Təhsil naziri Misir Mərdanov YAP Gənclər Birliyinin üzvləri ilə görüşüb
13.11.2012 [03:53]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) ofisində təhsil naziri Misir Mərdanovla GB İdarə Heyətinin üzvlərinin və gənc fəalların görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan YAP GB-nin sədri Seymur Orucov görüşə qatıldığı üçün nazirə təşəkkürünü bildirərək, GB-nin fəaliyəti haqqında məlumat verib. Onun sözlərinə görə, YAP Gənclər Birliyinin 220 min nəfərə yaxın üzvü var: “YAP Gənclər Birliyi bir çox sosial-siyasi layihələr həyata keçirir. Bu layihələrdən biri hər il təşkil olunan “Yay məktəbləri” layihəsidir. Bu layihədə iki il ərzində rekord həddə, yəni 600-ə yaxın gənc iştirak edib. Sevindirici haldır ki, layihədə iştirak edən gənclərin 50 faizi region gəncləridir. Bu da regiondakı və paytaxtdakı gənclər arasında münasibətlərin inkişafına zəmin yaradır”.
S.Orucov YAP GB-nin beynəlxalq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini də bildirib: “Avropanın bir çox dövlətlərinin, Avropa Xalqları Partiyasının, bəzi qonşu dövlətlərin iqtidar partiyalarının gənclər təşkilatları ilə əlaqələrimiz vardır. Digər bir çox beynəlxalq tədbirlərdə gənclərimiz fəal iştirak edərək, Azərbaycan gəncliyini layiqincə təmsil edirlər”.
Daha sonra regionlarda İKT-nin inkişafı layihəsinin və gənc sahibkarlar üçün əl kitabçasının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov Gənclər Birliyinin fəal üzvləri ilə görüşündən məmnunluğunu ifadə edib, ölkənin davamlı inkişafında gənclərin böyük məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan bütün sahələrdə böyük irəliləyişlərə nail olur və bu inkişafın davamlı olmasına çalışmaq lazımdır: “Bütün bunları həyata keçirmək üçün ən vacib məsələ cəmiyyətin resurslarından səmərəli istifadə etməkdir. Ən vacib resurs isə insan amilidir. Bir məlumatı qeyd edim ki, dünyanın ən yüksək inkişaf etmiş ölkələrinin resurslarının 70 faizini insan resursları təşkil edir. Cənab Prezidentin qeyd etdiyi kimi, enerjidən əldə etdiyimiz kapitalı insan kapitalına çevirməliyik. Bildiyimiz kimi, neft, qaz tükənən resurslardır, ancaq insan resurslarının sonu yoxdur.
Son iki il ərzində dünyada gedən proseslərə nəzər salaq, görürük ki, ərəb dünyasında baş verən hadisələri doğuran səbəblər aparıcı alimləri, ekspertləri, siyasi xadimləri düşündürür. Əslində, hadisələrin kəskin hal almasının, təlatümlərin yaşanmasının səbəbi savadlılıq səviyyəsinin aşağı olmasıdır. Biz bir sıra Avropa ölkələrində də problemlərin şahidi oluruq, lakin həmin ölkələrdəki vəziyyəti nizamlamaq daha asan olur. Bu da təhsilin cəmiyyətin həyatındakı rolunu bir daha təsdiq edir.
Biz Azərbaycanda sabitliyi, dinamik iqtisadi inkişafı istəyiriksə, ilk növbədə, insanlarının savadının, bilik və bacarıqlarının artmasına nail olmalıyıq. Təhsildə İKT-nin rolu da çox vacib məsələdir. Bununla bağlı dövlət başçımızın təsdiq etdiyi iki dövlət proqramından birinin icrası başa çatıb, digərini də başa çatdırmaq üzrəyik. Əsas görülən işlərdən biri odur ki, internetə qoşulan məktəblərin sayı ilbəil artır, məktəblərimiz İKT avadanlıqları ilə getdikcə daha yaxşı təmin olunur, internet istifadəçilərinin sayı artır və müəllimlərin bu sahədə təliminə böyük önəm verilir. Bu günədək, 70 mindən çox orta məktəb müəllimi İKT ilə bağlı treninqlərdə iştirak edib. Əlbəttə, orta məktəblərdə 150 mindən artıq müəllimin olduğunu nəzərə alsaq, görülən işlərlə kifayətlənmək olmaz, bu sahədə tədbirlər davam etdiriləcək”.
Tədbir müzakirələr şəklində davam edib.
Hülya
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

