Bu günün uğurlarına, sabahın hədəflərinə səs verək!
12.08.2024 [12:44]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun YAP Şəmkir rayon təşkilatının qərərgahında ilk dəfə səs verəcək gənclərlə və Dəllər-Cırdaxan kəndində seçicilərlə görüşləri keçirilib.
Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Yeni Azərbaycan Partiyasının yarandığı gündən yüksək nüfuz qazanmasından, Ümummilli Lider Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışında ifadə edilən inamı, etimadı doğrultmasından, hazırda yeni dövrün çağırışlarına uyğun olaraq qarşıda dayanan vəzifələri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirməsindən bəhs edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası 1 sentyabr parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılıb.
Deputatlığa namizəd Nurlan Həsənov öncə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, partiyanın “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı altında təqdim etdiyi seçki platformasında Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bugünədək keçdiyi inkişaf yolu, qazandığı uğurlar və onların əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər öz əksini tapıb.
Deputatlığa namizəd ilk dəfə səs verəcək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə səsləyib. “Bu günün uğurlarına, sabahın hədəflərinə səs verək!”, - deyə vurğulanıb.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Zamir Güvəndiyev, Famil Həmidov, Ayaz Orucov, Roza Orucova, Nizami Əhmədov və başqaları çıxış edərək bildiriblər ki, seçkilərin demokratikliyini, şəffaflığını, beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək üçün dövlətimiz bütün zəruri addımları atır. Onlar yeni dövrün hədəflərinin həyata keçirilməsi ilə uğurlarımızın davamlılığını təmin etmək üçün seçiciləri fəal olmağa, YAP-ın namizədinə səs verməyə çağırıblar.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

