Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası növbəti yaşıllaşdırma aksiyası keçirib

Yeni Azərbaycan Partiyası növbəti yaşıllaşdırma aksiyası keçirib

09.11.2012 [02:05]

Nərimanov rayonu ərazisində keçirilən bu aksiya partiyanın 20 illik yubileyinə həsr olunub
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Nərimanov rayonu ərazisində yaşıllaşdırma aksiyası keçirilib. Aksiyada YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları, gənclər iştirak ediblər.
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, YAP-ın 20 illik yubileyi münasibətilə keçirilən bu kampaniya böyük əhəmiyyət kəsb edir. YAP-ın həmişə müxtəlif aksiyalar keçirdiyini xatırladan Əli Əhmədovun sözlərinə görə, bu aksiyaların içərisində Bakı şəhərində yaşıllaşdırma işlərinə dəstək verilməsi önəmli yer tutur.
“Biz dəfələrlə paytaxtın müxtəlif ərazilərində ağaclar əkmişik. Məmnuniyyətlə deyə bilərəm ki, əkdiyimiz ağaclar indi həmin ərazilərin yaşıllığına əhəmiyyətli töhfə verir. İndi də partiyamızın 20 illik yubileyi ərəfəsində Bakının bu hissəsində ağacəkmə kampaniyasını həyata keçiririk. Gördüyünüz kimi, bu yaşıllıq zonasının formalaşmasına YAP bundan əvvəl keçirdiyi aksiya ilə dəstək vermişdi. Bir neçə ay öncə burada ağaclar əkmişdik və həmin ağacların xeyli hissəsi inkişaf edib. İndi də partiyamızın 20 illik yubileyi münasibətilə burada yaşıllaşdırma işlərini davam etdiririk. YAP-ın çağırışı ilə partiyamızın fəallarının bir hissəsi 2500-ə qədər yeni ağacların əkilməsindən ibarət olan bu aksiyada iştirak edirlər. Güman edirəm ki, bu, bizim sonuncu aksiyamız olmayacaq” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov onu da qeyd edib ki, YAP yalnız ölkənin siyasi həyatında iştirak etməklə, öz missiyasını başa çatmış hesab etmir. Partiya siyasi həyatda yüksək mövqe tutmaqla yanaşı, ölkəmizin ictimai həyatında da çox müxtəlif aksiyalar keçirməklə iştirak edir. “Biz quruculuq, yaradıcılıq işlərinə dəstək veririk. Bütün bunların hamısı YAP-ın geniş və çoxşaxəli fəaliyyətindən xəbər verir. Partiyamız həmişə istər siyasət sahəsində, istərsə də, həyatımızın digər sahələrində dövlətimizə, cəmiyyətimizə və insanlarımıza faydalı olan işlərlə məşğuldur. Güman edirəm ki, əkdiyimiz ağaclar da Azərbaycanda, Bakı şəhərində ekologiyanın təmizliyinə dəstək olacaq və şəhərimizin oksigenlə zənginləşməsinə kömək edəcək. Biz bundan sonra da faydalı işlər görəcəyik. YAP-ın bütövlükdə fəaliyyət prinsipləri bundan ibarətdir” - deyə, o bildirib.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə bu aksiyanın YAP-ın ənənəvi tədbirlərindən biri olduğunu deyib: “Amma bu dəfə özəllik ondan ibarətdir ki, bu aksiya partiyamızın yaranmasının 20 illik yubileyinə həsr olunub. Mən bu yubiley münasibətilə hər bir kəsi təbrik edirəm. Partiyamız 20 il ərzində fəaliyyətinin hər anını xalqa və dövlətə xidmətdə keçirib. Bu xidmətin də bəhrəsi olaraq hər zaman xalqdan etimad mandatını alıb. Qarşıdan 20 illik yubileyimiz gəlir. Hesab edirəm ki, bu bayram təkcə YAP-ın yox, partiyanın siyasətini dəstəkləyən Azərbaycan xalqının mütləq əksəriyyətinin bayramıdır. Ona görə də, bu gözəl bayram ərəfəsində YAP-ın fəalları, xüsusilə, gənclər böyük ruh yüksəkliyi ilə bu kampaniyaya qoşulublar. Hesab edirəm ki, əkdiyimiz ağaclar bir müddət sonra bu parkı bəzəyəcək və Bakı şəhərinin abadlaşmasına, daha da gözəlləşməsinə böyük töhfə olacaq”.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, partiyamızın 20 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də yaşıllaşdırma kampaniyasıdır. Onun sözlərinə görə, partiyamızın Milli Məclisdə təmsil olunan deputatları, yerli təşkilatların fəalları bu işə qoşulublar: “Ümumilikdə, YAP mütəmadi olaraq yaşıllaşdırma aksiyası həyata keçirir. Bu məsələ daim diqqət mərkəzindədir. İndiki aksiya zamanı partiyamızın üzvləri tərəfindən xeyli sayda ağac əkilib ki, bu da çox vacib işdir”.
S.Novruzov qeyd edib ki, partiyanın 20 illik yubileyilə bağlı qarşıdakı günlərdə də tədbirlər keçiriləcək. Məsələn, noyabrın 10-da respublika üzrə futbol turnirinin finalı olacaq. YAP İcra katibinin müavini deyib ki, yubiley tədbirlərinin yekununda partiyanın böyük, təntənəli toplantısı keçiriləcək.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, partiyamız tərəfindən hər il yaşıllaşdırma kampaniyası keçirilir. Onun sözlərinə görə, istər Bakı şəhərində, istərsə də, rayonlarda YAP üzvləri minlərlə ağacın əkilməsində iştirak edirlər. “Bu tədbir də partiyamızın 20 illik yubileyinə həsr olunub. Ağac əkmək bizim tarixi ənənəmizdir. Hər biri insan ömründə dəfələrlə ağac əkməlidir. Çünki ağac əkmək savab bir işdir. Biz də bu savab işlə məşğuluq” - deyə, YAP İcra katibinin müavini qeyd edib.
