olunması faktları qeydə alınıb. Xatırladaq ki, İŞİD-in yeni “xəlifəsi” - 2022-ci ilin sonundan vəzifədə olan Əbu əl-Hüseyn əl-Hüseyni əl-Quraşinin öldürülməsi faktını cihadçı təşkilat bu ay yayıb.
İŞİD necə “yandı”, necə “söndü”...
Yaxın keçmişə qısa ekskurs etsək, İŞİD-in 2004-cü ildə İraq müharibəsinin başlamasından qısa müddət sonra “Camaat əl-Tövhid vəl-Cihad” adı ilə qurulmasının şahidi olarıq. 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək “Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn”dan (daha çox “İraq Əl-Qaidəsi” adı ilə tanınır) adını götürən radikal terrorçular 2006-cı ilin yanvar ayında “Ceyş ət-Taifa Əl-Mənsur”, “Ceyş Əhli-Sünnə vəl-Camaa”, “Ceyş əl-fatihin”, “Cund əs-Səhabə” kimi kiçik qruplarla birləşib “Mücahidun Şura Konseyi” adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı il oktyabr?? 15-?? tarixində paytaxtı Baquba şəhəri olan “İraq İslam Dövləti” adlı dövlət elan etdi. Bu tarixdən etibarən “Mücahidun Şura Konseyi” adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar “İraq İslam Dövləti” adıyla keçirilməyə başladı.
Suriya vətəndaş müharibəsinin başlamasından bir müddət sonra həmin radikal terrorçular Suriyada “Əl-Nusra” Cəbhəsi (“Əl-Qaidə”nin Suriya qanadı) adı altında “peyda oldular”. 2013-cü ilin aprel ayında İŞİD əmiri Əbu Bəkr əl-Bağdadi yayımladığı səs yazısında “Əl-Nusra” Cəbhəsinin İŞİD tərəfindən yaradıldığı, maliyyələşdirildiyi və dəstəkləndiyi açıqlamasını verdi. Və bu tarixdən etibarən hər iki qruplaşmanın “İraq və Şam İslam Dövləti” adı altında fəaliyyət göstərəcəyini bildirdi. İŞİD-in törətdiyi qətliamlar, terror aktları haqda geniş məlumat verməyə ehtiyac yoxdur. Bütün dünya tərəfindən terror qruplaşması kimi tanınan bu qruplaşma ayrı-ayrı vaxtlarda Türkiyə, Fransa, Liviya və başqa ölkələrdə yüzlərlə dinc insanın həyatına qəsd edərək terror aktları həyata keçiriblər.
Afrikanın şimalı ilə bağlı yeni planlar...
İŞİD-in ilk ünvanı olan Yaxın-Orta Şərq, daha dəqiq desək, Suriya və İraq əraziləri əsrlərdir ki, müxtəlif dini cərəyanların qisasçılıq zəminində döyüşdüyü bölgədir. Xarici təsirlərin əməyi naticəsində ərsəyə gələn və din pərdəsi altında gizlədilən terrorçu qruplaşmanın həmin regionda yaradılma səbəbləri də buna əsaslanırdı. Dünyanın enerji resurslarının əsas mənbələrindən sayılan İraq, Suriya, Liviya və bu kimi region dövlətləri üçün “baş ağrısına” çevrilən İŞİD-in qısa müddətdə ən müasir texnikalar, səhra avtomobilləri, silahlar və pulla təmin edilməsi ortaya bir xeyli suallar çıxarmışdı. Düzdür, “France Presse” agentliyinin reportyoru, amerikalı James Foleyi, Amerikanın “Time” və “Foreign Policy” jurnallarının müxbiri, 31 yaşlı Stiven Sotloffu, yaponiyalı jurnalistlər Haruna Yukavanı və
Kendzi Qotonu edam edən İŞİD bu kimi “tryuklarla” Qərbə də “düşmən olduğunu” nümayiş etdirməyə çalıssa da, hədəf və nəticə dəyişmədi - Yaxın Orta Şərqin enerji resursları “xilaskar güclərin” nəzarətinə keçdi. Proses başa çatan kimi isə İŞİD-in liderləri məhv edildi, qruplaşma ləğv olundu, “tör-töküntüsü”, daha doğrusu on minlərlə potensial qatil Afrika ölkələri başda olmaqla dünyanın əksər hissələrinə göndərildi. Əldə olunan nəticə onu göstərirdi ki, İŞİD qarşıya qoyulan vəzifəni ən yüksək səviyyədə yerinə yetirmişdi. Regiondakı hərbi gücünü yumşaq güclə əvəz etməyə başlayan Qərb təsisatları “demokratik mənzərəyə” xələl gətirən İŞİD-i asan şəkildə proseslərdən kənarlaşdırdılar.
İndiki halda, İŞİD-in yenidən aktuallaşdırılması bir daha onu göstərir ki, Afrikanın şimalı ilə bağlı yeni planlar mövcuddur. Bu isə bölgədə illərdir ki, sülhə doğru görülən işlərin hamısını boşa çıxarır...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45

