“YAP yüksəliş illərində”
01.11.2012 [00:44]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ildönümü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşəbbüsü ilə “Yeni Azərbaycan Partiyası yüksəliş illərində” adlı elmi-praktik konfrans keçirilib.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyub və tər güllər düzüblər.
Sonra tədbir Şəmkir rayonunun mərkəzində yerləşən Ə.Cavad adına Mədəniyyət Evində davam etdirilib. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib. Ulu öndər Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliymizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər bir işi görüb.
Sonra F.Vəliyev rayon təşkilatı haqqında ümumi məlumat verərək bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının 125 ilk partiya təşkilatında 9352 nəfər üzvü var ki, onların da 3521 nəfəri gənclər, 4630 nəfəri isə qadınlardır: “Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı bu gün partiya işinin yüksəldilməsi istiqamətində çevik, inamlı və dinamik fəaliyyət üsullarına üstünlük verir”.
Çıxış edən YAP Şəmkir rayon təşkilatı sədrinin müavini, Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlıniski bildirib ki, YAP yaranandan sonra insanlar bu partiyaya üz tutmağa başlayıb və yüzlərlə dayaq dəstələri yaradılıb.
Tədbirdə çıxış edən Şəmkir rayon Gənclər və İdman idarəsinin rəisi Pərvin Gözəlov Yeni Azərbaycan Partiyasının 20 il öncə çətin bir şəraitdə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradıldığını bildirib.
Sonra çıxış üçün söz Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili, politoloq Mübariz Qurbanlıya verilib. M.Qurbanlı bu əlamətdar hadisə münasibəti ilə rayon təşkilatının fəallarını təbrik edib və partiyanın ötən 20 ildə şərəfli yol keçdiyini bildirib: “YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın 20 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir”.
M.Qurbanlı qeyd edib ki, bu yolun hər bir uğurunda, qələbəsində bütövlükdə YAP-ın və onun hər bir üzvünün özünəməxsus töhfələri var.
Çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas olub: “Ulu öndərin titanik fəaliyyəti nəticəsində ölkə daxilində ayrı-ayrı siyasi qüvvələrə tabe olan hərbi birləşmələr ləğv edildi, vətəndaş müharibəsinin və separatçılığın qarşısı alındı. Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru addımlayır”.
Millət vəkili, Slavyan Universitetinin professoru Sahibə Qafarova bildirib ki, YAP zamanın tələbi ilə yaranıb: “Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddət sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə Azərbaycan Prezidenti seçilən Ulu öndər Heydər Əliyev dövlətçilik təcrübəsindən istifadə edərək, ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş müharibəsinin qarşısını aldı və müstəqil Azərbaycanın tərəqqisinin əsasını qoydu. Bu gün Ulu öndərin siyasi kursunun YAP Sədri, Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə edir”.
Tədbirdə çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkədə bütün sahələrin yeni inkişaf mərhələsini yaşadığını bildirib: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP-ın ötən 20 il ərzində dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri olub”.
Xəbər lenti
Hamısına baxMüsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35