YAP Siyasi Şurasının üzvü, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev isə deyib ki, belə tədbirlərlə partiyamız digər siyasi təşkilatlara nümunə göstərir: “Bu aksiya bir daha göstərir ki, YAP yaradıcılıqla, quruculuqla cəmiyyətin sabahına xidmət edir”.
“Yeni Azərbaycan Partiyasının yaşıllaşdırma işlərilə bağlı təşəbbüsləri çox təqdirəlayiqdir”. Bu fikri isə Bakı şəhər Yaşıllaşdırma Təsərüfatı Birliyinin baş direktoru Vaqif Novruzov deyib. V.Novruzov bildirib ki, belə tədbirlər davamlı xarakter daşıyır. Onun sözlərinə görə, Abşeron yarımadasında nə qədər çox ağacın əkilməsi bir o qədər yaxşıdır. “Çünki bu ərazinin təbiəti digər ərazilərdən fərqli olaraq “şıltaq” iqlimdir, burada hər ağac bitmir. Amma Nərimanov rayonu ərazisində əkilən bu ağaclar həm iqlimə, həm də torpağa tam uyğundur. İnanıram ki, bu ağacların 95-98 faizində bitiş olacaq. Ümumiyyətlə, paytaxtda yaşıllaşdırma kampaniyası bu ilin yaz aylarından başlayıb və bu dövr ərzində Bakı şəhərində xeyli sayda ağac əkilib. Çünki təkcə Yaşıllaşdırma Təsərrüfatı Birliyi bu işlə məşğul olmur. YAP və digər qurumlar da ardıcıl olaraq belə aksiyalar həyata keçirirlər” - deyə, V.Novruzov qeyd edib.
Millət vəkili Adil Əliyev də bu aksiyanın YAP-ın gözəl bir təşəbbüsü olduğunu deyib. Onun sözlərinə görə, belə aksiyaların keçirilməsində Nərimanov rayonu həmişə nümunəvi olub: “Gördüyünüz kimi, bu ağacların əkildiyi yer Nərimanov rayonunun ərazisidir. Rayonun sakini olan insanlar da yaşıllaşdırma işlərində fəal iştirak etdirlər. Hesab edirəm ki, belə tədbirlər gələcəkdə davam etdirilməlidir”.
Millət vəkili Sevinc Hüseynova da bu aksiyanın gözəl bir tədbir olduğunu deyib: “Hörmətli Prezidentimiz vurğulayıb ki, ekologiya ili bir il ərzində yekunlaşmamalı, davamlı olmalıdır. Ardıcıl olaraq hər il Azərbaycanda yaşıllaşdırma kampaniyaları davam etməlidir. Böyük bir massivin ağaclara verilməsi təqdirəlayiq haldır. Sevindirici hal odur ki, bu ağaclar şəhərimizə həm oksigen, həm də yaraşıq verəcək. Düşünürəm ki, bu ərazi Bakı sakinlərinə partiyamızın gözəl bir yadigarı olacaq”.
Millət vəkili Azər Badamov hesab edir ki, belə tədbirlərin sayı çox olmalıdır: “Qarşıdan gözəl bayramlar gəlir və biz də bayram əhval-ruhiyyəsindəyik. Ağac əkməyimiz də, bu əhval-ruhiyyənin göstəricisidir. Eyni zamanda, yaşıllıq ekologiyanın təmizliyi deməkdir, oksigen mənbəyidir. Ona görə də, mən bu kampaniyaya böyük önəm verirəm. Yəqin ki, vaxt gələcək, burda əkdiyimiz ağacların kölgəsində insanlar dincələcəklər”.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev qeyd edib ki, partiyamız daim mütərəqqi addımlar atır. Onun sözlərinə görə, yaşıllaşdırma kampaniyasının keçirilməsi də, YAP-ın ideyalarından irəli gələn məsələdir: “Əlbəttə ki, bu cür tədbirlər yalnız alqışa layiqdir. Gələcəkdə də belə tədbirlərin davamlı olacağı şübhəsizdir”.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov yaşıllaşdırma kampaniyasının əhəmiyyətli olduğunu vurğulayıb: “Partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi olmasını belə tədbirlərlə də sübuta yetirir. Hesab edirəm ki, digər partiyalar da YAP-ın təcrübəsindən yararlanmalıdır. Təbii ki, Bakımızın ekoloji mühitinin daha da yaxşılaşmasına xidmət edən bu aksiya insanlar tərəfindən yüksək dəyərləndirilir. Bütün bunlar partiyamızın gücünü daha da artırır”.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov yaşıllaşdırma kampaniyasının Azərbaycan paytaxtının ekologiyasına əhəmiyyətli təsir göstərəcəyini deyib: “Yaşıllaşdırma kampaniyasında YAP Gənclər Birliyinin yüzlərlə üzvü iştirak edir. Gənclərimiz belə təşəbbüslərdə çox fəal iştirak edirlər. Hesab edirəm ki, bu aksiya partiyamızın 20 illik yubileyi münasibətilə Bakı şəhərinin sakinlərinə böyük töhfədir. İnanıram ki, gələcəkdə də bu aksiyaların davamı olacaq”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1309 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30