Şəhər gününün sevinci və onun əhəmiyyəti
14.10.2024 [17:17]
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarix yazaraq möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin 21-ci günündə, 2020-ci oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edildi. Bundan bir ay sonra, 2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən Füzuli şəhərində şanlı Azərbaycan Bayrağı qaldırıldı. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 17 oktyabr – Füzuli şəhəri günü kimi qeyd edilir. Birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən tamamilə darmadağın edilib. Azadlığına qovuşmuş bütün ərazilərimiz kimi, bu gün Füzulidə də böyük quruculuq və abadlıq işləri aparılır. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı isə ən müasir səviyyədə inşa edilib və istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir. Əbədi qürur və iftixar mənbəyimiz olan tarixi Zəfərimizin nəticəsi olaraq artıq Füzuli sakinləri də öz doğma yurdlarına qayıdaraq yenidən tikilən evlərdə məskunlaşırlar. Yenidən qurulan, dirçələn Füzuli şəhərinə həyat yenidən qayıdır.
Füzuli rayonunun işğaldan azad edilməsi tarixi xronologiyası və hərbi əməliyyatların xarakteri baxımından Böyük Zəfərin əldə edilməsində xüsusi əhəmiyyətə malikdir. Biz hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə Füzuli rayonu ərazisində qazanılmış ilk Qələbəni unuda bilmərik. Azərbaycan Silahlı Qüvvələrinin hücumu ilə Füzuli rayonunun 22 yaşayış məntəqəsi erməni işğalından azad edilmişdir. Füzuli rayonunun əhalisinin yarıya qədəri həmin işğaldan azad edilmiş ərazilərdə yaşayırdı. Qazanılmış ilk uğurlar eyni zamanda işğal altında olan bütün torpaqlarımızın düşməndən geri alınacağına olan inancımızın artmasına səbəb oldu.Elə həmin inam da 44 günlük Vətən Müharibəsində qələbənin əldə edilməsinə kömək edən mənəvi gücə çevrildi. Azərbaycan Ordusu 2020-ci il oktyabr ayının 17-də Füzuli rayonunun bir neçə kəndi ilə birlikdə Füzuli şəhərini işğaldan azad etdi. Füzulinin azad edilməsi uğrunda döyüşlər Vətən Müharibəsinin çətin oduğu qədər də xüsusi əhəmiyyətə malik döyüşlərindən biri kimi hərb tariximizin şərəfli səhifələrindəndir. Məlum olduğu kimi, 30 il ərzində düşmən bir neçə xəttdən ibarət müdafiə zolağı yaratmış və möhkəm istehkamlar qurmuşdu. Onlar bu xəttin keçilməzliyinə inanırdılar. Amma Azərbaycan Ordusunun qəhrəmanlığı və iradəsi nəticəsində bu xətt yarıldı və Füzuli qısa müddətdə işğaldan azad edildi. Füzuli döyüşləri ilə Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və hərbi təchizata malik olduğunu sübut etdi. Ermənilər və bütün dünya artıq Azərbaycanın hərbi gücünü etiraf etmək məcburiyyətində qaldı. İşğaldan azad edilən Füzuli rayonu bu gün yeni inkişaf dövrünü yaşayır. Rayon ərazisi böyük bir tikinti meydanına çevrilib. Füzuli rayonu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səfərləri və səfərlər çərçivəsində müxtəlif təyinatlı layihələrin təməlqoyma və açılış mərasimləri məkanı olmuşdur. Azad edildikdən sonra cəmi 8 ay müddətinə “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi Azərbaycanın iqtisadi qüdrətinin göstəricisi idi.
17 oktyabr Füzulinin işğaldan azad edildiyi, füzulilərin isə yurd həsrətinə son qoyulduğu gün kimi Azərbaycan tarixində əbədi qalacaqdır. Bayramınız, şəhər gününüz mübarək, əziz füzulilər!
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31

