Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nizami rayon təşkilatında “Heydər Əliyev Məktəbi”nin növbəti kursunun açılışı olub

YAP Nizami rayon təşkilatında “Heydər Əliyev Məktəbi”nin növbəti kursunun açılışı olub

31.01.2013 [01:18]

Əli Əhmədov: Gənclər Azərbaycanın bundan sonrakı inkişafına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin reallaşmasına, uğurlar qazanmasına öz töhfələrini vermək əzmindədirlər
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatında partiyanın gənc fəalları üçün yaradılmış “Heydər Əliyev Məktəbi”nin növbəti kursunun açılışı olub. Gəncləri qarşıdan gələn 2 fevral - Gənclər Günü münasibətilə təbrik edən rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva “Heydər Əliyev Məktəbi”nin yeni nəslin intellektual inkişafında böyük rol oynayacağına inandığını deyib. S.Vəliyeva ötən müddət ərzində məktəbdə gənclər üçün maraqlı olan məruzələrin dinlənildiyini bildirib. Onun sözlərinə görə, artıq 50 gənc bu məktəbin məzunu olub. Təşkilat sədri hazırkı kursun 110 dinləyicisinin olacağını deyib.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov “Heydər Əliyev Məktəbi”nin yeni dinləyicilərinə uğurlar arzulayıb. Əli Əhmədov məmnunluq hissi ilə qeyd edib ki, YAP-ın sıralarında çoxlu sayda, kifayət qədər yüksək ictimai-siyasi fəallıqları ilə fərqlənən gənclər cəmləşiblər. Onun sözlərinə görə, bu gənclər Azərbaycan dövlətçiliyinin qorunmasına və inkişaf etdirilməsinə həmişə hazır olan bir mövqedə dayanıblar. “İnanıram ki, gənclər bütövlükdə Azərbaycanın bundan sonrakı inkişafına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin reallaşmasına, uğurlar qazanmasına öz töhfələrini vermək əzmindədirlər. Biz həmişə gənclərlə görüşməyə önəm veririk. Hesab edirəm ki, Azərbaycanda çox ləyaqətli, yüksək vətənpərvərliyi ilə seçilən, geniş biliklərə və dünyagörüşünə malik olan gənclər formalaşıb. Bu gənclər müasir Azərbaycanın inkişaf etdirilməsinə böyük töhfələr vermək iqtidarındadır” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov YAP Nizami rayon təşkilatının nəzdində belə bir məktəbin yaradılmasının əhəmiyyətli olduğunu deyib. Heydər Əliyevin Azərbaycan xalqının yetişdirdiyi ən böyük simalardan biri olduğunu deyən Əli Əhmədov bildirib ki, müstəqil Azərbaycan dövlətinin inkişafı Ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır: “Bu təşkilatda dəyərli ənənə formalaşıb və hesab edirəm ki, bu ənənə uzun illər davam edəcək. “Heydər Əliyev Məktəbi”nin yaradılması çox gözəl ənənədir. Bunu gənc nəslin Heydər Əliyevin zəngin irsinin mənimsənilməsi üçün YAP Nizami rayon təşkilatının verdiyi əhəmiyyətli bir töhfə kimi qiymətləndirirəm. Azərbaycanın bütün gəncliyi, xüsusi ilə YAP üzvü olan gənclər Ümummilli lider Heydər Əliyevin zəngin irsini mənimsəməlidirlər, bu irsi mənimsəyərək, Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət etməyin yollarını və prinsiplərini öyrənmiş olacaqlar. YAP-ın hər bir gənci üçün Heydər Əliyevin ideyaları, onun fəaliyyətinə, mübarizəsinə, fədakarlığına işıq saçan mayakdır. Heydər Əliyevin zəngin irsində biz dövlətçiliyə sədaqəti, dövlətçiliyə xidmət etmək yollarını, bütövlükdə dövlət məfkurəsinin ciddi prinsiplər əsasında formalaşmasını öyrənmiş oluruq. Bu mənada “Heydər Əliyev Məktəbi”nin çox faydalı olduğunu vurğulamaq istəyirəm”.
