Kazanda baş tutan görüş dövlətlərarası münasibətlərin inkişaf amilində tarixi status daşıyır
28.10.2024 [15:10]
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
Rusiyanın Kazan şəhərində Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi 16-cı BRICS sammiti bütün dünyanın diqqət mərkəzindədir. Üzvlərinin sayını artırmağı hədəfləyən BRICS sammitinin iştirakçıları siyasi, iqtisadi, təhlükəsizlik, humanitar və digər məsələləri müzakirə ediblər. Azərbaycan hələlik təşkilata üzv olmasa da, bu qurumda yer almaq niyyətindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı bir çox tarixi həqiqətləri bir daha sübuta yetirdi.
Qoşulmama Hərəkatındakı sədrliyindən bəhs edən cənab İlham Əliyevin bu fikirləri xüsusi əhəmiyyət kəsb edir: “Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.
Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Şübhəsizdir ki, Kazanda baş tutan bu görüş bir daha dövlətlərarası münasibətlərin inkişaf amilində tarixi status daşıyır. Əlaxsus cənab İlham Əliyevin Dilma Rousseff, Vladimir Putin, Nikol Paşinyan ilə görüşləri çoxtərəfli münasibətlərdə yeni intibah səhifələri yaradacaq.
BRICS-ə üzvlük Azərbaycan üçün Rusiya və Çinlə, eləcə də digər üzvlərlə əməkdaşlığı daha da genişləndirmək üçün platforma ola bilər. Azərbaycan Rusiya ilə yaxın müttəfiqdir və hətta iki il əvvəl imzaladığı bəyannamə ilə qarşılıqlı öhdəlik götürüb ki, beynəlxalq məsələlərdə eyni və ya yaxın mövqe nümayiş etdirsinlər. Çinin isə bölgədə strateji önəmi artır. Azərbaycan da iqtisadi və siyasi dəstək baxımdan Çinin imkanlarından imtina etməz. Elə bu quruma üzvlük arzusunu da Azərbaycan Çinlə birgə verdiyi, strateji əməkdaşlıq qurmaqla bağlı bəyannamədə səsləndirib. BRICS ölkələri dünya üzrə istehsalın böyük həcminə malik olduğundan Azərbaycanın bu təşkilata üzvlüyü ona böyük ixrac imkanları qazandıra bilər. BRICS geosiyasi məsələlərdən uzaq duraraq, əsasən iqtisadi əməkdaşlığa, çoxtərəfli ticarətə və inkişafa hədəfləndiyini bəyan edib. Onu da qeyd edək ki, təşkilata qatılmaq istəyən yeni üzvdən BRICS-in rəhbər prinsipləri ilə uyğunlaşmaq, üzv ölkələrlə diplomatik və dostluq münasibətlərinə sahib olmaq, təşkilatın güclənməsinə töhfə vermək olunur. Bundan başqa, yeni üzvün regional və strateji qlobal təsirə sahib inkişaf etməkdə olan ölkə olması şərtlər sırasındadır. Üzvlük proseduruna gəlincə, müraciət edən ölkə əvvəlcə “üzvlüyə maraqlı”, sonra "perspektivli üzv dövlət" statusunu alır. Daha sonra “dəvət olunmuş BRICS üzvü dövlət” satusuna keçir və nəhayət sonuncu, dördüncü mərhələdə BRICS üzvü olan dövlət olur. Təşkilata üzv olmaq qərarı konsensus yolu ilə qəbul edilir. Üzv olmaq istəyən dövlət BRICS-ə rəhbərlik edən ölkəyə müraciət edir. Rəhbər ölkə BRICS-in aparıcı prinsipləri və standartlarını müraciətçi ölkə ilə paylaşır. Bundan sonra qurumun “Sherpas” adlanan qrupu hesab edərsə ki, “maraqlı” ölkə BRICS-in əsas prinsip və kriteriyalarına uyğundur, o zaman onun üzvlüyü ilə bağlı tövsiyəni nəzərdən keçirmək üçün təşkilatın üzv ölkələrinin xarici işlər nazirlərinə göndərir. Bu zaman müraciətçi ölkə “maraqlı” statusunu “perspektivli üzv dövlət”ə dəyişir. Xarici işlər nazirləri “perspektivli üzv dövlət”i BRICS liderlərinə tövsiyə edir. BRICS liderlərinin konsensus yolu ilə verdikləri qərar müsbət olarsa, “perspektivli üzv dövlət” təşkilatın üzvlüyünə “dəvət olunmuş dövlət” statusunu alır. Həmin ölkənin xarici işlər naziri və ya lideri bu qərarı əldə etdikləri vaxtdan üzv dövlət sayılır.
Çox sevindirici bir haldır ki, noyabr ayında ən böyük iqlim konfransı - COP29 Bakıda keçiriləcək. COP29-un Azərbaycanda keçirilməsinə dair 200-ə yaxın ölkənin yekdil qərarı Azərbaycanın dünyada hörmət sahibi olduğunun sübutlarından biridir. Bu, eyni zamanda Azərbaycan Prezidentinin böyük siyasəti və nüfuzunun göstəricisidir.
Xəbər lenti
Hamısına baxGündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25

