YAP Qazax rayon təşkilatının yaradılmasının 31-ci ildönümü qeyd olunub
24.07.2024 [16:21]
24 iyul 2024-cü il tarixdə Qazaxda Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının 31-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək Dahi Rəhbərə olan dərin hörmət və ehtiramlarını bildirdlər.
Tədbir Dövlət Himninin səsləndirililməsi ilə başlandı. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, suverenliyimizin bərpası uğrunda canlarından keçmiş müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tarixi zərurətdən yaranmış, zamanın bütün sınaqlarından üzüağ çıxmış Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi mənalı və şərəfli yoldan ətraflı danışdı. A.Nəbiyev YAP Qazax rayon təşkilatının yaranma tarixindən, mövcud durumundan, partiyanın VII Qurultayından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsindən geniş bəhs edərək, tədbir iştirakçılarını təbrik etdi və onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizin düşdüyü acınacaqlı durumu, mövcud özbaşınalıqları, xaos və anarxiyanı bir daha xatırladaraq, o dövrdə nicat yolunun ancaq və ancaq Ulu Öndər Heydər Əliyevdə olduğunu bir daha xüsusi vurğuladı. Rayon İcra Hakimiyyətinin Başçısı məhz, həmin dövrdə “Məşhur 91-lər” adlanan bir qrup ziyalının Ümummilli Lider Heydər Əliyevə müraciət etdiyini, çox çətin və ağır şəraitdə Yeni Azərbaycan Partiyasının yarandığını qeyd etdi. Rayon İcra Hakimiyyətinin Başçısı Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanımızın memarı olan Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan naliyyətlərindən geniş bəhs etdi və tədbir iştirakçılarını təbrik etdi.
Daha sonra partiya veteranlarından YAP Qazax rayon təşkilatının ilk sədri, partiya veteranı Abbas Göyüşov, partiya veteranlarından Bəsti Ələkbərova, Nəsibə Tağıyeva, gənc partiya fəalı Pəri İbrahimova, partiya veteranı, şair Cavanşir Rüstəm çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz bir partiya olduğundan, partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, öz siyasi həmfikirlərini təbrik etdilər və onlara uğurlar arzuladılar.
Tədbirdə Qazax şəhər 2 saylı tam orta məktəbin şagirdləri müxtəlif ədəbi - bədii kompozisiya ilə çıxış etdilər.
Tədbirin sonunda yüksək siyasi fəallığı ilə seçilən bir qrup partiya üzvü Fəxri Fərmanlarla təltif olundu, partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