YAP-ın gənclərinin say etibarilə kifayət qədər çox olduğunu deyən Əli Əhmədov bildirib ki, 600 minlik ordunun əhəmiyyətli hissəsi gənclərdən ibarətdir. Bu da partiyamızın kifayət qədər gənclik enerjisinə və bu partiyada gənclik ab-havasının mövcud olduğuna dəlalət edir. “Biz isəyirik ki, YAP-ın gəncləri ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etsinlər, siyasi fəaliyyət üsullarını kifayət qədər mənimsəsinlər”, - deyən Əli Əhmədovun sözlərinə görə, həm partiyamızın qarşısında, həm də YAP üzvü olan gənclərin qarşısında çox şərəfli və məsuliyyət tələb edən vəzifələr dayanır. O qeyd edib ki, YAP ölkəmizdə iqtidar partiyasıdır və iqtidar partiyası olaraq Azərbaycanın inkişafı, qüdrətinin artması, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizdə bugünkü həyatın tələblərindən irəli gələn dərin islahatların keçirilməsi ilə əlaqədar olan bir çox mühüm və şərəfli vəzifələr qarşıda dayanır. Bu vəzifələrin həyata keçirilməsində ölkənin bütün vətəndaşları yaxından iştirak etdikləri kimi, YAP üzvlərinin üzərinə daha əhəmiyyətli və məsuliyyətli vəzifələr düşür. YAP-ın hakim partiya kimi bir tərəfdən ölkəmizdə həyata keçirilən islahatların uğurlarının təmin edilməsində yaxından iştirak etdiyini deyən Əli Əhmədov bildirib ki, digər tərəfdən, partiyamız bundan sonrakı inkişafın da təmin olunması məsuliyyətini daşıyır. Bu mənada partiyanın İcra katibi hesab edir ki, YAP-ın gündən-günə sayı artan gənc üzvlərinin hər birində bu məsuliyyətin formalaşması, ölkəmizdə həyata keçirilən Prezident siyasətinin reallaşması üçün böyük enerjilərindən səmərəli istifadə edilməsi yollarının gənclərimizə öyrədilməsi böyük əhəmiyyət kəsb edir.
“Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev ölkəmizdə çox böyük islahatlar həyata keçirməkdədir. Bilirsiniz ki, Azərbaycan sırətlə inikşaf edir, əhalinin rifahı yaxşılaşır. Bu tərəqqini, bütövlükdə inkişafı sadəcə statistik rəqəmlərlə ifadə etməklə kifayətlənmirik, ölkəmizdə davam etdirilən dinamik inkişaf sayəsində həyatımızın mənası, məzmunu dəyişib. Bu mənada həyata keçirilən, gələcəyə ünvanlanan islahatlar kifayət qədər böyük əhəmiyyət kəsb etməklə, Azərbaycanın dövlət olaraq qüdrəti artıb, beynəlxalq aləmdə mövqeyi möhkəmlənib. Azərbaycan regional layihələrdə birmənalı öz mövqeyini müdafiə etməyi bacaran, hətta bu layihələrin müəyyənləşdirilməsində mövqeyi birmənalı olaraq qəbul edilən ölkədir. Eyni zamanda, qarşımızda güclü inkişaf nəticəsində Azərbaycanda bundan sonrakı illərdə daha əzəmətli inikşafın təmin edilməsi kimi çox şərəfli, çətin və mürəkkəb vəzifələr dayanır. Bu vəzifələrin yerinə yetirlməsində gənclər yenilməz qüvvədir. Həyata keçirilən islahatlar müasir gəncliyin iştirakı ilə daha sürətlə davam etdiriləcək, inikşafımızı ifadə edən göstəricilər artacaq, insanlarımızın həyatındakı dəyişikliklər daha möhtəşəm olacaq” - deyə, YAP Sədrinin müavini vurğulayıb. Əli Əhmədov deyib ki, ölkəmiz əldə olunan nailiyyətlərlə kifayətlənmək niyyətində deyil, biz əldə olunanları bundan daha yüksək inkişafa nail olmaq üçün bir vasitə hesab edirik. Əli Əhmədovun fikrincə, keçdiyimiz yol, bütövlükdə keçmək istədiyimiz yolun yalnız bir hissəsidir. Onun sözlərinə görə, bundan sonra qarşımızda nəzərdə tutduğumuz və keçməyə qətiyyətli olduğumuz yol dayanır ki, bu yolu birlikdə YAP-ın bütün üzvlərinin, xüsusilə, gənclərin iştirakı ilə keçmək istəyirik.
