YAP Biləsuvar rayon təşkilatının partiyanın 20 illik tarixində özünəməxsus yeri var
31.10.2012 [02:44]
Rayon təşkilatının sədri - Kamil Mirzəyev
Üzvlərin sayı - 4300 nəfər
Şura üzvləri - 27 nəfər
İdarə Heyəti - 15 nəfər
Nəzərət Təftiş Qrupu - 5 nəfər
Qadınların sayı - 1190 nəfər
Gənclərin sayı - 1465 nəfər
Ali təhsilli - 1427 nəfər
İlk təşkilatların sayı - 68
Təsis olunduğu tarix: 12 yanvar 1993-cü il
Təşkilatın ünvanı: Biləsuvar şəhəri- Puşkin küçəsi 30
Əlaqə telefonları: (025) 295-39-19
YAP Biləsuvar rayon təşkilatı partiyanın ilk yerli strukturlarından biridir
YAP Biləsuvar rayon təşkilatı partiyanın respublikada yaranmış ilk yerli strukturudur. Belə ki, təşkilat 1993-cü ilin 12 yanvar tarixində yaradılıb. Həmin dövrdən indiyədək YAP Biləsuvar rayon təşkilatı böyük yol keçib. Bu gün YAP rayon təşkilatının 4300 nəfər üzvü var ki, onlardan 1465 nəfəri və ya 34 faizi gənclər, 1190 nəfəri və ya 27.6 faizi qadınlardan ibarətdir. Təşkilat üzvlərinin 1427 nəfəri (33.1 faiz) ali təhsilli, 1208 nəfəri (28 faiz) orta ixtisas təhsilli, 1665 nəfəri (38.7 faiz) orta təhsillidir. Təşkilatın Şura üzvlərinin sayı 27 nəfər, İdarə Heyətinin üzvləri 15 nəfər, Nəzarət Təftiş Qrupu üzvlərinin sayı isə 5 nəfərdir. Üzvlərdən 5 nəfər Əməkdar müəllim, 1 nəfər Əməkdar həkim, 2 nəfər elmlər namizədi olmaqla rayonun və respublikanın ictimai-siyasi həyatında fəal rol oynayırlar.
Qeyd edək ki, Biləsuvar rayonu Aran iqtisadi rayonunda yerləşir. Əsasən aqrar rayon olan Biləsuvar son illər yeni-yeni regional və respublika əhəmiyyətli sənaye müəssisələrinin istifadəyə verilməsi ilə əlaqədar olaraq aqrar-sənaye rayonu kimi inkişaf edir. Ərazisi 1357 kv.km olan rayonda 89 000 nəfər əhali yaşayır. Rayonda 1 şəhər, 26 kənd, 5 məcburi köçkün qəsəbəsi olmaqla 32 yaşayış məntəqəsi var.
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev deyir ki, Ulu öndər Heydər Əliyevə olan ümummilli sevgi insanları bu partiya ətrafında daha sıx birləşməyə sövq edib və üzvlərimiz partiyanın ümumi siyasi strategiyasının həyata keçirilməsi üçün fədakarlıq göstərirlər. Sədr bildirir ki, rayon təşkilatının qərargahı partiya üzvü olmayan insanların da üzünə həmişə açıqdır. Belə ki, müxtəlif təbəqələrdən olan insanlar müəyyən məsələlərlə bağlı təşkilata müraciət edir və onların problemlərinin həll olunmasında yaxından köməklik göstərilir.
Yubileylə bağlı geniş tədbirlər planı həyata keçirilir
Ümumiyyətlə, YAP Biləsuvar rayon təşkilatının 68 ərazi ilk partiya təşkilatında birləşən 4300 nəfər rayonun həyatında fəal iştirak etməyə həmişə hazırdılar. Son iki il ərzində partiya sıralarına 1174 nəfər üzv qəbul edilib ki, onlardan da 575 nəfəri, yəni 49 faizi gənclərdir. K.Mirzəyevin sözlərinə görə, partiyaya daxil olmaq üçün müraciət edən şəxslərin sayı günbəgün artır, lakin YAP Biləsuvar rayon təşkilatı kəmiyyətə deyil, daha çox keyfiyyətə üstünlük verir: “Sevindirici haldır ki, YAP Biləsuvar rayon təşkilatının üzvləri rayonun ictimai-siyasi həyatında daha çox fəallıq göstərir və böyük qüvvə kimi çıxış edirlər. Partiyamızın hər bir üzvü yaxşı dərk edir ki, bizim yolumuz Ulu öndər Heydər Əliyevin yoludur”.
Artıq rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə əlaqədar geniş tədbirlər planı hazırlayaraq həyata keçirir. K.Mirzəyevin dediklərindən məlum olur ki, rayon təşkilatı hər zaman partiyanın qəbul etdiyi qərarların icrası üçün fəallıq göstərir, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi strategiyanın layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti fəal şəkildə təbliğ edir. O qeyd edir ki, rayon təşkilatı öz fəaliyətini iş planına uyğun qurur. Hər ilin əvvəlində İdarə Heyətinin iclasında tədbirlər planı təsdiqlənir. Cari ilin də tədbirlər planında bütün rəsmi dövlət bayramlarının keçirilməsi, Ümummilli liderin həyatı və fəaliyyəti ilə bağlı tarixi günlərin qeyd olunması, bu munasibətlə müxtəlif məzmunlu konfransların, yığıncaqların, gənclər və yeniyetmələr arasında viktorinaların, idman turnirlərinin keçirilməsi, sosial şəbəkələrdə fəallıqla bağlı tədbirlərin və bu kimi digər işlərin icrası öz əksini tapır.
