Ankara razı olacaqmı?
29.11.2023 [11:00]
Nardar BAYRAMLI
Qərb ölkələri Ukrayna problemi ilə əlaqədar Rusiyaya ağır sanksiyalar tətbiq edib. Digər tərəfdən, Rusiya ilə iqtisadi əlaqələri davam etdirən ölkələrə də sanksiyalara qoşulmaq üçün təzyiqlər edilir. Məlumdur ki, regionun, bütövlükdə, dünyanın ən güclü dövlətlərindən biri olan Türkiyə öz milli maraqlarına uyğun siyasət yeridir. Bu da xüsusilə, ABŞ-da qıcıqla qarşılanır. Belə ki, ABŞ Rusiya ilə iqtisadi əlaqələrdən çəkinmək, sanksiyalara qoşulmaq üçün Türkiyəyə müəyyən təzyiqlər göstərir.
Qeyd edək ki, rəsmi Vaşinqton Türkiyənin Rusiya ilə ticarətini davam etdirməsindən narazıdır. ABŞ hesab edir ki, Ankara Rusiyanın sanksiyalardan yayınmasına kömək edir. Xarici KİV-lərin məlumatına görə, bu həftə ABŞ maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə gedəcək və Türkiyə hakimiyyətini Rusiya ilə əməkdaşlıqdan imtina etməyə razılaşmaq üçün danışıqlar aparacaq. B.Nelson artıq bu ilin fevralında bir dəfə İstanbulda olub. Səfər zamanı o, türk firmaları ilə Rusiyanın biznes strukturları arasında artan əməkdaşlıqdan narahatlığını ifadə edib. Rusiya ilə Türkiyə arasında artan ticarət və türk şirkətlərinin guya Moskvaya sanksiyalardan yayınmağa kömək etməsi məsələsini ABŞ maliyyə nazirinin köməkçisi Elizabet Rozenberq və dövlət katibi Entoni Blinken də səsləndirib.
Lakin nəzərə almaq lazımdır ki, hər bir dövlətin öz maraqları var. Müstəqil dövlətlər məhz öz milli maraqlarına uyğun siyasət yürüdürlər. Türkiyə də məhz belə dövlətlərdəndir. Əgər rəsmi Ankara ABŞ-ın istəyinə uyğun siyasət yürüdürsə bu Türkiyənin iqtisadiyyatına çox ciddi mənfi təsir gösətərəcək. Ona görə də, Türkiyə öz dövlət maraqları naminə öz siyasətində israrlıdır. Artıq bir müddətdir ki, ABŞ Türkiyəyə iqtisadi təzyiqlər edir. Türkiyənin milli valyutası olan lirənin ABŞ dolları qarşısında xeyli ucuzlaşması buna misaldır. Amma Türkiyə də bu təzyiqlərə mümkün qədər müqavimət göstərir.
Rusiya ilə Ukrayna arasında məlum münaqişə başlayanadək Avropanın enerji təchizatı böyük dərəcədə şimal qonşumuzdan reallaşdırlan ixrac hesabına təmin olunurdu. Sonu görünməyən gərginliklər, o cümlədən də qarşılıqlı sanksiyalar fonunda fərqli mənzərə yaranıb. Gündəlik 5 milyon barel neft ixracatı həyata keçirən Rusiya bu həcmin 70 faizini ABŞ və Avropa bazarlarına ünvanlayırdı. “Köhnə qitə”nin neftə olan tələbatının ödənilməsində şimal qonşumuz 25 faiz paya malik idi. Rusiya Avropa üçün həm də ənənəvi olaraq optimal qaz təchizatı mənbəyi sayılırdı. Statistik məlumatlara görə, 2022-ci ilin əvvəlinədək Rusiya Avropa İttifaqı məkanına ildə 150-190 milyard kubmetr qaz ixrac etməklə qoca qitənin təbii qaza olan tələbatının 40 faizə qədərini qarşılayırdı. İndi bu ölkədən Aİ məkanına enerji məhsullarının ixracı əhəmiyyətli dərəcədə azalıb. Bütövlükdə, Avropanın illik qaz tələbatı 552 milyard kubmetrə bərabərdir. Qarşılıqlı sanksiyalar səbəbindən azalan idxal həcmlərini Avropa hansı mənbələr hesabına qarşılaya bilər? Hazırda bu sual “Köhnə qitə” üçün həyati əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, Rusiya ilə Avropa İttifaqı ölkələri arasında qaz nəqlini ucuz və rahat şəkildə həyata keçirməyə imkan verən hazır infrastruktur qurulmuşdu. Yeni belə infrastrukturun qurulması zaman və maliyyə vəsaiti tələb edir.
Bu kimi reallıqlar fonunda Rusiya qazının Türkiyə üzərindən Avropaya ötürülməsi perspektivi mövcuddur. Bu ölkə əlverişli coğrafi mövqeyi ilə Avropa ilə Rusiyanın qonşuluğunda yerləşir. Hazır nəql infrastrukturuna malik olması Türkiyəyə əlavə şans qazandırır. Qardaş ölkə böyük həcmlərdə Rusiya qazını Avropa bazarlarına daşımaq üçün şaxələndirilmiş nəql marşrutlarına malikdir. Bu marşrutlar “Türk axını”, TANAP və TAP-dır. Bu layihə Türkiyəni Avrasiyada qaz habına çevirir. Beləliklə, Rusiya və Türkiyəni Akkuyu AES-in tikintisindən tutmuş qaz qovşağı layihəsinə qədər bir çox layihələr birləşdirməyə davam edir. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır. Ona görə də, ABŞ Türkiyəyə qarşı təzyiqləri artırmağa çalışır.
Nəzərə almaq lazımdır ki, Türkiyə indiyədək Rusiya-Ukrayna münaqişəsində sırf barışdırıcı mövqedən çıxış edib. Qardaş ölkənin və onun liderinin bu mövqeyi qlobal miqyasda, BMT səviyyəsində yüksək dəyərləndirilir. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm Kreml, həm də Kiyevlə təmasdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin lideri ilə danışıqlar aparır. Türkiyə böyük dövlətdir və bölgədə baş verən proseslərə təsir imkanları var. Son illər Türkiyə regional güc kimi özünü təsdiq edib. Yaxın Şərq böhranı ilə bağlı rəsmi Ankaranın oynadığı rol beynəlxalq birliyə çox yaxşı məlumdur. Hazırda isə Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsi üçün Türkiyənin böyük fəallığı göz önündədir. Qeyd etdiyimiz kimi, Türkiyənin təşəbbüslərinə müharibənin tərəfi olan hər iki ölkə etimad göstərir. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya Ukraynaya fəal dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir, eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb. “Taxıl dəhlizi” haqqında sazişin imzalanmasında da Ankanın rolu xüsusi qeyd edilməlidir.
Xatırladaq ki, ötən il Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü keçirildi. Eyni zamanda, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüş sülh prosesinə müsbət təkan verdi. Rusiyanın Kiyev və Çerniqovda hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltmaq qərarı həqiqətən də mühüm addım idi və bu, İstanbul görüşünün nəticəsi idi. Bu proseslərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyəti də xüsusi vurğulanmalıdır. Bütün bunların fonunda ABŞ-ın Türkiyəyə qarşı sərgilədiyi mövqe əsassız və qəbulolunmazdır.
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59
Sosial
15 Aprel 16:53
Sosial
15 Aprel 16:50
YAP xəbərləri
15 Aprel 16:33
YAP xəbərləri
15 Aprel 16:13
Xəbər lenti
15 Aprel 16:06

