Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix
11.10.2024 [17:41]
David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri
Qarabağdakı qanunsuz silahlı birləşmələrə, separatizmə tamamilə son qoyulması, bayrağımızın yenidən həsrətini çəkdiyimiz ərazilərdə dalğalanması ən böyük qürurdur. Xankəndində dalğalanan bayraq isə sunerenlyimizin tarixi başlanğıcı oldu və artıq iki ildir biz bir xalq olaraq bu sevinci yaşayırıq. İşğal altında olan bütün bu ərazilər praktiki şəkildə Azərbaycanın nəzarəti altına keçdi. Bu baxımdan bu gün Ağdərədə, Əsgəranda, Xankəndidə ucaldılan bayraq bütün təxribatçı qüvvələrə sanballı cavabdır. Bununla yanaşı, bu, həm də Ermənistana, ona havadarlıq edən qüvvələrə ünvanlanan mesaj kimi də dəyərləndirilə bilər. Azərbaycan bununla bütün dünyaya, eləcə də ermənipərəst dairələrə göstərdi ki, onu heç kim, heç nə dayandıra bilməz. Bundan başqa, baş verənlər göstərdi ki, cənab Prezident İlham Əliyev heç nəyi yarıda saxlamağı sevmir. O, başlatdığı işi hökmən sona çatdırır. Necə ki, biz bu gün bir daha bunun şahidi olduq.
Cənab Prezident niqində də xüsusi vurğulayıb: “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın. Vətən müharibəsi cəmi 44 gün çəkdi. Bütün bu günlər ərzində dəfələrlə xalqa müraciət edərək, eyni zamanda, düşmənə müraciət edərək bildirmişdim ki, silahları yerə qoyun, torpaqlarımızın azad olunmasının qrafikini, tarixini verin və biz müharibəni dayandırmağa hazırıq. Biz Şuşanı - bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq “. Bununla yanaşı cənab Prezident öz müraciətində Azərbaycan Ordusunun, Azərbaycan xalqının fədakarlğını, cəsarətini, qətiyyətini və mübarizliyini yüksək qiymətləndirdi, vətənimizin azadlığı uğruda həlak olan şəhdilərimizi ehtiram hissi ilə yad elədi.
Ali Baş Komandan bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri həm Vətən mühahribəsi dönəmində, həm də post-müahribə dövründə böyük qəhrəmanlıqlara imza atıb, erməni faşizminin başını əzib. Prezident cari ilin 19-20 sentyabr tarixlərini əhatə edən lokal antiterror tədbirlərində ordumuzun göstərdiyi yüksək peşəkarlığı da ayrıca qeyd edib, ordumuza öz minnətdarlığını bildirib. Təbii ki, Prezidentin məlum açıqlaması Azərbaycan Ordusunun gücünə, peşəkarlığına və vətənpərvərliyinə verilən yüksək qiymətdir. Doğrudan da, istər Vətən müharibəsində, istərsə də lokal antiterror tədbirləri zamanı məhz ordumuzun qüdrəti, xalqımızın fədakarlığı bu böyük, çoxsaylı uğurların təminatçısı oldu.
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25