Təşkilatın yeni inzibati binası inşa edilir
Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Biləsuvar rayonuna olan səfərlərini xatırladan K.Mirzəyev, bu səfərlərin hər birinin rayon ictimayyəti üçün unudulmaz tarixi günlər olduğunu deyir. Ölkə başçısının Biləsuvara və YAP rayon təşkilatına daim diqqətlə yanaşdığını bildirən sədr bunun bariz nümunəsi kimi hal-hazırda təşkilat üçün yeni inzibati binanın inşa olunduğunu vurğuladı. Rayonda hazırda Heydər Əliyev Mərkəzi, Biləsuvar rayon İcra Hakimiyyəti üçün yeni inzibati bina da tikilir və bir neçə aydan sonra hər üç binanın açılışı olacaq.
Uğurlu gender siyasəti burada da öz təsdiqini tapır
YAP Biləsuvar rayon təşkilatının üzvləri olan qadınlar da istər rayonun, istərsə də respublikanın ictimai-siyasi həyatında öz töhfələrini verməyə çalışırlar. Təşkilatın Qadınlar Şurasının sədri Xoşbəxt Ağayeva deyir ki, partiyanın üzvü olan qadınlar rayonda səmərli fəaliyyət göstərirlər. Son illər qadınların partiya sıralarına axınının gücləndiyini vurğulayan X.Ağayevanın sözlərinə görə, respublikamızda həyata keçirilən gender siyasəti Biləsuvar rayonunda da öz təsdiqini tapır. Bu yöndə YAP Biləsuvar rayon təşkilatının Qadınlar Şurası da daim fəallıq göstərir. “Partiyanın yaranmasının 20 illiyi ilə əlaqədar Qadınlar Şurasının da tədbirlər planı hazırlanıb. Mən əminəm ki, bu tədbirlərin həyata keçirilməsində hər zaman olduğu kimi qadınlarımız yüksək fəallıq nümayiş etdirəcək və bu işə öz töhfələrini verəcəklər” - X.Ağayeva qeyd edir.
Gənclər siyasi cəhətdən daha fəaldırlar
Qadınlarla yanaşı gənclər də cəmiyyətin aparıcı qüvvələrindən biri olaraq ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Bu baxımdan YAP Biləsuvar rayon təşkilatı Gənclər Birliyinin işi də təqdirəlayiqdir. Xüsusilə də, rayon təşkilatında birləşən gənclər siyasi cəhətdən daha fəaldır. Gənclər Birliyinin sədri Kamil Qurbanlı söyləyir ki, təşkilatın gənc üzvləri həm rayonun, həm də ölkənin ictimai-siyasi tədbirlərində yaxından iştirak edirlər. Partiyanın Gənclər Birliyinin həyata keçirdiyi layihələrin fəal icraçılarından olduqlarını qeyd edən birlik sədri, onu da deyir ki, Gənclər Birliyi sədrlərinin, eləcə də sıravi üzvlərinin vaxtaşırı olaraq müxtəlif məzmunlu tədbirlərdə birgə iştirak etmələri gənclər arasında sıx siyasi əlaqələrin yaranmasında vacib rol oynayır. Bu cür şəraiti yaratdıqlarına görə həm partiyanın, həm də rayon təşkilatının rəhbərliyinə təşəkkürünü bildirən K.Qurbanlı partiyanın gənclərin qarşısına qoyduğu tapşırıq və göstərişlərin həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər etdiklərini deyir: “Muasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanan gənclər virtual aləmdə də yüksək aktivlik nümayış etdirirlər. Hal-hazırda sosial şəbəkələrdə çox böyük iş aparırıq. Gənclərimiz sosial şəbəkələrdə fəal iştirak etməklə böyük təbliğat sistemi qurublar. Burada ciddi müzakirələr gedir, mövzular yerləşdiririk, əsl həqiqətlərin nə olduğunu opponentlərimizə çatdırırıq. Bir sözlə, təşkilatın Gənclər Birliyi də öz işini fəaliyyət planına uyğun şəkildə qurur və həyata keçirir”.
Təşkilatın aparatının işi də sistemli şəkildə qurulub
YAP Biləsuvar rayon təşkilatı aparatının işi də sistemli şəkildə qurulub. Təşkilatın aparat rəhbəri Əjdər Niftiyevin sözlərinə görə, 68 ərazi ilk partiya təşkilatının fəaliyyətini birləşdirən aparatın işi dəqiqliklə müəyyənləşdirilir. İlk təşkilatların bölgüsü təlimatçılar arasında aparılıb və bu da işin səmərəliyinin artmasına çox böyük fayda verir. Onun sözlərinə görə, ərazi ilk partiya təşkilatları ilə mütəmadi olaraq geniş əlaqələr qurulur, həm partiya üzvlüyünə qəbul, həm də üzvlük haqlarının yığılması məsələləri müzakirə və həll edilir. Buna görə də, təlimatçılar ərazi ilk partiya təşkilatlarında tez-tez tədbirlərin həyata keçirilməsində iştirak edir, təşkilati işlərin necə qurulmasına nəzarət edir və öz tövsiyyələrini verərək müəyyən problemlərin həll edilməsinə köməklik göstərirlər. Eyni zamanda, ərazi ilk partiya təşkilatlarının sədrləri ilə qərargahda mütəmadi görüşlər keçirilir və onlara müxtəlif təlimatlar verilir. Bu da, təşkilatın ümumi işinin uğurlarla müşayiət olunmasında mühüm əhəmiyyət kəsb edir.
www.yap.org.az
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30