Gəncləri cəmiyyətin digər üzvlərindən fərqləndirən bir çox keyfiyyətlərin olduğunu deyən YAP İcra katibinin fikrincə, onların enerjisi, düşüncəsi, yenilikçiliyə meyilli olmaları fərqləndirici xüsusiyyətlərdir: “Bütün bunlardan əlavə, ölkəmizdə Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində əldə olunan uğurlar və nailiyyətlər yeni nəslin tam başqa keyfiyyətlər və parametrlər əsasında tərbiyə olunmasını, formalaşmasını təmin edibdir. İndi gənclərimiz daha yaxşı tərbiyə alırlar, daha geniş biliklərə, dünyagörüşünə malikdirlər. Bugünkü gəncliyimizdə azərbaycançılıq məfkurəsinə söykənən vətənpərvərlik hissləri formalaşıb. Beləliklə, biz yeni bir nəslin formalaşdığının şahidi oluruq. Gənclər gələcəyin formalaşmasında da yaxından iştirak etmək istəyirlər. Bu da tam məntiqli və ədalətlidir. Çünki biz gələcəyi gənclik üçün yaradırıqsa, belə olan halda gələcəyin qurulmasında da gənclər yaxından iştirak etməlidirlər. Onlar hansı cəmiyyətdə yaşamaq istədiklərini yaxşı bilirlər. Ona görə də, biz gənclərimizin iştirakı və fədakarlığı ilə həmin gələcəyi qurmalıyıq”.
Əli Əhmədov qeyd edib ki, YAP-ın sıralarında cəmləşən gənclər bütün bu tələblərə uyğun olan, yüksək biliklərə malik olan, yüksək mənəviyyata və əxlaqi dəyərlərə, geniş dünya görüşünə malik gənclərdir. “Bu, bizi sevindirir və YAP-ın qarşısında duran vəzifələri bundan sonra da layiqincə həyata keçirmək əzmini daha da yüksəldir. Mən inanıram ki, YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Məktəbi”ndə də bütün bu reallıqlar və qarşımızda duran vəzifələrin həyata keçirilməsi yolları haqqında geniş söhbətlər aparırsınız. Bilirəm ki, burada çox maraqlı məruzələr dinlənilibdir, müzakirələr aparılıbdır. İnanıram ki, bu məktəbin məzunu olan gənclər artıq ictimai-siyasi həyatda daha sərbəst şəkildə özlərini hiss edəcəklər, bütövlükdə gəncliyin qarşısında duran vəzifələri daha aydın dərk edəcəklər. Bu da onlara fəaliyyətlərində istiqamətverici qüvvə olacaq” - deyən İcra katibinin fikrincə, builki kurslar da gənclər üçün maraqlı olacaq.
