Dünyaya verilən barış və anlaşma mesajı
10.06.2024 [11:44]
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib.
Bakı Enerji Həftəsi dünya ictimaiyyəti üçün vacib əhəmiyyətə malik olan bir tədbirdir. 30 ildir ki, keçirilən bu tədbir sadəcə ötən illərdə əldə edilən ugurları, nailiyyətləri ifadə etmir, eyni zamanda sənaye sektorunu və dünyanı şəkilləndirəcək gələcək nailiyyətlər üçün körpü rolunu oynayır.
Prezident İlham Əliyev açılış mərasimində çıxış edərək ötən 30 il ərzində görülən böyük işlərdən, əldə olunan uğurlardan, nailiyyətlərdən, eyni zamanda dövlətimizin dünyanın enerji xəritəsinin formalaşmasında oynadığı rolun əhəmiyyətindən bəhs edib. Ölkə başçısı çıxışında 30 il bundan öncə Azərbaycanın yenicə müstəqilliyini bərpa etdiyini xatırladıb, o dövrdə ölkəmizin düşdüyü ağır vəziyyətindən söhbət açıb.
“Ermənistanın təcavüzü və torpaqlarımızın iyirmi faizinin işğal edildiyini”-söyəyən Prezident , həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə ölkəmizin bəlkə də dünyada birinci yerdə olduğunu, ölkəmizin humanitar fəlakətlə üzləşdiyini, işğal, eyni zamanda da daxili münaqişələr, vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma apardığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev Xəzər Neft və Qaz Sərgisinin 1994-cü ildə fəaliyyətə başladığını və Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadığını, o vaxtdan bu günə qədər bu tədbirin daha əhəmiyyətli tədbirə çevrildiyini bildirib.
Dövlət başçısı ulu öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdığını, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanması ölkənin transformasiyasında dönüş nöqtəsi olduğunu bildirib.
“Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik”- deyən Prezident İlham Əliyev qeyd edib ki, məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq.
Ölkə başçısı iqlim dəyişikliyi ilə mübarizənin və bu məqsədlə yaşıl enerjiyə keçidin ölkəmizin əsas prioritet hədəflərindən biri olduğunu qeyd edib.
Prezident Ilham Əliyev “İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq. Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır ” - deyərək dünyaya bir çox əhəmiyyətli barış və anlaşma mesaj verib.
Dövlətimizin başçısı 4 iyun tarixinin, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacağını, eyni zamanda bu günün qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacağını bildirib. Gələcəkdə planlaşdırılan layihələrdən söz açan Prezident İlham Əliyev hazırda iki layihənin işlənilməkdə olduğunu vurğulayıb. Ölkə başçısı onlardan birinin inşaat mərhələsində olduğu, digərinin tikintisinin isə tezliklə başlanacağını, bununla da Azərbaycanın bərpaolunan enerji potensialının 2 qiqavata yaxın olacağını diqqətə çatdırıb. “2027-ci ilədək Qarabağ və Şərqi Zəngəzurda 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir”- deyə Dövlət başçısı əlavə edib.
Prezident İlham Əliyev çıxışında bu il noyabr ayında ölkəmizdə keçiriləcək beynəlxalq konfrans COP 29-a toxunaraq BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi etməsinin heç də təsadüf olmadığını bildirib. “İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır” - deyən Dövlətimizin başçısı Azərbaycanın proaktiv addımlar atdığını və hazırda tərəfdaşlarla birgə çalışdığını, BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etdiyini vurğulayıb. Ölkə başçısı onu da əlavə edib ki, Qoşulmama Hərəkatının keçmiş sədri qismində Azərbaycan 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışır . Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalandığını bildirən Prezident İlham Əliyev ölkəmizin hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işlədiyini, onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırdığını söyləyib.
“COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır ”- deyən ölkə başçısı vurğulayıb ki, Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

