Azərbaycan bütün məsələlərdə öz prinsipial mövqeyini təqdim edir
24.07.2024 [11:07]
Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə möhkəmlənməsi ölkəmizdə keçirlən nüfuzlu beynəlxalq tədbirlərin sayının artmasını şərtləndirir. O cümlədən Şuşada keçirilən Qlobal Media Forumu artıq ənənəvi xarakter alıb. İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu baş tutdu. Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti maraqlandıran bir çox məsələlərə dair detallı açıqlamalar təqdim etdi.
O cümlədən dövlət başçımızın çıxışında azad edilmiş ərazilərdə gedən quruculuq-bərpa işləri və Böyük Qayıdış Proqramının icrası barədə ətraflı açıqlamalar yer almışdır. Məlumdur ki, bu gün bütün dünya Azərbaycanın öz gücünə işğaldan azad etdiyi ərazilərdə apardığı möhtəşəm quruculuq işlərini böyük diqqət və maraqla izləyir. Şuşa Qlobal Media Forumunun gedişində dövlət başçımıza ünvanlanan quruculuq prosesinin gedişi və Böyük Qayıdış Proqramının icrası barədə suallar da bu maraqdan xəbər verir. Bu suallara maksimum dərəcədə ətraflı cavab verən Ölkə Prezidenti cənab İlham Əliyev hər iki mövzu ilə bağlı konkret faktlara əsaslanan açıqlamalar təqdim etdi.
Əlbəttə ki, ölkəmizin dünyada, xüsusilə də Avrasiya məkanında gedən proseslərə təsir imkanlarının getdikcə artması Forum iştirakçılarının da diqqətindən kənarda qala bilməz. Bu məqam dövlət başçımıza ünvanlanan suallarda da öz əksini qabarıq şəkildə tapmışdır. Bu baxımdan London təmsilçisinin Qəzza bölgəsində sülhün təmin olunması ilə bağlı Azərbaycanın mövqeyinə dair verdiyi sual da xüsusi maraq doğurmuşdur. Bu sualı cavablandıran cənab Prezident İlham Əliyev bildirdi ki, bu münaqişə ən qısa zamanda dayandırılmalıdır, ona son qoyulmalıdır. Qeyd olundu ki, Azərbaycan uzun illər ərzində siyasi və iqtisadi baxımdan Fələstinə dəstək göstərib və Fələstin xalqının müstəqil dövlət qurmaq arzusunu hər zaman dəstəkləyib. Dövlət başçımız birmənalı olaraq Azərbaycanın bu mühüm məsələdə mövqeyini bəyan edərək bildirdi ki, Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolu yeganə çıxış yoludur. Fələstin dövlət qurmalıdır və Şərqi Qüds onun paytaxtı olmalıdır. Azərbaycan bu mövqeyini həm BMT-də seçkilər zamanı, həm İslam Əməkdaşlıq Təşkilatında, həm də digər beynəlxalq təsisatlarda dəfələrlə açıq şəkildə ifadə edib. Cənab Prezident İlham Əliyevin böyük maraq doğuran son dərəcə diplomatik növbəti açıqlaması da bu oldu ki, Azərbaycan heç bir zaman heç bir yerdə vasitəçi olmağa çalışmayıb. Lakin belə bir dəvət daxil olarsa, ölkəmiz öz rolunu oynayıb töhfə verə bilər. Dövlət başçısı eyni zamanda Prezident olaraq öz şəxsi fikrini də ifadə edərək bildirdi ki, bu məsələdə Ərəb Liqası daha fəal olmalıdır və münaqişəyə dair daha açıq mövqe ifadə etməlidir.
Öz çıxışında cənab Prezident İlham Əliyev ölkəmizin təhlükəsizliyi ilə bağlı konkret fikirlərini səsləndirərək bu gün bütün dünyada mövcud olan antiazərbaycan əhval-ruhiyəli qüvvələrə növbəti dəfə ciddi xəbərdarlıq mesajı ünvanlanmış oldu. Möhtərəm dövlət başçımız qəti və birmənalı olaraq torpaqlarımızın işğalına son qoymuş Vətən müharibəsinin başa çatması və keçən il Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpası ilə ölkəmizə qarşı olan bütün təhlükələrin aradan qaldırıldığını bildirdi. Bununla cənab Prezident bir daha Azərbaycanda daxili sabitliyin və cəmiyyətimizdə hökm sürən milli həmrəyliyin yüksək səviyyədə olduğunu diqqət mərkəzinə gətirmiş oldu.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34