2013-cü ilin oktyabr ayında ölkəmizdə növbəti prezident seçkilərinin keçiriləcəyini deyən Əli Əhmədov hesab edir ki, bu seçkilərdə bütün Azərbaycan vətəndaşları, eyni zamanda, YAP-ın üzvləri və gənclərimiz öz yüksək vətəndaşlıq mövqelərini ifadə edəcəklər. O, növbəti prezident seçkilərində YAP-ın namizədi, dövlət başçısı İlham Əliyevin vətəndaşlarımızın mütləq əksəriyyətinin səslərini qazanacağına qəti əminliyini ifadə edib. “Bu inamı formalaşdıran amil ölkəmizdəki inkişafdır, bu inkişaf nəticəsində hər bir Azərbaycan vətəndaşında formalaşan qürur və iftixardır. Eyni zamanda, bu inkişafın hər bir vətəndaşın həyatında dəyişiklər üçün əsasın olması da inamımızı şərtləndirən amildir. Ona görə də, biz qəti şəkildə əminik ki, növbəti prezident seçkilərində Azərbaycan vətəndaşları birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədi olan cənab İlham Əliyevi dəstəkləyəcəklər. Bu, bütün Azərbaycan xalqının mənafeyinə uyğundur və bu mənada YAP-ın istəkləri ilə bütün xalqımızın mənafeləri üst-üstə düşür. Çünki Prezident İlham Əliyev ötən 10 il ərzində Azərbaycanın sürətli və əzəmətli inkişafını təmin edə bildiyi kimi, biz qəti inanırıq, xalqımız da buna inanır ki, növbəti 5 il ərzində də Azərbaycanın əzəmətli inkişafı davamlı olacaq. Belə olan halda, hər bir vətəndaşın, bütövlükdə xalqımızın istəyi ilə YAP-ın seçki praktikası və buna uyğun olaraq irəli sürdüyü namizəd baxımından, istəkləri tamamilə üst-üstə düşür. Bu, qarşıdan gələn prezident seçkilərini təmin edəcək, əsas, həlledici resursdur. Təbii ki, hər bir seçki kampaniyası yüksək fəallığı ilə seçilən siyasi prosesdir. Biz istəyirik ki, YAP-ın hər bir üzvü, o cümlədən, gənc üzvlərimiz prezident seçkiləri kampaniyasında yaxından iştirak etsinlər, seçki kampaniyasının yüksək fəallığının təmin edilməsinə özlərinin töhfəsini versinlər. YAP-ın hər bir gənc üzvü aydın şəkildə dərk etməlidir ki, seçki kampaniyasında yaxından iştirak etməklə, əslində, onlar özlərinin yüksək vətəndaşlıq məsuliyyətini dərk edir və bu məsuliyyətə uyğun addım atmış olurlar. Mən əminəm ki, YAP-ın hər bir gənc üzvü bu məfkurəyə sahibdir, bu fədakarlığı göstərməyə hazırdır və biz qarşıdan gələn prezident seçkilərində gənclərimizin həmin fədakarlığının şahidi olacağıq. Gənclər əmindirlər ki, İlham Əliyevin 2013-cü ildə şəksiz qələbəsi növbəti beş il ərzində Azərbaycanın inkişafının əsasını təmin edən həlledici amildir” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov gənclərin Heydər Əliyev siyasətinin həyata keçirilməsində fəal iştirak etdiklərini bildirib. O, Nizami rayon gənclərinin də ictimai-siyasi proseslərdə, quruculuq işlərində öz töhfələrini verdiklərini vurğulayıb. T.Budaqovun sözlərinə görə, rayonda vaxtilə Ulu öndər tərəfindən yaradılan böyük müəssisələr ölkə iqtisadiyyatına töhfələr verməkdədir. İcra başçısı hazırda da Nizami rayonunda böyük quruculuq işlərinin həyata keçirildiyini deyib.
Daha sonra “Heydər Əliyev Məktəbi”nin ötənilki məzunlarının bir qrupuna sertifikatlar təqdim olunub. Eyni zamanda, bir neçə nəfərə ictimai-siyasi fəallıqlarına görə fəxri fərmanlar, YAP üzvlüyünə qəbul olunmuş şəxslərə isə partiya vəsiqələri təqdim edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1254 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30