Milli iqtisadiyyatın inkişaf perspektivləri
09.09.2024 [16:26]
Məlum olduğu kimi, 2003-cü ilin dekabr ayından etibarən Azərbaycan Respublikasının İtaliyada səfirliyi fəaliyyət göstərir. Həmin vaxtdan bəri iki ölkə arasında siyasi-iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, mədəni-humanitar və digər istiqamətlər üzrə çoxşaxəli strateji tərəfdaşlıq münasibətləri qurulub.
Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da sürətləndirir. Səfərlər zamanı bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli maraqlara əsaslanan, praqmatik xarici siyasət konsepsiyasını bu gün qətiyyətlə davam etdirən, onu daha yüksək pilləyə qaldıran Prezident İlham Əliyevin 2020-ci və 2022-ci illərdə İtaliyaya rəsmi səfərləri iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın güclənməsinə təkan verib.
Bu dövlətlər arasında iqtisadi tərəfdaşlıq, ilk növbədə, enerji sektorunu əhatə edir. Hazırda Azərbaycan İtaliyanın neft və qaz təchizatında müvafiq olaraq birinci və ikinci yerləri tutur. Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışı zamanı vurğulayıb ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Bu da hər iki dövləti iqtisadi cəhətdən bir-birinə sıx bağlayan əsas faktorlardandır. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsi İtaliyanın enerji təhlükəsizliyini təmin edir.
Xatırlatmaq yerinə düşər ki, 2023-cü il fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır Azərbaycan qazı İtaliya bazarına çatdırılır: “TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır”.
Hazırda İtaliyanın 100-dən çox şirkəti ölkəmizdə uğurla fəaliyyət göstərir. Bunlar əsasən, dizayn, turizm, aqrar, “yaşıl texnologiya”, nəqliyyat və digər sahələri əhatə edir. Beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan İtaliya ilə qarşılıqlı faydalı münasibətlərin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinə çevrilib. İtaliya bu gün dünyanın ən nüfuzlu dövlətlərindən biri olmaqla yanaşı, həm də demokratik-siyasi mərkəz statusunda çıxış edir. Rəsmi Roma Qarabağ məsələsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutub.
İtaliya, həmçinin dost ölkə olaraq işğaldan azad edilmiş ərazilərimizdə aparılan infrastruktur layihələrinin həyata keçirilməsinə öz töhfəsini verir. Belə ki, İtaliya şirkətləri Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. Şuşada yeni məscid, o cümlədən Memorial və Zəfər muzeyləri layihəsi İtaliya şirkətləri tərəfindən hazırlanıb. Görülən işlər və layihələr bu əlaqələrin davamlığı olduğunu əyani göstərir.
Son illər ərzində İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır. İtaliya ilə Cənubi Qafqaz arasında ticarət dövriyyəsinin 95 faizi Azərbaycanın payına düşür. Dövlətimiz daim İtaliya ilə iqtisadi əlaqələrə böyük diqqət yetirir, əməkdaşlığın inkişafında və güclənməsində maraqlıdır. Bütün bunlar göstərir ki, Azərbaycan-İtaliya münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycan üçün iqtisadi əməkdaşlıq, qarşılıqlı faydalı ticari münasibətlərin qurulması əsas istiqamətlərdən sayılır.
Ən əsası, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı Cənubi Qafqazda və Avropada sülhə, iqtisadi inkişafa və enerji təhlükəsizliyinə böyük töhfə verir.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

